Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-21/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İcra sənədi üzrə X1 borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Salyan Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(057)-1112/2020 saylı qətnaməsi ilə X3 6700 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manatın tulularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən ödəməli olduğu 4800 manat məbləğində pulun hər ay 250 manat olaraq hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, özü işləmir. Pensiyaçıdır, 1500 manat pensiya alır. "Kapital Bank” ASC-dən 20200 manat məbləğində kredit götürmüşdür. Hər ay pensiyasından 822 manat pul bank borcuna çıxılır. Bundan başqa "Kontakt Home” Mağazalar Şəbəkəsindən məişət avadanlıqları götürmüş lakin borcunu ödəyə bilmir. Aylıq 300 manat da buna ödəyir. Hazırda borcluya 4800 manat borcu qalmışdır. Hər ay 700 manat pensiyadan pul tutulur. Özü və həyat yoldaşı xəstədir. Bununla bağlı Salyan rayon İcra və probasiya şöbəsinə tutulan məbləin azaldılması barədə müraciət etmişdir. Məhkəmə qətnaməsini icra etməkdən yayınmır. Borcunu hissə-hissə ayda 250 manat ödəyə bilər. Birinci instansiya məhkəməsində Tələbkar ərizəni qəbul etməyərək, icra sənədi üzrə ödənilməmiş qalan pulunu tam qaydada tələb etmiş, ona görə də ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Salyan rayon İcra və probasiya şöbəsinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 17 fevral 2023-cü il tarixli qərardadı ilə X5 Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(057)-1112/2020 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməmişdir. Qərardaddan ərizəçi şikayət vermiş, şikayətində, o, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, borclunun başqa xərcləri çoxdur və məhkəmə bunu nəzərə almamışdır. Ayda 250 manatdan borcunu ödəyə bilər. Şikayətə baxılmış, Salyan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 20 aprel 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Borclu qətnamə üzrə borcun hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə doğru qənaətə gəlmişdir. Ərizəçi şikayətində bildirmişdir ki, pensiyaçıdır, ayda 1500 manat pensiya alır, banka kredit bordu ödəyir, aylıq olaraq 250 manat borcunu ödəyə bilər. Salyan rayon İcra və probasiya şöbəsinin 07 aprel 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, icra tədbirləri nəticəsində X1 pensiya alması faktı müəyyən edilmiş və tələb borclunun pensiyasına yönəldilmişdir. X1 pensiyasından ümumilikdə 3092,44 manat pul tutularaq Tələbkar hesabına köçürülmüşdür. Hal-hazırda X1 3637,56 manat ödənilməmiş borcu qalmışdır. Həmin borcun ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Kollegiya qeyd edir ki, borcun borclunun pensiyasına yönəldilməsi mümkündür, bu, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2, 65.4-cü maddələrində nəzərdə tutlmuşdur və həmin Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 365-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 8(057)-13/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-21/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-21/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver