Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-24/2024 20.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon və probasiya şöbəsinin təqdimatı üzrə Salyan Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Salyan Rayon Məhkəməsinin 2(057)- 123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu «HTM Holdinq” MMC və Borclu 593611 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 27 avqust 2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu «HTM Holdinq” MMC və Borclu 593611 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Borclu tələbi könüllü qaydada yerinə yetirməsi üçün bildiriş göndərilmiş, lakin o, tələbin könüllü qaydada icrasını təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbini yerinə yetirməkdən yayınmaq məqsədi olduğu və mütəmadi olaraq xaricə getməsi ehtimal olunur. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-123/2018 saylı, xx.xx.2018-ci il tarixli saylı icra sənədi üzrə 22 avqust 1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan Borclu şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətdə borclu göstərmişdir ki, o, borcunu ödəmişdir. Buna dair sübutları da mövcuddur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 10 may 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işin hallarına dair məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu «HTM Holdinq” MMC və Borclu 593611 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 27 avqust 2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə eyni tarixli məktub göndərilmişdir. Borclu Salyan rayon icra və probasiya şöbəsinə verdiyi izahatında o, icra sənədindən xəbərdar olduğunu və ona verilən etibarnaməyə əsasən şirkətə olan borcunu ödədiyini bildirmişdir. Həmçinin "xxxx" MMC tərəfindən “HOLCİM” zavoduna X1 adına etibarnamə verilmişdir. Borclu izahatında həmçinin qalan borcun «HTM Holdinq” MMC-yə aid olduğunu və onun şirkətə və banka heç bir borcunun olmadığını da qeyd etmişdir. Müəyyən edilir ki, Borclu edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, o, icra sənədi üzrə borcun icrasını təmin etməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına əmlak, yaxud hər-hansı gəlir aşkar edilməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələbinə görə məcburi icra tədbirlərinə başlanılmışdır. Salyan Rayon Polis Şöbəsinin Salyan rayon icra və probasiya şöbəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Salyan rayon İcea qurumunun xx.xx.2019-cu il tarixli borclunun axtarılması barədə qərarına əsasən, Borclu barəsində xx.xx.2019-cu il tarixdə 720078 nömrəli axtarış işi açılmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış tədbirləri dayandırılmışdır. Salyan Rayon Polis Şöbəsinin Salyan rayon icra və probasiya şöbəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Borclu barəsində xx.xx.2020-ci il tarixdə 720263 nömrəli axtarış işi açılmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərara əsasən Borclu barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə Kollegiyası hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslıdır. Belə ki, borclunun ödənilməmiş borcu qalmaqdadır, onun məhkəmə qətnaməsinin icrasından yayınması əsaslandırılmışdır. Borclu şikayətində borcunu ödədiyini və buna dair sübutlarının olduğunu bildirmişdir. Kollegiya qərardadın ləğvinə dair şikayətin təmin edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(057)-43/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-24/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-24/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver