Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-49/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(048)-7/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq m ü ə y y ə n e t d i: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədi üzrə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə Borclu vəsaiti hesabına çəkiləsi istinad divarının hansı istiqamətdən çəkilməsinə başlaması barədə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(048)- 1214/2017 saylı icra sənədi üzrə Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməlidir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədi üzrə Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməlidir. Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(048)-7/2025 saylı qərardadı ilə, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilmiş və Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-1214/2017 nömrəli qətnaməsinə müvafiq izah verilmişdir. Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(048)-7/2025 saylı qərardadından Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iş üzrə qəbul edilmiş qərardaddan verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən Borclu tərəfindən verilmiş şikayətə hüquqi qiymət vermədən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1.-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2.-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3.-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilən şikayətə 3 gün müddətində yazılı icraat qaydasında baxaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, bunu etməmiş, şikayətə baxmadan iş materialları ilə birlikdə baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş materialları qərardaddan verilmiş şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qəraraaldı: Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-49/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-49/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver