Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-46/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)-31/2025 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(018)-657/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş əkiz övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və X7, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üç uşağa qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında, eyni zamanda hər ay uşaq üçün 75 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Astara Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(018)-657/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 və X4, xx.xx.2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qət edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunuş minimum əmək haqqının 0.416 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(018)-657/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 və X4, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin tutulması 03 iyun 2019-cu il tarixdən qət edilmişdir. Həmin dövrdən hal-hazıradək aliment indeksasiya olunmamışdır. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)-31/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Astara Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(018)-657/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 və X4, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin uşaqların hər birinə görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.416 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayətlə müraciət edərək Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)-31/2025 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş alimentin məbləği həddən artıq şişirdilmişdir. Rəsmi iş yeri vardır və hər ay 400 manat əmək haqqı alır. Onun başqa gəlirləri yoxdur. Belə olan halda onun hüquqları pozulmuş olur. Əgər tələbkar uşaqları saxlaya bilmirsə uşaqları onun himayyəsinə verməlidir, o saxlamağa razıdır. Astara Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 8(018)-31/2025 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 8(018)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)- 31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tutulması qət edilən aliment məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 180 manat müəyyən edilmiş, hazırda isə ölkə üzrə minimum əmək haqqı 400 manat miqdarında müəyyən edilməkdədir. Bu səbəbdən ərizə təmin edilməli, 75 manat sabit pul məbləğində aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli miqdarında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, valideynlər özlərinin maddi vəziyyətindən asılı olmayaraq azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş həcmdə iştirak etməyə borcludurlar. Valideynin maddi çətinlikləri, işsizliyi və ya gəlirinin az olması onun bu öhdəlikdən azad olunması üçün əsas hesab edilmir. Alimentin indeksasiya edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə əsasən və uşağın maraqlarına uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində qeyd edildiyi kimi, valideynlər öz uşaqlarının qayğısına qalmalı və onları təmin etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərkibi alimentin indeksasiya edilməsi ilə bağlı qeyd edir ki, alimentin məbləği inflyasiya nəticəsində real dəyərini itirdikdə və ya övladın təminat ehtiyacları artdıqda, bu məbləğ məhkəmə tərəfindən indeksasiya edilə bilər. İndeksasiya mexanizmi alimentin real dəyərinin qorunmasına, yəni uşağın əvvəlki səviyyədə təmin edilməsinə xidmət edir. Bundan əlavə indeksasiya valideynin gəlirindən və ya istəyindən asılı olmayan, maddi hüququn sabitliyini və uşağın rifahının qorunmasını təmin edən hüquqi mexanizmdir. Əgər aliment indeksasiya olunmasaydı, artan qiymətlər və həyat səviyyəsi qarşısında uşağın maddi təminatı nisbi olaraq azalardı ki, bu da uşağın maraqlarının pozulması demək olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Astara Rayon Məhkəməsinin 27 fevral 2025ci il tarixli, 8(018)-31/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi
QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(018)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.