Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-22/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 8(018)-20/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadından borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X1 “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 10 yanvar 2024-cü il tarixli, 217226-23 saylı qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər Borclu1nə və Borclu2 qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar Borclu2 psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsi, iddiaçı Tələbkar Borclu2 psixoloq vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissələrinin təmin edilməsi, iddia tələbinin iddiaçı Tələbkar ilə 12 avqust 2020-ci il tarixdən etibarən bağlanmış əmək müqaviləsinin və ona əlavələrin həmin əmək müqaviləsinin və sonrakı dövrlərdə ona bağlanmış əlavələrin əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması ilə bağlı şərtlərinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə və 47-ci maddəsinə zidd olduğundan etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinin müddətsiz hesab olunması hissələrinin rədd edilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə, həmin icra şöbəsindən isə icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, 03 iyul 2023-cü il tarixdə şöbəyə icra məmuru G.Mehdiyevin icraatına daxil olmuş, icra edilməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmiş, 06 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsindən göründüyü kimi, icra sənədi aşağıdakı 3 tələbdən ibarət olmuşdur: 1) iddiaçının Borclu2 psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsi; 2) iddiaçının Borclu2 psixoloq vəzifəsinə bərpa olunması və 3) iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi. Maraqlı şəxs icra məmuru Gündüz Mehdiyev tərəfindən icra sənədi üzrə müəyyən edilmiş yuxarıda sadalanan 3 tələbin heç biri tam və icra sənədində müəyyən edilmiş icra üsuluna və qaydasına riayət olunmaqla icra olunmadan qanunsuz, əsassız olaraq 10 yanvar 2024-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. İcra sənədində tələbkara bütün məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, borclu tərəfindən məcburi işburaxma dövrünün yalnız ilk 3 aylıq hissəsinin ödənişi aparılmış, həmin ödənişin özü belə natamam qaydada həyata keçirilmiş, tələbkarın əvvəlki iş stajı və s. nəzərə alınmamışdır. Şikayətə əlavə edilmiş KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından da görünür ki, tələbkara məcburi işburaxma müddəti üzrə əmək haqqı qismində həmin məbləğin cüzi bir hissəsi, yəni 1427 manat ödənilmişdir. Həmçinin, Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinin 4-cü bəndində Tələbkar məcburi işburaxma müddəti üçün 3 aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, icra sənədində tələbkarın bütün məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, icra sənədini icra edən borclu müəssisənin rəhbəri icra sənədinin konkret tələbinə zidd olaraq tələbkara bütün məcburi işburaxma dövrü üzrə deyil, həmin dövrün yalnız 3 aylıq hissəsinin əmək haqqlarının ödənilməsi barədə göstəriş vermiş, qalan hissəsinin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, lakin buna baxmayaraq, icra məmuru qanunsuz və əsassız olaraq icra sənədi üzrə icraata xitam vermişdir. Həmçinin, həm borclu, həm də icra məmuru daha öncə Astara Rayon Məhkəməsinə məcburi işburaxma müddəti üzrə əmək haqqının ödənilməsi müddətinin gətirdikləri mülahizələr əsasında konkret vaxt intervalı ilə məhdudlaşdırılması istiqamətində icra sənədinə izah verilməsi ilə bağlı müraciət etmiş, Astara Rayon Məhkəməsinin 8(018)-137/2023 saylı, 29 avqust 2023-cü il tarixli və 8(018)-130/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadlarına əsasən həm icra məmuru, həm də Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair borclu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Rəhim Rəhimov tərəfindən verilmiş ərizə əsassız olduğu üçün təmin edilməmişdir. Astara Rayon Məhkəməsinin 8(018)-137/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “... Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Tələbkar hər hansı haldan asılı olmayaraq məcburi işburaxma üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bu hal qətnamədə aydın surətdə ifadə edilmişdir...”. Göründüyü kimi, istinad olunan qərardadın əsaslandırıcı hissəsindəki “hər hansı haldan asılı olmayaraq” ifadəsi həm də icra məmurunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq ərizələrində məcburi işburaxma dövrünün məhdudlaşdırılması tələbini əsaslandırmaq üçün istinad etdikləri mülahizələri və halları da ehtiva edir. Məcburi işburaxma müddətinin müəyyən edilməsi ilə bağlı ədəbiyyatlarda qeyd olunur ki, məcburi işburaxma müddəti işçinin işdən çıxarıldığı gündən başlayır və işçinin əvvəlki işinə öz ixtisası (vəzifəsi) üzrə bərpa edildiyi və ya onun razılığı ilə yeni daimi iş təqdim edildiyi günədək davam edir. Tələbkar məcburi işburaxma dövrü 31 mart 2021-ci il tarixdən 15 sentyabr 2023-cü il tarixədək olan dövrü əhatə etməli, ona hər hansı haldan asılı olmayaraq həmin dövr üzrə əmək haqqları ödənilməli idi. Lakin borclular tələbkara yalnız 31 mart 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan dövr üzrə əmək haqqı ödəməklə kifayətlənmiş, tələbkarın qalan hissədə əmək haqqını ödəməkdən əsassız olaraq, habelə məhkəmə tərəfindən istinad olunan qərardadla daha öncə əsassız hesab edilmiş mülahizələri rəhbər tutmaqla imtina etmiş, icra məmuru isə qanunsuzluğa və özbaşınalığa yol verərək faktiki olaraq tələbi icra edilməmiş icra sənədi üzrə icraata xitam vermişdir. İcra sənədi üzrə digər tələb iddiaçı Tələbkar Borclu2 psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsindən ibarət olmuşdur. Bu tələbin icrası istiqamətində borclu tərəfindən müəyyən tədbirlər həyata keçirilsə də, bu tələb də tam icra edilməmiş və tələbin icrası əmək qanunvericiliyinin normalarına zidd qaydada və natamam həyata keçirilmişdir. Doğrudur, Borclu2 direktoru Nümayəndə1 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinin 1-ci bəndində Tələbkar Borclu2 psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin qüvvədən düşməsi qərara alınmışdır. Lakin qeyd olunan əmrin ləğv edilməsi ilə bağlı Tələbkar əmək kitabçasında hər hansı qeyd aparılmamış, həmçinin Əmək müqaviləsi bildirişləri alt sisteminə də bununla bağlı hər hansı bildiriş daxil edilməmişdir. Başqa sözlə, borclu müəssisə tərəfindən işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müvafiq əmrin qüvvədən düşməsi formal olaraq bəyan edilmiş, həmin əmrin ləğvi və hüquqi nəticələrinin aradan qaldırılması istiqamətində heç bir praktiki və real tədbir görülməmişdir. Borclu2 direktoru Nümayəndə1 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinin 1-ci bəndində icra sənədində ləğv edilməsi tələb olunan əmrin qüvvədən düşməsi formal olaraq bəyan edilsə də, həmin əmr əmək münasibətlərinin rəsmiləşdirilməsi və uçotu üzrə müvafiq dövlət informasiya ehtiyatlarında hal-hazırda da qüvvədədir. İcra məmuru isə qeyd olunan xüsusatı araşdırmadan, bununla bağlı hazırkı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2 Xidmətinə müraciət edib rəy almadan natamam icranı qəbul etmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaradılması, dəyişdirilməsi və s. hərəkətlər məhz müvafiq elektron informasiya sistemində qeydə alındıqdan sonra qüvvəyə mindiyindən sözügedən əmrin ləğvi barədə əmr üzrə həmin elektron informasiya sisteminə müvafiq bildiriş daxil edildikdən sonra bu əmr ləğv edilmiş hesab oluna bilərdi. Odur ki, borclu müəssisə işçinin işdən çıxarılması barədə əmrin qüvvədən salınmasını bəyan etsə də, bu bəyan sözügedən əmrin ləğvi üçün kifayət deyil. Şikayətə əlavə edilmiş Tələbkar əmək kitabçasının surətindən də görünür ki, borclu müəssisə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğvi ilə bağlı hər hansı qeydlər aparmamışdır. Hazırda Tələbkar nə əmək kitabçasından, nə də dövlət informasiya ehtiyatlarındakı şəxsi elektron kabinetindəki məlumatlarından, qeydə alınmış əmək müqaviləsi bildirişlərindən onun qanunsuz olaraq işdən çıxarılması faktını müəyyən etmək mümkün deyil. İcra sənədi üzrə digər tələb iddiaçı Tələbkar Borclu2 psixoloq vəzifəsinə bərpa olunmasından ibarət olmuşdur. Doğrudur, Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinin 2-ci bəndində Tələbkar həmin məktəbdə psixoloq vəzifəsinə bərpa edilməsi və onunla 3 ay sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanması qərara alınmışdır. Lakin bu tələb icra sənədində müəyyən edilmiş icra üsuluna və icra qaydasına zidd formada icra olunmuşdur. Belə ki, icra sənədi üzrə tələblərin mahiyyətinə ümumi nəzər yetirdikdə müəyyən olunur ki, məhkəmə Tələbkar işə bərpası tələbinin icra üsulunu onunla yeni məzmunda – özü də məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindəki göstərişlərə zidd olaraq sınaq müddəti ilə əmək müqaviləsi bağlanması formasında deyil, məhz onun işdən çıxarılması ilə bağlı əmrin ləğvi formasında icrasını müəyyən etmişdir. Başqa sözlə, icra sənədində tələbkarla yeni əmək müqaviləsi bağlanmasına dair hər hansı bir göstəriş mövcud deyil. Həmçinin, işçinin işlədiyi əvvəlki ştat vahidi ləğv və ya ixtisar olunmadığından və işçi başqa işə keçirilmədiyindən, yaxud işçi ilə əvvəlki işi ilə oxşar əmək şəraiti şərtlərinə malik işə təyin olunması zərurəti mövcud olmadığından onunla yeni əmək müqaviləsi bağlanması zərurəti də mövcud olmamışdır. Belə olan təqdirdə işçinin onunla yeni əmək müqaviləsi bağlanması formasında işə bərpa edilməsi icra sənədi üzrə tələbin onun özündə müəyyən edilmiş icra üsul və qaydasına zidd olmuşdur. Astara Rayon Məhkəməsinin 30 iyun 2021ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə qeyd olunan məsələ ilə bağlı aşağıdakıları vurğulamışdır: “Göründüyü kimi, Tələbkar 12 may 2020-ci il tarixli əmək müqaviləsinə və 12 may 2020-ci il tarixli əmrə əsasən ali təhilli psixoloq kimi Astara şəhər 4 saylı orta məktəbə 3 ay sınaq müddətinə psixoloq vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Bu sınaq müddəti isə Əmək Məcəlləsinin istinad olunan 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 aydan artıq dövrü əhatə edə bilməzdi və maksimum 12 avqust 2020-ci ilə qədər olan dövrü əhatə etməli, bundan sonra isə onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Lakin iş üzrə materiallardan göründüyü kimi, Tələbkar ilə bağlanmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq sınaq müddətinin davamı kimi xarakterizə olunaraq və sınaq müddəti üzrə müqavilənin bir neçə dəfə uzadılması kimi təqdim olunmuşdur”. Beləliklə, məhkəmə iddiaçının iddia tələbini təmin edərək işəgötürənin 31 mart 2021-ci il tarixli işdən çıxarma əmrini məhz o əsasla təmin etmişdir ki, sınaq müddəti başa çatdıqdan sonra daimi əmək funksiyalarına malik olan işçi ilə əmək müqaviləsi müddətsiz əsaslarla bağlanmalı idi və işəgötürən qanunsuz olaraq onunla sonrakı əmək münasibətlərini müddətli əsaslarla rəsmiləşdirmiş, daha sonra isə müddətin başa çatması əsası ilə müqaviləyə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsində məhkəmə tərəflərin sınaq müddəti başa çatdıqdan sonrakı əmək münasibətlərinin məhz müddətsiz əsaslarla rəsmiləşdirilməsinin tərəfdarı olmuş, lakin tərəflər arasındakı əvvəlki hüquq münasibətlərini təftiş etsə də, sonrakı perspektiv əmək münasibətlərini prosessual əsaslarla təyin etməkdən imtina etmişdir. Tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar, hallar və məhkəmənin hüquqi mövqeyi tərəflər üçün preyudisial xarakter daşıdığından həmin qətnamənin icrası çərçivəsində məhkəmənin iradəsinə zidd olaraq tələbkarla yenidən sınaq müddəti üzrə əmək müqaviləsinin bağlanması qətnamənin icra qaydasına da ziddir. Bu baxımdan qətnamədə müəyyən edilmiş icra üsuluna müvafiq olaraq Tələbkar işə məhz işəgötürənin onun qanunsuz olaraq işdən çıxarılması ilə bağlı 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğvi ilə tərəflər arasında bağlanmış 12 may 2020ci il tarixli əmək müqaviləsinin yenidən qüvvəyə minməsi qaydasında bərpa edilməli, bu zaman tərəflər arasındakı əmək münasibətləri Astara Rayon Məhkəməsinin 30 iyun 2021ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsindəki yuxarı istinad olunan mövqeyə müvafiq olaraq müddətsiz əsaslarla davam etdirilməli idi. İcra məmuru “İcra haqqında” Qanunun 71-ci maddəsinin tələbini icra etməmiş, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İcra məmuru əmək haqqı ödənişlərinin hesablanması, təmin edilməsi və işçinin əmək hüquqlarının bərpası ilə bağlı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2 Xidmətindən də ekspert dəvət etməmiş, xüsusi bilik tələb olunduğu halda əmək haqqı hesablamalarını da öz mülahizələri əsasında aparmışdır. Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Zamin İbrahimov) Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi barədə Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar ləğv edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi şikayət vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)- 20/2024 saylı qərardadının ləğv edilərək, yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi ilə Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbin psixoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Tələbkar 12 may 2020-ci ildən Astara şəhər 4 saylı tam orta məktəbə 3 ay sınaq müddətinə müddətli əmək müqaviləsi ilə psixoloq kimi işə qəbul edilmişdir. Sınaq müddətinə işə qəbul edilmiş Tələbkar məktəbdə bir gün də olsa, işdə olmamışdır. Əmək Məcəlləsinin 51-ci maddəsinin 2-ci bəndinə əsasən, sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli, 73-1 nömrəli qərarı ilə Azərbaycan Respublikası ərazisində “yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi” ilə əlaqədar təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili müvəqqəti dayandırılmışdır. Sərt karantin dövrünün uzadılması ilə əlaqədar 31 mart 2021-ci il tarixə kimi Tələbkar ilə bağlanmış əmək müqaviləsi uzadılmışdır. Üç dəfə əmək müqaviləsinin müddətli uzadılmasına baxmayaraq, Tələbkar bir neçə dəfə əmək qabiliyyətini itirməsi barədə sənəd təqdim etsə də, faktiki olaraq bir gün də işdə olmamış və bu səbəbdən də adına əmək haqqı buraxılmamışdır. 01 fevral 2021-ci ildən sərt karantin dövründə yumşalmalar olduğundan tədris əyani formada mərhələli şəkildə bərpa edilmişdir. Tələbkarlə sonuncu uzadılmış əmək müqaviləsinin müddəti 31 mart 2021-ci ildə bitdiyindən Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, işəgötürən (məktəb direktoru) tərəfindən həmin gün 29 nömrəli əmrlə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Məktəb direktorunun əmrindən narazı qalan Tələbkar məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 30 iyun 2021ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi ilə Tələbkar iddiası qismən təmin edilmiş, müddətli əmək müqaviləsi əsasında işə bərpa edilməsi və ona məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi qət edilmiş, Tələbkar ikinci tələbi – müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi hissəsində rədd edilmişdir. Tələbkar Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi hissəsində tələbi təmin edilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3103/2021 saylı qətnaməsi ilə Tələbkar apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)- 770/2021 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Astara rayon İcra və Probasiya şöbəsinin Borclu1nə (hazırkı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektoruna) göndərdiyi 08 sentyabr 2021-ci il tarixli məktubda Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsini 10 gün müddətində könüllü icra etməsi qeyd olunmuşdur. Lakin icra zamanı məlum olmuşdur ki, Tələbkar Astara Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyindən və həmin şikayət Şirvan Apellyasiya Məhkəməsinin icraatına qəbul edildiyindən Astara rayon İcra və Probasiya şöbəsinin Borclu1nə göndərdiyi 13 oktyabr 2021-ci il tarixli növbəti məktubla icra sənədi üzrə icraatın dayandırılması bildirilmişdir. İcra sənədi ilə Tələbkar Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsinə əsasən Astara şəhər 4 saylı tam orta məktəbə psixoloq vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi göstərilmişdir. Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsində Tələbkar hansı dövr aralığında işə bərpa olunması və hansı dövr üçün məcburi işburaxma müddətinə əmək haqqı ödənilməsi göstərilməmişdir, nəticədə qeyri-müəyyənlik yaranmışdır. Bu səbəbdən də Maraqlı şəxs qeyd edilən qətnaməyə dair icra sənədinin icrası mümkün olmur. Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbə müddətsiz psixoloq vəzifəsinə təyin olunmasını tələb edir və məhkəmə qərarı qüvvəyə mindiyi gündən hazırkı dövrə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Lakin Astara Rayon Məhkəməsinin qətnaməsindən açıq-aşkar görünür ki, Tələbkar müddətsiz müqavilə ilə işə bərpası hissəsində iddiası rədd edilmişdir. Tələbkar Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermədiyindən və üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra (səbəbi məlum olmadan) Maraqlı şəxs Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsini icra olunmasından ötrü Lənkəran-Astara Regional Təhsil İdarəsinə 05 iyun 2023-cü il tarixli məktubu göndərmiş və gecikmənin səbəbini göstərməmişdir. 31 mart 2021-ci il tarixli, 29 nömrəli əmrlə xitam verilən müqavilə müddətli müqavilə şərti ilə 3 ay müddətinə bağlanmışdır. Bu əsasla da məhkəmə qərarı icra edilərkən Tələbkar 3 ay müddətinə müddətli müqavilə əsasında işə qəbul edilmiş və ona iş buraxmaya görə 3 aylıq əmək haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qeyri-müəyyən olmasını təsdiq etmişdir. Məhkəmə materiallarından məlum olmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(106)- 3103/2021 saylı qətnaməsi 22 noyabr 2021-ci il tarixdə tərəflərə göndərilmiş və kassasiya qaydasında icraat olmamışdır. Lakin 25 yanvar 2023-cü ildə Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi (təxminən 1 ilə yaxın gecikməklə) təkrarən icraya göndərilmişdir. Maraqlı şəxsndən icra sənədi 06 iyul 2023-cü ildə Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olmuşdur. Təxminən 6 aya yaxın gecikdirməklə icraya yönəldilməsinə baxmayaraq, Astara Rayon Məhkəməsi 27 fevral 2024-cü il tarixli, 8(018)- 20/2024 saylı qərardadında bu məsələyə münasibət bildirmədən, gecikmənin üzrlü səbəblərini aydınlaşdırmadan, qanunvericiliyin normalarını göstərmədən hesab etmişdir ki, əmək haqqı mübahisəsiz olaraq işəgötürən tərəfindən işçiyə tam həcmdə ödənilməlidir. Məhkəmə təhsil sisteminin dövlət büdcəsindən maliyyələşməsini, ödənişə cəlb olunan hər hansı məbləğdə pul vəsaitinin ödənilməsinin konkret əsaslandırılmasının tələb olunmasını nəzərə almamışdır. Ona görə də hesab edir ki, məhkəmə tələbkarın şikayət ərizəsini təmin etməkdə haqlı olmamışdır. İşdə kifayət qədər olan sübutlara əsaslanaraq, Maraqlı şəxs icra məmuru X1 10 yanvar 2024-cü il tarixli qərarı ilə həmin icra vərəqinin icrası mümkün olmayan icra sənədi kimi qüvvədə saxlamaqla şikayət rədd edilməli idi. Astara Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadından Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayət rədd edilmiş, şikayətin materialla birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)- 770/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Borclu1 və Astara şəhər 4 saylı tam orta məktəbin direktoru Nümayəndə1 Tələbkar işdən azad edilməsi ilə bağlı 31 mart 2021-ci il tarixli, 29 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməsi, Tələbkar ilə 12 avqust 2020-ci il tarixdən etibarən bağlanmış əmək müqaviləsinin və ona əlavələrin həmin əmək müqaviləsinin və sonrakı dövrlərdə ona bağlanmış əlavələrin əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması ilə bağlı şərtlərinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə və 47-ci maddəsinə zidd olduğundan etibarsız hesab edilməsi və və həmin əmək müqaviləsinin müddətsiz hesab olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmiş, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv edilməsi, Tələbkar Astara şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi əsasında 30 avqust 2021-ci ildə Astara Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. İşdə surəti olan Astara rayon İcra və Probasiya şöbəsinin 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. İşdə surəti olan Astara rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. İşdə surəti olan Astara rayon İcra və Probasiya şöbəsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İşdə surəti olan Maraqlı şəxs 03 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. İşdə surəti olan Maraqlı şəxs 03 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Lənkəran- Astara Regional Təhsil İdarəsinə 10 gün vaxt verilmişdir. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(018)- 130/2023 saylı qərardadından görünür ki, həmin qərardadla Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair borclu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Rəhim Rəhimov tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı qətnamədə, qətnamənin nəticə hissəsindəki fikirlər aydın ifadə olunduğuna görə hər hansı bir izah verilməsi məqsədəmüvafiq deyil, qətnamədə məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməklə, qətnamənin icrasında heç bir çətinlik yaratmır. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(018)- 137/2023 saylı qərardadından görünür ki, həmin qərardadla Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı qətnamədə, qətnamənin nəticə hissəsindəki fikirlər aydın ifadə olunduğuna görə hər hansı bir izah verilməsi məqsədəmüvafiq deyil, qətnamədə məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməklə, qətnamənin icrasında heç bir çətinlik yaratmır. İşdə surəti olan Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə Tələbkar Astara şəhər 4 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 nömrəli əmrin qüvvədən düşmüş hesab edilməsi, Tələbkar Astara şəhər 4 nömrəli tam orta məktəbdə 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunması və onunla 3 ay sınaq müddətinə müddətli əmək müqaviləsinin bağlanması, Tələbkar məcburi işburaxma müddəti üçün 3 aylıq əmək haqqı ödənilməsi qərara alınmışdır. İşdəki KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən **********44176 nömrəli hesaba 1427,77 manat pul vəsaiti köçürülmüşdür. İşdə surəti olan Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyevin 10 yanvar 2024-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, icraat zamanı Əliyev X3 şəhər 4 saylı tam orta məktəb direktorunun müavinin əmrinə əsasən 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa edilmiş və Tələbkar 06 dekabr 2023-cü il tarixdə 1427,77 manat məbləğində məcburi işburaxmaya görə əmək haqqı ödənilmişdir. Bununla da Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə tələb tam təmin edilmişdir. Qərar “İcra haqqında” Qanunun 20.1.5-ci və 20.2-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi iki ildən artıq bir müddətdə icra edilməmiş qalmış, yalnız Astara şəhər 4 saylı tam orta məktəbinin direktorunun 15 sentyabr 2023-cü il tarixli əmri ilə Əliyev X3 şəhər 4 saylı tam orta məktəbində 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunmuş və onunla 3 aylıq sınaq müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, "xxxx" ASC-nin KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən, Tələbkar hesabına 3 aylıq əmək haqqı olaraq 1427,77 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi tələbkarın şikayət ərizəsini təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı icra sənədi üzrə icraata xitam verilməməli idi. Belə ki, məhkəmə qətnaməsində və icra sənədində tələbkara bütün məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi qət edilsə də, icra sənədini icra edən borclu müəssisənin rəhbəri icra sənədinin konkret tələbinə zidd olaraq, tələbkara bütün məcburi işburaxma dövrü üzrə deyil, həmin dövrün yalnız 3 aylıq hissəsinin əmək haqlarının ödənilməsi barədə göstəriş vermişdir. Məhkəmə hesab etmişdir ki, məcburi işburaxma dövrü dedikdə, işçinin qanunsuz olaraq işdən azad olunduğu vaxtdan onun işə bərpa olunduğu vaxtadək olan müddət nəzərdə tutulur və həmin dövr üçün olan əmək haqqları mübahisəsiz olaraq işəgötürən tərəfindən işçiyə tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsində qeyri-müəyyənliyin olduğunu bildirsə də, işdə surəti olan Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(018)-130/2023 saylı və 29 avqust 2023-cü il tarixli, 8(018)-137/2023 saylı qərardadlarından görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair müvafiq olaraq borclu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Rəhim Rəhimov tərəfindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən verilmiş ərizələr təmin olunmamış, qərardadlar onunla əsaslandırılmışdır ki, qətnamədə, qətnamənin nəticə hissəsindəki fikirlər aydın ifadə olunduğuna görə hər hansı bir izah verilməsi məqsədəmüvafiq deyil, qətnamədə məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməklə, qətnamənin icrasında heç bir çətinlik yaratmır. Bundan əlavə, hazırda icrası üçün icra hərəkətlərinin davam etdirilməsi tələb olunan Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin tam icra olunmaması məhz həmin qətnaməni qəbul etmiş məhkəmənin özü tərəfindən müəyyən olunur və belə olan halda borclu Lənkəran-Astara Regional Təhsil İdarəsinin verdiyi şikayətdə qeyd etdiyi formal mülahizələr Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadının ləğvi üçün əsas kimi çıxış etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021ci il tarixli icra sənədində qeyd olunan tələblərin tam icra edilməməsini əsas tutaraq, Maraqlı şəxs böyük icra məmuru Gündüz Mehdiyevin 10 yanvar 2024-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. “İcra haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 27 fevral 2024-cü il tarixli qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)- 20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-22/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-22/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver