Məhkəmə qərarları › İş №8(106)-74/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-74/2024

27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-74/2024 27.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə qoyulmuş olkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə cavabdeh X2 150000 manat pul vəsaiti və dövlət rüsumuna görə 30 manat alınıb iddiaçı Tələbkar ASC-yə verilməlidir. İcra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonradan yaşayış yerini İmişli rayon, Xəlfəli kəndinə dəyişdiyi üçün icra sənədi aidiyyatı üzrə İmişli rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. O, bir neçə ildir ki, ürək xəstəliyindən əziyyət çəkir. Həkim məsləhəti ilə ildə bir neçə dəfə Türkiyə Respublikasında müayinə olunub müalicə almışdır. Amma ölkədən çıxışışına məhdudiyyət qoyulduqdan sonra Türkiyə Respublikasına getmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də xəstəliyini müalicə etdirə bilmir. Xəstəliyin fəsadları günü-gündən artmaqdadır. Artıq hiss edir ki, həyatı üçün ciddi təhlükə yaranmışdır. Hazırda səhhətində yaranmış ciddi problemlərə görə Türkiyə Respublikasına getmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində Tələbkar ASC-nin nümayəndəsi X6 ərizənin rədd olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 14 may 2024-cü il tarixli qərardadı ilə X1nun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan X1 şikayət verərək, İmişli Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin borclu tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə İmişli Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, İmişli Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İmişli Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. İmişli Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. X5 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar