Məhkəmə qərarları › İş №8(106)-58/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-58/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-58/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, əmlakın üzərinə həbs qoyulması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadından Tələbkar1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023-cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir. İcra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək borclu “Əli X8” ASC-yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoyulması və tələbin həmin əmlaklara yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASCdən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023-cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir. Borclunun əmlakın axtarışı zamanı “Əli X8” ASC-nin Turbin-Qazma sexində olarkən borclu təşkilata məxsus olan iki ədəd körpülü kranın olduğu aşkar olunmuş və xx.xx.2025-ci il tarixli protokol əsasında həmin əmlak siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsində tələbkarlar Tələbkar1 və Tələbkar2 təqdimatın təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində borclu “X4” ASC-nin nümayəndəsi gəlmədiyindən təqdimata dair mövqeyi bəlli olmamışdır. Şirvan Şəhər Məhkəməsinin (hakim A.Məmmədli) 04 aprel 2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu “Əli X8” ASC-yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoyulmaqla, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin həmin əmlaklara yönəldilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Tələbkar1 şikayəti vermiş, qərardadın dəyişdirilməsini xahiş etmiş, şikayətində göstərmişdir ki, Şirvan şəhəri İcra və Probasiya Şöbəsi tərəfindən təqdimata əlavə edilmiş "xxxx" MMC və “X9” Bazası arasında Turbin-Qazan sexinin icarəyə götürülməsi barədə 003/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləsinin sürətindən görünür ki, müqaviləyə əsasən aylıq icarə haqqı 350 manat olmaqla icarəyə verənin balansında olan Turbin-Qazan sexinin boş binasının icarəyə verilmişdir. Bundan başqa təqdimata əlavə edilmiş qaimə-fakturadan görünür ki, 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 k62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahı “Əli X8” ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 22000 qiymətinə təhvil verilmişdir. Təqdimata əlavə edilmiş qaimə-fakturadan görünür ki, 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 k62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahı “Əli X8” ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 22000 qiymətində qiymətləndirilərək özlüyündə həqiqəti əks etdirmir. Belə ki, sözügedən cihazlar hər biri ayrılıqda bu günki bazar qiyməti ilə qiymətləndirilmə aparılsa, görərik ki, cihazların hər biri 20000-25000 manat civarında olmaqla ümumilikdə 100000- 150000 manat dəyərində qiymətləndirilir. Həmçinin, "xxxx" MMC-nin faəliyyət göstərdiyi cavabdeh “Əli X8” ASC-nin yerləşdiyi və balansında olan Turbin-Qazan sexinə baxış aparıldıqda, qeyd edilən cihazların 6 ədəd deyil, 10 ədəd olduğunun şahidi ola bilərlər. Cavabdeh və onunla icarə bağlayan "xxxx" MMC tərəfindən 4 ədəd cihaz gizlədilmiş və bu barədə Şirvan İcra və Probasiya Şöbəsinə bildirilməmiş və yaxud da icra məmurunun diqqətindən yayınmışdır. Qeyd etdiyi hallar yenidən yerində baxış aparmaqla müəyyən edilməsi mümkündür. Bu səbəbdən də hesab edir ki, Şirvan İcra və Probasiya Şöbəsi tərəfindən təqdimatda qeyd edilmiş iki ədəd körpülü kranın üzərinə həbs qoyulması ilə yanaşı “Əli X8” ASC tərəfindən "xxxx" MMC-yə icarə əsasında təhvil verilmiş və hal-hazırda "xxxx" MMC tərəfindən işlək vəziyyətdə olmaqla istifadə edilərək qazanc əldə etdiyi 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 k62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahın üzərinə həbs qoyulmalıdır. Və həmin dəzgahlardan əldə edilən qazancdan yüksək icarə haqqı verən “Əli X8” ASC-nin gəlir əldə edilməsi müəyyən edilməklə həmin gəlirlərdən o, Tələbkar1 yönəldilməsini həyata keçirtmək mümkündür. Ona görə də ASC tərəfindən "xxxx" MMC-yə icarə əsasında təhvil verilmiş və hal-hazırda "xxxx" MMC tərəfindən istifadə edilərk qazanc əldə etdiyi 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 k62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahın üzərinə həbs qoyulmalıdır. Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar2 verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlanmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Əli X8” ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023-cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq iddiaçı Tələbkar1 verilməlidir.. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və Şirvan şəhər Məhkəməsinin 2(032)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. "xxxx" MMC və “X9” Bazası arasında Turbin-Qazma sexinin icarəyə götürülməsi barədə 003/2012 saylı xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən aylıq icarə haqqı 350 manat olamqla icarəyə verənin balansında olan Turbin-Qazma sexinin boş binasının icarəyə verilmişdir. "xxxx" MMC və “X9” Bazası arasında Turbin-Qazma sexinin icarəyə götürülməsi barədə 001/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən aylıq icarə haqqı 350 manat olmaqla icarəyə verənin balansında olan Turbin-Qazma sexinin boş binasının icarəyə verilmişdir. Borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokoldan görünür ki, 1 ədəd işlək olmayan və 1 ədəd işlək olan körpülü kranın üzərinə həbs qoyulmuş və üzərinə həbs qoyulmuş əmlak saxlanılması üçün "xxxx" MMC-nin rəhbəri X1 təhvil verilmişdir. Qaimə-fakturadan görünür ki, 1 ədəd 1m983 markalı 901-001 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 m983 markalı 38087 zavod nömrəli boru kəsici dəzgah, 1 ədəd 1 K62 markalı 556021 zavod nömrəli tornaçı dəzgah, 1 ədəd 6 M82T markalı dəzgah, 1 ədəd 17337 zavod nömrəli üst yonuş dəzgahı, 1 ədəd 310 zavod isgənə dəzgahı “Əli X8” ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 22000 qiymətinə təhvil verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbiri tətbiq oluna bilər. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən borcun icrası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq təqdimatı təmin etmiş, borclu “Əli X8” ASC-yə məxsus olan iki ədəd körpülü kranın üzərinə həbs qoymuşdur. Tələbkar şikayətində borclunun digər əmlakının da üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Kollegiya şikayəti təmin etmək üçün əsas tapmır. Belə ki, icra məmurunun təqdimatı tam təmin edilmişdir. Başqa əmlakın üzərinə həbs qoyulması təqdimatdakı tələbdən kənardır. Məhkəmə başqa əmlak üzərinə həbs qoymaqla tələbdən kənara çıxmış olar. Kollegiya onu da eyd etməyi zəruri hesab edir ki, üzərinə həbs qoyulmuş əmlak borcun ödənilməsinə yetərli olmadığı halda icra qurumunun tələbin borclunun digər əmlakına yönəldilməsi üçün digər əmlakın üzərinə həbs qoymaq barədə təqdimatla müraciət etməsi istisna edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadını dəyişmək üçün əsas yoxdur. Qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 8(032)-49/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar