Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-43/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 saylı qərardadından ərizəçi Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2009-cu il tarixdə Ağcəbədi rayon Qeydiyyat şöbəsində bağlanmış, 59 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, X2 və X1 anaları Tələbkar yanında saxlanmaları, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Borclu hər uşağa görə 130 manat məbləğində aliment alınaraq Tələbkar verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 nömrəli qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 nömrəli qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul edilməsindən hazırkı tarixədək xeyli müddət keçmişdir. Həmin müddət ərzində ölkə üzrə yaşayış minimumu, qida məhsullarının qiyməti, geyim məhsullarının qiyməti və s. artsa da, Borclu uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi dəstək göstərməmişdir. Uşağın maddi təminatını təyin olunan aliment məbləği ilə ödəməkdə çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 nömrəli qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)- 56/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2010cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadında əsaslandırıcı və nəticə hissəsində qeyd edilmiş “0,48 misli” sözünün, “0,37 misli” sözü kimi oxunması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadından ərizəçi Tələbkar şikayətlə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadının ləğv edilib yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad ona rəsmi qaydada poçt vasitəsi ilə faktiki yaşadığı ünvana çatdırılmadan məhkəmə öz mülahizəsi əsasında qanunsuz və əsasız formada kobud qanun pozuntusuna yol verərək prosessual qaydaları pozmaqla xx.xx.2025-ci il tarixdə qərardada dəqiqləşdirmə vermişdir. Onun isə bundan heç bir xəbəri olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025 tarixli 8(017)- 30/2025 saylı qərardadına edilmiş düzəliş xx.xx.2025-ci il tarixində edilmişdir. Həmin xx.xx.2025-ci il tarixli qərardad qanuni qüvvəyə minmədən və onun şikayət vermək hüququ gözlənilmədən kobud qanun pozuntusu ilə həmin qərardad icra vərəqi ilə icraya göndərilmiş və həmin icra vərəqində qərardadın qüvvəyə minmə tarixi xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmənin dəqiqləşdirməsi ilə alimentin indeksasiyası üzrə müəyyən edilmiş 1 uşaq üçün 130 azn-dən 192 manata qaldırılmış məbləğ sonradan müəmmalı şəkildə 1 uşaq üçün 148 azn-ə endirilmişdir. Sonradan dəqiqləşdirilmə edilmiş və ona təqdim olunmadan xx.xx.2025-ci il tarixli qərardadın xx.xx.2025-ci il tarixdə yəni 3 gün sonra qanuni qüvvəyə mindirilərək, həmin qərardadla qəbul edilmiş qərarla yəni indeksasiyanı 0.37 misli sabit pul məbləğində cavabdehdən alimentin tutulması ilə qəti şəkildə razı deyildir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadından ərizəçi Tələbkar verdiyi şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, təyin edilmiş alimentin indeksasiya edilməsi zamanı birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi aliment indeksasiyası ilə bağlı hesablamalar apararkən səhvə yol vermişdir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş 130 manatla 2024-cü il üçün müəyyənləşdirilmiş minimum əmək haqqını indeksasiya etmək üçün bu ədədlər mütənasib şəkildə bölünməlidir (130:345= 0,3768....=0.38). Məhkəmə tərkibi qeyd edir ki, indeksasiya zamanı hesablanmış 0,3768... göstəricisi məntiqə və hesablama qaydalarına uyğun olaraq 0.38-ə yuvarlaqlaşdırılmalı idi. Halbuki birinci instansiya məhkəməsi həmin göstəricini səhvən 0,37 olaraq qəbul etmiş və bu da ödənilməli olan məbləğin azaldılmasına səbəb olmuşdur. Məhkəmə tərkibi işin bu halı ilə bağlı qeyd edir ki, belə olan halda uşaqların mənafelərinin üstünlüyü prinsipi təmin olunmalıdır. Bu prinsipə görə, məhkəmə proseslərində uşaqların hüquq və mənafeləri birinci dərəcədə nəzərdə alınmalıdır. İndeksasiya edilmiş məbləğin səhv hesablanmsı nəticəsində uşaqların qanuni mənafeləri pozulmuş, onlar üçün nəzərdə tutulmuş təminat azaldılmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qeyd olunan maddi hüquq normalarını və uşaqların mənafelərinin üstünlüyü prinsipini nəzərə almadan, düzgün olmayan yuvarlaqlaşdırma tətbiq etməsi qəbuledilməz hesab edilir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 saylı qətnaməsi ilə məhkəmə hər uşaq üçün 130 manat sabit pul miqdarında aliment qət etmişdir. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,38 mislini təşkil edir. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cu il tarixli, 2(017)-56/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı Qərarında qeyd edilən müddəları nəzərə alan məhkəmə tərkibi hesab edir ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tələbkar şikayətində bildirmişdir ki, məhkəmənin dəqiqləşdirməsi ilə alimentin indeksasiyası üzrə müəyyən edilmiş 1 uşaq üçün 130 azn-dən 192 manata qaldırılmış məbləğ sonradan müəmmalı şəkildə 1 uşaq üçün 148 azn-ə endirilmişdir. Sonradan dəqiqləşdirilmə edilmiş və ona təqdim olunmadan xx.xx.2025-ci il tarixli qərardadın xx.xx.2025-ci il tarixdə yəni 3 gün sonra qanuni qüvvəyə mindirilərək, həmin qərardadla qəbul edilmiş qərarla yəni indeksasiyanı 0.37 misli sabit pul məbləğində cavabdehdən alimentin tutulması ilə qəti şəkildə razı deyildir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment tutulması qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı aliment ödəyən tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsi yanlışlıq qərardadı çıxardaraq Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-30/2025 nömrəli qərardadında əsaslandırıcı və nəticə hissəsində qeyd edilmiş “0,48 misli” sözünün, “0,37 misli” sözü ilə dəyişməkdə haqlı olsa da, indeksasiya edərkən səhv nəticəyə gəlmişdir. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi
QƏRARA ALDİ:
Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(017)-30/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.