Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-57/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadından tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3018/2022 saylı, 20 dekabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu - xx.xx.1984-cü ildə anadan olmuş, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadı ilə, Lənkəran Rayon Məhkəməsinin 8(049)-179/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadının ləğvi barədə tələbkarın nümayəndəsi X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün verilmiş təqdimatın əsaslandırılmaması ilə əlaqələndirmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 vermiş olduğu şikayətində Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadının ləğv edilməsi, təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİİ bəndinə uyğun olaraq, hər kəsin azadlıq hüququ vardır, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli Qanununun 1-ci maddəsinin 2-ci və 4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə müvafiq olaraq iş üzrə icraat qurtaranadək və ya cəza çəkilib qurtaranadək, yaxud cəzadan azad edilnədək müvəqqəti məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. İcra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Qanunvericiliyin tələbi baxımından borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin qeyd olunan təqdimat icra məmuru tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Yəni Borclu ölkə hüdudlarına gedib-gəlməsini və bunun icra sənədinin icrasına maneçilik göstərməsini qeyd etsə də, nə borclunun məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsini, nə də, borclunun həqiqətən tez-tez ölkə hüdudlarına gedib-gəlməsinə, ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Lənkəran Rayon Məhkəməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verdiyi təqdimatın əsassız olması və əsaslandırılmaması əsası ilə təmin etməmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(049)179/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(106)-57/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-57/2023
07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver