Məhkəmə qərarları › İş №8(106)-66/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-66/2023

21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-66/2023 21.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(036)131/2023 saylı qərardadından X1 hüquqi varisi X6 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı icra sənədinə əsasən AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 4172 nömrəli ekspert rəyinə əlavə edilmiş plana osason «lmişli-Mehmanxana» ATSC-nin yerləşdiyi (İmişli şəhəri, H.Aslanov küçəsi 12) 0,2719 ha torpaq sahəsində inşa edilmiş X3, X8, X7 məxsus olan tikililər və AR DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş plana əsasən ölçüləri (2m x 12m) müəyyən edilmiş X5 məxsus daş hasar onların öz hesabına sökülməli və ərazi boşaldılaraq torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmin icra sənədi üzrə X1 hüquqi varisi X6 qətnamənin izah edilməsi haqqında ərizə verib icra predmetini təşkil edən İmişli şəhəri, H.Əliyev prospektində 0,084 ha torpaq sahəsində yerləşən sahəsi 130,5 kv/m olan daşınmaz amlak obyektinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alındığından qanunsuz tikili olmadığını və bu səbəbdən də sökülməsi barədə icra sənədinin daha icra edilməli olmadığını göstərərək icra hərəkətlərinin qanuniliyinin təmin olunmasından ötrü İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(036)131/2023 saylı qərardadı ilə, İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı icra sənədi üzrə X1 hüquqi varisi X4 İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 hüquqi varisi X6 şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 8(036)131/2023 saylı qərardadı ilə, şikayətin təmin olunmaması, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsini ərizənin əsassız olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin aktı ilə razılaşmayan X2 hüquqi varisi X6 vermiş olduğu şikayətində İmişli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(036)131/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Birinci instansiya məhkəmələrində işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edilən prosessual normaları müqayisəli təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat şəxsin məhkəməyə müraciət etməsi ilə başlanır və işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Yəni şəxsin iddia tələbinin xahiş etdi hissəsində göstərilən tələbə məhkəmə baxmalı, həmin tələb həddində tələbin təmin və ya təmin edilməməsinə dair qətnamə qəbul etməlidir. İddia tələbindən kənara çıxma prosessual hüquq normasının pozulması kimi dəyərləndirildiyindən müstəsna hallar istisna olmaqla tələbdən kənara çıxmağa yol verilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icrası hər bir şəxs üçün, o cümlədən borclu olan şəxs tərəfindən məcburi olmaqla qeyd-şərtsiz icra edilməlidir. Əgər qətnamənin icrası zamanı icra edilməsinə hər hansı maneə yaranarsa, qətnamənin məzmununu dəyişdirmədən həmin qətnaməni qəbul edən məhkəmə müraciət əsasında izah edə bilər. Borclu birinci instansiya məhkəməsinin qərardadından vermiş olduğu şikayətdə İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsini “Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə 0,16 ha torpaq sahəsinin iddiaçıya verilmiş 0,25 ha İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-140/2014 saylı qətnaməsi sonradan Apellyasiya və Ali Məhkəmə tərəfindən 2014-cü ildə baxılıb qüvvədə saxlanılmışdır. Lakin bundan sonra icra predimetini təşkil edən İmişli şəhəri H.Əliyev prospektində 0,084 ha torpaq sahəsi 130,5 kvm olan daşınmaz əmlak obyektinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli daşınmaz əmlak obyekti kimi daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından qanunsuz tikili hesab oluna bilməz və bu səbəbdən də həmin qanuni obyektin sökülməsi barədə icra sənədinin daha icra edilməli olmadığı üçün icra hərəkətlərinin qanuniliyinin təmin olunamasından ötrü İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-140/2014 saylı qətnaməsinin izah edilməsi” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qətnaməyə izah edilməsi birinci instansiya məhkəməsinin iddia tələbi barədə çıxarılmış qətnaməsinin məzmunundan, o cümlədən həmin iddia tələbindən kənara çıxmasına səbəb olmamalıdır. Həmçinin iddia tələbi üzrə araşdırma aparılan zaman bu məsələyə yuxarıda qeyd edilən qətnamə ilə artıq hüquqi qiymət verildiyindən İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsində anlaşılmayan hər hansı bir hal mövcud olmadığından onun izah edilməsinə zərurət yoxdur. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi şikayətin dəlilləri ilə əlaqədar qeyd etdiyi “qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilən tikilinin sonradan daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması mübahisəli tikilinin həmin qətnamə ilə müəyyən edilmiş hüquqi vəziyyətini dəyişmir və qətnamənin izah edilməsi üçün əsas deyildir” barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin İmişli rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)140/2014 saylı qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsini prosessual qanunvericiliyə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(036)131/2023 saylı maddi və prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır və əsaslıdır. X1 hüquqi varisi X6 şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: X1 hüquqi varisi X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(036)131/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar