Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-6/2023 06.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə borcu Borclu adına olan “Daewoo Gentra minik” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 1609,25 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borclulara könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə 1609,25 manat borcu vardır. Məcburi icra tədbirləri zamanı elektron icra sistemindən əldə edilən kompüter çıxarışından müəyyən edilmişdir ki, iş üzrə Borclu adına “Daewoo Gentra minik” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Belə olan halda, tələbin sözügedən əmlaka yönəldilməsi üçün Borclu adına qeydiyyatdan keçən əmlak üzərinə həbs qoyulması məqsədəmüvafiq hesab edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Müseyib Bayramov) təqdimat təmin edilmiş, Borclu məxsus “Daewoo Gentra minik” markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclu Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadından narazı qalaraq şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil onun yeganə gəlir mənbəyidir və ailəsini dolandıran yeganə şəxs borcludur. Bundan əlavə, o, hər ay ödənişlər etmiş və avtomobilin üzərinə həbs qoyulması barədə məlumatı olmamışdır. Tələbkar "xxxx" MMC xx.xx.2022-ci il tarixində yazılı ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, borclu tərəfindən verilmiş ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsində bildirmişdir ki, borclu 1609,25 manat məbləğində borcundan hal-hazıradək cəmi 51 manat ödəniş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 8(041)-95/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1843/2021 saylı, 15 noyabr 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 1584,25 manat borc və 25 manat dövlət rüsumu, cəmi 1609,25 manat məbləğində pul vəsaiti Borclu alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. İşdəki Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1843/2021 saylı, 15 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdəki Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu göndərilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 1843/2021 saylı, 15 noyabr 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan 43045/2022-55-5 nömrəli icra işi üzrə şəxsi məlumatları sorğu edilən Borclu şəxsi kartoçkasından görünür ki, onun adına qeydiyyatda olan mühərrik nömrəsi 211141782DFCX0260, ban nömrəsi XWB5V319DEA591099 olan, qara rəngli “Daewoo Gentra minik” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. İşdəki xx.xx.2022-ci il tarixli, BPM**********08 nömrəli mədaxil qəbzindən görünür ki, Borclu tərəfindən 51 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi əsasları aşağıdakılardır: 1) Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 2) İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3) Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. “İcra haqqında” Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd edilən normalardan da göründüyü kimi, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası üçün nəzərdə tutulmuş ilkin tədbirlər həyata keçirilmiş, lakin borclu həmin icra sənədini könüllü olaraq icra etməmişdir. Odur ki, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslar mövcuddur. Məcburi icra tədbirlərindən biri kimi borclunun əmlakının üzərinə həbs qoyulması çıxış edir. Borclu adına qeydiyyatda olan əmlakların axtarışı nəticəsində müəyyən olunmuşdur ki, onun adına qeydiyyatda olan mühərrik nömrəsi 211141782DFCX0260, ban nömrəsi XWB5V319DEA591099 olan, qara rəngli “Daewoo Gentra minik” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Borclu şikayətində üzərinə həbs yönəldilmiş nəqliyyat vasitəsinin onun ailəsinin yeganə dolanışıq vasitəsi olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, nəqliyyat vasitələri həm “İcra haqqında” Qanunun 49.1-ci maddəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda göstərilmiş və tələbin yönəldilməsinin yolverilməz olduğu əmlaklara aid deyil. Bundan başqa, borclu şikayətində icra sənədi üzrə hər ay ödənişlər etdiyini qeyd etsə də, iş materiallarından və tələbkarın ərizəsindən göründüyü kimi, borclu cəmi 1 dəfə - 51 manat məbləğində ödəniş etmiş, həmin ödənişi isə əmlakın üzərinə həbs qoyulmasından 17 gün sonra etmişdir. 21 fevral 2022-ci il tarixində icraatına başlanılan Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 1843/2021 saylı, 15 noyabr 2021-ci il tarixli icra sənədi üzrə ilk ödəniş təxminən bundan 8 ay keçdikdən və əmlak üzərinə həbs qoyulmasından sonra edildiyindən, məhkəmə kollegiyası borclunun bu hərəkətini icra sənədinin icrasını könüllü şəkildə həyata keçirməsi kimi qəbul etməyi inandırıcı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlər Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 8(041)- 95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 8(041)-95/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-6/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-6/2023
06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver