Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-36/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 Şirvan şəhər Məhkəməsinin 2(032)-1577/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsi üzrə Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-1577/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsinin “Sabirabad rayonu, Qaragüney kəndində yaşayan cavabdeh Borclu rəsmi nikahdalarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi” hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1577/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli (hakim X12) Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(032)-1218/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, cavabdeh Borclu 18 iyun 2007-ci il təvəllüdlü X8 və 15 avqust 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi qət olunmuşdur və qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda uşaqlar onun himayəsində yaşayırlar və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği onların saxlanılması üçün yetərli deyildir. Məhkəmə qətnməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaqların yaşı az olduğundan həmin vaxt geyimə, yeməyə olan tələbatı da hal-hazırki tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Hazırda istehlak mallarının və xidmətlərinin qitmətlərinin artmasını, həyat şəraitini, uşağın saxlanılmasını, təhsilini, qidalanmasını, müalicəsini və s. Hallar nəzərə alınsa aliment məbləği dövrün tələbinə uyğun məbləğdə müəyyənləşdirilməlidir ki, uşaq yaşadığından, bu günə sürdüyü həyat şəraitindən və malik olduğu təminatlardan aşağı səviyyəli həyat tərzi keçirməməlidir. Digər tərəfdən, hazırda uşaqların səhhətində ciddi problemləri vardır. Bununla bağlı əlavə xərclər tələb olunur. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. Hal-hazırda 140 manat məbləğində aliment hazırki şəraitdə olduca azlıq təşkil edir. Cavabdeh Borclu ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı (Hakim: Ceyhun Mustafayev) qərardadı ilə ərizə təmin edilərək, 24 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 18 iyun 2007-ci il təvəllüdlü X8 və 15 avqust 2008-ci il təvəllüdlü X2 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. X1 nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, Şirvan şəhər Məhkəməsinin aliment məbləğinin indeksasiyasına dair xx.xx.2025-ci il tarixli, 8(032)- 31/2025 saylı qərardadının “ borcludan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pulməbləğində aliment tutulması” hissəsində ləğv edilərək aliment məbləğinin artırılması barədə Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024cü il tarixli, 2(032)-1577/2024 saylı qətnaməsinin çıxarıldığı xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 18 iyun 2007-ci il təvəllüdlü X8 və 15 avqust 2008-ci il təvəllüdlü NovruzovaSəma Bəhruz qızının saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı (Hakim: Ceyhun Mustafayev) qərardadı ilə, şikayətin təmin edilməməsi, Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1577/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 345 manat olmasını və Şirvan şəhər Məhkəməsinin 2(032)-1577/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə hər bir uşağa görə 140 manat aliment təyin edilməsini nəzərə alaraq, Ali Məhkəməsi Plenumun qərarına uyğun olaraq alimentin indeksasiyasını (140:345=0.40) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımlar da nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin “24 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 18 iyun 2007-ci il təvəllüdlü X8 və 15 avqust 2008-ci il təvəllüdlü X2 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun” mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 8(032)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-36/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-36/2025
10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver