Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-69/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Tələbkar Hüseynova (Rəcəbova) Adilə Mansur qızı məhkəməyə şikayətlə müraciət edərək, Maraqlı şəxs icra məmuru X1 09 iyul 2020-ci il tarixli, 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 04 iyun 2024-cü il tarixli qərarının qanunsuz hesab olunaraq ləğv edilməsini, həmin icra sənədinin icra edilməsi üçün yenidən müvafiq icra qurumuna göndərilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim S.Quliyev) 08 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs icra məmuru X1 Neftçala Rayon Məhkəməsinin 2(053)- 405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair 04 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədinin icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından Borclu şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsini, tələbkarın şikayətinin təmin edilməməsini, icra məmurunun mübahisələndirilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin borclu tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Neftçala Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Neftçala Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Neftçala Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Neftçala Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №8(106)-69/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-69/2024
04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver