Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-61/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli, 8(022)361/2015 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 8(022)-361/2015 saylı qərardadı ilə Biləsuvar rayon icra şöbəsinin təqdimatı təmin edilərək Borclu məxsus "VAZ 21063" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Ağayev X2 Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 8(022)-361/2015 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin 8/022/- 361/2015 nömrəli, 10 sentyabr 2015-ci il tarixli qərardadına əsasən Biləsuvar rayon İcra şöbəsinin təqdimatı təmin edilməklə ona məxsus olan "VAZ 21063" markalı, ** BE *** dövlət qeydiyyat nişanh avtomobilin üzərinə həbs qoyulmaqla həmin avtomobilin hərracda satışı təmin edilməlidir. Qeyd edilmiş qərardad qəbul olunarkən, məlumatı olmamış və məhkəmə iclasına dəvət olunmamışdır. Həmin avtomobili etibarnamə əsasında rayonun Əmənkənd kənd sakini X1 xx.xx.2013-cü il tarixdə 2200 manata satmışdır. X5 avtomobili adına sənədləşdirməmişdir. Məftun Zülfüqarov həmin avtomobille avtoqəza hadisəsi törətdiyindən və nəticədə adam öldüyündən Biləsuvar rayon məhkəməsinin 1(022)-37/2016 nömrəli 14 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə dörd il müddətinə azadlıqdan məhrum etme cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-347/2016 nömrəli, 08 iyun 2016-cı il tarixli qərarına əsasən Biləsuvar rayon məhkəmsinin qeyd edilmiş hökmü dəyişdirilmədən saxlanılmışdır.Hadisə zamanı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşdüyündən və onu təmir etmək iqtisadi cəhətdən sərfəli olmadğmdan onun iştirakı ilə Məftun Zülfüqarov xx.xx.2017-ci il tarixdə həmin avtomobili "Cesur avtotəmir servisinə 500 manat müqabilində təhvil vermişdir. Bu barədə həmin tarixdə akt tərtib olunmuşdur. Lakin avtomobilin qeydiyyat sənədləri onun adında qalmışdır. Avtomobilin adından qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş, həmin təşkilat tərəfindən ona göndərilmiş cavab məktubunda qeyd olunmuşdur ki, nəqliyyat vasitəsi çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda avtomobilin mülkiyyətçisi və ya etibarnamə əsasında onun üzərində sərəncam vermak hüququ olan şəxs tərəfindən qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları DİN- nin Baş X7 idarəsinin aidiyyəti qeydiyyat-imtahan məntəqəsinə təqdim edilməlidir. Həmin məktuba əsasən BDYP İdarəsinin Lənkəran bölməsinə müraciət etmiş, orada ona bildirmişlər ki, məhkəmə qərarına əsasən avtomobil üzərinə həbs qoyulmuşdur. Həmin qərar qüvvədə olduğundan avtomobilin çıxdaş edilməsi mümkün deyildir. Həmin qərarın alınması ilə əlaqədar Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Hazırda qərarın ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Biləsuvar rayon məhkəməsinin 8/022/-361/2015 nömrəli, 10 sentyabr 2015- ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Biləsuvar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8(022)361/2015 saylı qərardadı ilə, Borclu Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci tarixli 8(022)-361/2015 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə məcburi icra tədbirləri görülə bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlili edərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası hər bir kəs üçün məcburidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onu icra etmək vəzifəsi daşıyan icra məmuru həmin qətnamənin icrasının təmin edilməsinə görə məsuliyyət daşımaqla yanaşı qətnamənin icrası üçün zəruri icra tədbirlərini həyata keçirmək vəzifəsi daşıyır. Belə olan halda icranın təmin edilməsi üçün borclunun əmlakına həbs qoyulması tələbi qanuni hesab edilməlidir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(022)-629/2015 saylı icra sənədinin icrasını həyata keçirən Biləsuvar rayon İcra və Probasiya Şöbəsində başlanmış icra işindən görünür ki, icra sənədi icraata götürülərək, icraata başlanılmış, lakin hal-hazıradək icra edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18 avqust 2015-ci il tarixli 15/5-4241 saylı arayışından görünür ki, Borclu mülkiyyətində “VAZ 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Borclu icra sənədinin tələbinin təmin etməkdən yayınmışdır. Ona görə də Borclu mülkiyyətində “VAZ 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşın olduğundan tələbin həmin əmlaka yönəldilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız olmaqla yanaşı heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə ümumi dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli, 8(022)361/2015 qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli, 8(022)361/2015 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(106)-61/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-61/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver