Məhkəmə qərarları › İş №8(106)-3/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-3/2023

07.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-3/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2nun ərizəsinə dair Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 3300 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru icra sənədi üzrə icraata başlanılmışdır. Borclu X1 Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu A.Abbasov ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği ödəməkdən yayınmır, lakin borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. O, təsərrüfatla məşğul olur və mövsümü olaraq gəlir əldə edir. Bu səbəbdən borcun hissə-hissə ödəməsi mümkündür. Birinci instansiya məhkəməsində tələbkar və icra məmuru iştirak etmədiyindən, onların mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə borclu X1 Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(073)-568/2021 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməmişdir. Qərardaddan ərizəçi şikayət vermiş, şikayətində, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsi üzrə borcunu birdəfəyə ödəmək imkanı yoxdur, özü rəsmi olaraq işləmir, fəhləliklə məşğul olur, ailə vəziyyəti olduqca ağırdır. İcra vərəqəsi üzrə borcunu da ancaq hissə-hissə ödəyə bilər. Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 26 yanvar 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu qətnamə üzrə borcun əmək haqqına yönəldilməsi şərtilə hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru nəticəyə gələrək ərizəni təmin etməmişdir. Ərizəçi şikayətində icra sənədində qeyd edilmiş pul məbləğini birdəfəlik ödəmək imkanının olmadığını, hazırda işləmədiyini, təsərrüfatla məşğul olduğunu və mövsümü olaraq gəlir əldə etdiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 365-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(073)-296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar