Məhkəmə qərarları › İş №8(106)-34/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-34/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-34/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********372200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20772,7 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan aşağıdakı avtomobillərin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir: ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ“ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********372200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20772,7 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu adına ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı nəqliyyat vasitələrinin olduğu məlum olmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45.1-ci və 50-ci maddələrinə əsaslanaraq tələbin iş üzrə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaklara yönəldilməsi məqsəduyğundur. Birinci instansiya məhkəməsində Borclu vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsi üzrə icraat hazırda Şirvan İnzibati Məhkəməsində 2-1(120)-3141/2024 saylı işi üzrə davam etməkdədir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 14:20-ə təyin edilmişdir. Hazırda icraatda olan işin gedişatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan məhkəmə icraatı üzrə qəbul ediləcək yekun məhkəmə qərarından asılı olduğuna görə məhkəmə işinin icraatının dayandırılması zərurəti yaranmışdır. Odur ki, işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 03 may 2024-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, qalan hissədə təqdimatın təmin edilməməsi, qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayəti vermiş, şikayətində qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 30 may 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tələbkara bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı tələbkarın yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından müəyyən edilir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə Borclu tərəfindən 20772,7 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2023-cü il tarixdən icraya yönəlmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu adına ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı nəqliyyat vasitələri qeydiyyatdan keçmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbiri tətbiq oluna bilər. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən borcun icrası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq təqdimatı qismən təmin etmiş, iki avtomobilin üzərinə həbs qoymuşdur. Borclunun vəkili və nümayəndəsi şikayətində qeyd etmişdir ki, vergi xidmətinin qərarını mübahisələndirmiş, müvafiq iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsi üzrə icraat hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Ona görə Şirvan İnzibati Məhkəməsinin icraatında olan işə baxılanadək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, vergi xidmətinin qərarının mübahisələndirilməsi hazırki icraatın dayandırılması üçün əsas deyil. Belə ki, avtomobilin üzərinə həbs qoyulması (onun barəsində sərəncam verilməsinin qadağan edilməsi) hələ tələbin həmin avtomobilə yönəldilməsi məqsədilə avtomobilin bilavasitə məcburi satılması anlamına gəlmir. İcra sənədinin ləğv edilməsindən sonra avtomobillərin üzərindən həbsin ləğv edilməsi də mümkündür. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədi üzrə icraatın dayandırılması halları nəzərdə tutulmuşdur. Yəni Qanunda nəzərdə tutulmuş hallar mövcud olduğu təqdirdə maraqlı şəxs ərizə ilə müvafiq icra qurumuna müraciət etməklə icraatın dayandırılmasına nail ola bilər. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Məhkəmə Kollegiyası qərardadı ləğv etmək üçün əsas tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli, 8(032)-37/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar