Məhkəmə qərarları › İş №8(106)-49/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-49/2024

26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-49/2024 26.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), X5 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Qətnaməyə izah verilməsi barədə X3 tərəfindən verilmiş ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-135/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş Cavabdeh ilə X2 ünsiyyətdə olmaq müddəti bitdikdən sonra uşağın ona təhvil verilməsi ilə bağlı qeyd olunan qətnamələrə izah verilməsini xahiş etmişdir. Gülnar Süleyman ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, onun övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək, eləcə də, uşağın doğum günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00dan 20:00-dək görüş hüququnun təmin edilməsi qət edilmişdir. Qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq məhkəmənin Mülki Kollegiyasının 2(106)-135/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh ilə X2 hər həftənin bazar günləri, eləcə də, bayram günlərinin səhəri günü saat 09:00-dan saat 21:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. 05 may 2024-cü ildə Cavabdeh məhkəmə qətnaməsi ilə ərizəçinin yanında saxlanılması müəyyən edilmiş X4 müalicə etdirmək adı ilə ondan almış və ona geri qaytarmamışdır. O, dəfələrlə uşağının geri qaytarılması ilə bağlı Lənkəran rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də, icra şöbəsindən ona bildirmişlər ki, məhkəmənin qətnaməsinin nəticə hissəsində X6 adlı uşağın Cavabdeh alınaraq ona verilməsinə dair hər hansı müddəa olmadığından uşağın ona alınıb verilməsi mümkün deyil. Onlar ərizəçiyə bununla bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. X2 Cavabdeh alınaraq ona verilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 16(005)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi rədd olunmuşdur. Daha sonra müxtəlif instansiyalara etdiyi çoxsaylı şikayətlərdən və müraciətlərdən sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 25 may 2024-cü il tarixdə, yəni uşaq Cavabdeh tərəfindən aparıldıqdan 20 gün sonra ondan alınıb ərizəçiyə təhvil verilmişdir. Cavabdeh uşağı müalicə alması ilə bağlı apardığını bildirsə də, ona bununla bağlı heç bir sübut, yəni tibbi sənədlər təqdim edilməmiş, hansı müalicələrin aparıldığı bildirilməmişdir. Uşağı alandan sonra onun qollarında və əllərində zədə izləri gördüyündən İncidən bunun nə zaman yarandığını soruşmuş, sonuncu isə ona atası tərəfindən döyüldüyünü bildirmişdir. Bununla bağlı, Lənkəran Rayon Polis Şöbəsinə də müraciət etmiş və uşağı ekspertizadan keçirmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsində Cavabdeh ilə X2 ünsiyyətdə olmaq müddəti bitdikdən sonra uşağın ona təhvil verilməli olması məsələsi öz əksini tapmamışdır ki, bu da qətnamənin icrası zamanı Cavabdeh özbaşınalığına gətirib çıxarmış, icra məmuru isə bununla bağlı sonuncuya heç bir təsir tədbiri görməmişdir. Belə ki, o, Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini (yəni uşağı ünsiyyət vaxtının sonunda anasına qaytarılmalı olması barədə tələblərini) yerinə yetirmədiyinə görə barəsində inzibati qaydada tədbir görülməsini xahiş etsə də, icra məmuru bunu etməkdən yayınmışdır. Buna görə də Cavabdeh özbaşınalığının qarşısının alınması məqsədilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-135/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş Cavabdeh ilə X2 ünsiyyətdə olmaq müddəti bitdikdən sonra uşağın ərizəçiyə təhvil verilməsi ilə bağlı izah verilməsinə zərurət yaranmışdır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə dəyişdirilsə də, dəyişdirilmə yalnız uşaqla ünsiyyətin vaxtının müəyyən edilməsi ilə bağlı olduğundan həmin halın özünə deyil, yalnız uşağın geri qaytarılması ilə bağlı izaha zərurət olduğundan, hazırkı ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edir. Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(049)-168/2024 saylı qərardadı ilə X1 qətnaməyə izah verilməsi barədə ərizəsinə dair məhkəmə qətnaməsinin icrası qaydasında olan iş baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş materialları 09 iyul 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və ərizəyə baxılmasına dair məhkəmə iclası 26 iyul 2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)- 274/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək, eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan saat 20:00-dək görüş hüququnun təmin edilməsi, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli qətnaməsi Cavabdeh övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək görüş hüququnun təmin edilməsi hissəsində dəyişdirilmiş, iddiaçı Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X6 ilə hər həftənin bazar günü saat 9:00-dan 21:00-dək ünsiyyət hüququ verilmiş, Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası bildirir ki, hazırda izah verilməsi tələb olunan Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnamələrinin nəticə hissələrində məhkəmələrin gəldikləri nəticə aydın şəkildə ifadə edilmişdir. Belə ki, qətnamələrdə Cavabdeh qızı X6 ilə ünsiyyət hüququnun verildiyi müddətin başlama və bitmə saatları dəqiq göstərilmişdir. Bu səbəblə də həmin qətnamələrdə onlara izah verilməsini zəruri edəcək hər hansı qeyri-müəyyənlik və ya anlaşılmazlıq aşkarlanmadığından, X3 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 230, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: X3 tərəfindən verilmiş Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnamələrinə izah verilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar