Məhkəmə qərarları › İş №8(106)-65/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-65/2024

05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-65/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması barədə tələbi üzrə Füzuli Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərardadından borclu X4 vərəsəsi (ərizəçi) Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X2 7000 ABŞ dolları milli manat ekvivalentində pul tələbkar X7 xeyrinə ödənilməlidir. İddiaçının bildirdiyinə görə, onun bank hesabında olan 2698,38 (iki min altı yüz doxsan səkkiz manat, 38 qəpik) manat pul vəsaitinə inkasso sərəncamı verilmişdir. Borclu X4 vərəsəsi Borclu Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin qanunsuz hərəkətlərinə son qoyulması barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Borclu şikayətini aşağıdakı kimi əsaslandırılmışdır: borclu X4 arvadı olduğuna görə 2(064)-675/19 saylı, 14,10.2019-cu il tarixli icra sənədi üzrə Füzuli rayonu xüsusi notarius ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V-4/2020 saylı vərəsəlik işinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yeganə vərəsə tanınmışdır. Miras əmlak "xxxx" ASC-nin Gənclik filialının xx.xx.2023-cü il tarixli, 116 nömrəli məktubuna əsasən ******************** saylı hesabında olan 2698,38 (iki min altı yüz doxsan səkkiz manat, 38 qəpik) manat pul vəsaitindən ibarətdir. Həmin pul vəsaiti X4 müəllim işlədiyi Sumqayıt Dövlət Universiteti tərəfindən onun vəfatı ilə əlaqədar ödənilmiş əmək haqqının 3 (üç) misli miqdarında olan məbləğdir. Özü pensiyaçıdır və eyni zamanda X3 şəhid olan oğul anasıdır. Bakı şəhəri Yasamal rayon İcra şəhəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən banka inkasso qoyularaq 2(064)-675/2019 saylı,xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcu pensiya və şəhidlik müavinətinə yönəldərək artıq həmin 2698,38 (iki min altı yüz doxsan səkkiz manat 38 qəpik) manat pul vəsaitinin ½ hissəsini tələbkar X9 ödəmişdir. Vərəsəlik şəhadətnaməsi əsasına “Kapital Bank" ASC-dən aldığı mərhum ərinin əmək haqqı olan 2698,38 manat məbləğin digər ½ hissəsi, yəni 1349,19 manat məbləği Mülki Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya olan hüquqa əsasən ona məxsusdur və həmin 1349,19 manat mebləğə icra vərəqəsi əsasında tutma yönələ bilməz. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətdən ona çatası əmlak hissəsinə aid deyildir. Füzuli Rayon Məhkəməsinin (hakim S.Məmmədli) 04 iyul 2024-cü il tarixli qərardadı ilə borclu X4 vərəsəsi Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X8 Rayon Məhkəməsinin 2(064)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qanunsuz hərəkətlərinə son qoyulması barədə şikayəti təmin edilməmişdir. Borclunun vərəsəsi Borclu qərardaddan şikayət vermiş, Yardımlı Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, borclu X4 məhz ölümü ilə əlaqədar, yəni ölməsəydi aylıq əmək haqqı olan 883,16 qəp. alacaqdı, öldü deyə, yas mərasimini verməkdən ötəri xx.xx.2019-cu il tarixli, K-126/2 saylı ƏMR-lə əmək haqqının üç misli mərhumun hesabına köçürülmüşdür, hesabdan çıxarılması üçünsə vərəsəlik haqqında şəhadətnamə tələb olunurdu, həmin məbləği başqa cür bank hesabından çıxarılması qeyri-mümkündür, Borclu 2698,38 manat pul vəsaiti ½ hissəsinə vərəsəlik haqqında şəhadətnamə alsaydı digər ½ hissəsini bank hesabından yenə də çıxara bilməyəcəkdir. Bu səbəbdən məcburən vərəsəlik haqqında şəhadətnamədə 2698,38 manat göstərilmişdir. Lakin bu o demək deyil ki, həmin məbləğ birgə nikah dövründə əldə edilən vəsait deyil və onun ½ hissəsi Borclu məxsus deyil və ya vərəsəlik haqqında şəhadətnamə həmin statusu itirir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 26 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. İşin hallarında görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X2 7000 ABŞ dolları milli manat ekvivalentində pul tələbkar X7 xeyrinə ödənilməlidir. İcra üzrə müvafiq icra hərəkətləri aparılmış, o cümlədən borclunun bankdakı hesabına inkasso sərəncamı qoyulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, borclu X4 ölümündən sоnra, Borclu ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməmişdir; qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, V-4/2020 saylı şəhadətnaməyə əsasən isə 2698,38 manat pul vəsaiti mərhum X2 qalan mirasdır və bu mirasa Borclu vərəsə olaraq tam pay hüququ tanınmışdır. Kollegiya icra məmurunun qərarının ləğv edilməsi və ya hərəkətlərinin qanunsuz sayılması üçün əsas tapmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər kimi məcburi icra tədbirləri görülə bilər. Məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: -44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; -44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; -44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. -44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. -44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 49-cu maddəsinə əsasən: 49.1. Fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan qida məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. 49.2. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Bundan başqa, Qanunun 68-ci maddəsinə əsasən tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri də sadalanmışdır. Borclu şikayətində Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən, Füzuli Rayon Məhkəməsinin 2(064)- 675/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası zamanı tutmanı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi qeyd edilən 2698,38 manat pul vəsaitindən ibarət olan əmlakın ½ hissəsinə, yəni 1349,19 manat məbləğə yönəldilməsini qanunsuz saymışdır. Lakin müəyyən edilr ki, Füzuli rayonu notarius ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V-4/2020 saylı vərəsəlik işinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Borclu mərhum X4 yeganə vərəsə tanınmışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, 2698,38 manat miras əmlak hesab edilir. Kollegiya hesab edir ki, icra məmuru sözügedən qətnamənin icrası zamanı öz səlahiyyətləri həddində hərəkət etmişdir. İcra məmurunun icra tədbirləri zamanı qanunsuzluğa yol verməsi halı müəyyən edilmir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayəti təmin etmək üçün əsas yoxdur, odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 231, 365-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(064)-28/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar