Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-8/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X13 ibarət tərkibdə, katib X15, X27 nümayəndəsi X6, ərizəçilərin nümayəndəsi və vəkili Vəkil və maraqlı tərəf Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri X22 və Maraqlı şəxs3 iştirakı ilə, ərizəçilər X7 və X3 icra üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsi və icra icraatının təzələnməsi barədə ərizələrinə dair iş üzrə Xocavənd Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadından ərizəçi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsi ilə X16 cavabdehlər X4 və X11 qarşı torpaq sahəsindən çıxarılmalarına dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmiş, 140 ha torpaq sahəsinin X18 icarəyə verilməsinə dair Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı qismən etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin V.Vəliyevin və T.Məmmədovun məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 ha torpaq sahəsinin onlara icarəyə verilməsinin Ağcabədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədinin tam icra olunması səbəbindən icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırki tələblərində ərizəçilər X19 və X1 Rayon Məhkəməsinin icra icraatına xitam verilməsi haqqında xx.xx.2003-cü il tarixli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi üzrə 1MK-1479/2002 nömrəli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) xx.xx.2021-ci il tarixli qərardadı ilə T.Məmmədov və V.Vəliyevin ərizəsi təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin “başlanmış icra icraatına xitam verilməsi haqqında” xx.xx.2003-cü il tarixli qərardadı ləğv edilərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi “torpaq sahəsinin X8 və X7 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsinin Ağcabədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində icra olunması üçün xx.xx.2002-ci il tarixdə verilmiş 1MK-1479/2002 nömrəli icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu Ağcabədi Rayon İcra Hakimiyyəti şikayət vermiş, qərardadın ləğv edilməsini, X19 və X3 ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2022-ci il tarixli qərardadı ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkarlar (ərizəçilər) X7 və X3 maraqlı tərəf Maraqlı şəxs2nə qarşı Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi üzrə icraatın təzələnməsi barədə ərizəyə yenidən hüquqi qiymət verilməsi üçün iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. X19 və X3 ərizələri əsasında işə yenidən Ağcabədi Rayon Məhkəməsində baxılarkən, ərizəçilər və onların nümayəndəsi və vəkili X9 yazılı etiraz təqdim edərək, Ağcabədi Rayon Məhkəməsinin sədri Sulduz Ləzimov tərəfindən işə baxılmasına etiraz etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Xocacənd Rayon Məhkəməsinə göndərilmişdir. X19 və X3 ərizələri əsasında işə yenidən baxılmış, Xocavənd Rayon Məhkəməsinin (hakimlər İ.Əliyev) 28 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin «başlanmış icra icraatına xitam verilməsi haqqında» xx.xx.2003-cü il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1 MK-1479/2002 nömrəli icra sənədinin «torpaq sahəsinin X3 və X7 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsinin Ağcabədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi» hissəsində icra olunması üçün icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. Qərardaddan Ağcabədi Rayon İcra Hakimiyyəti şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi tam icra edilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin icarəyə verilməsi müddəti başa çatmış olsa da, hazırda həmin torpaq sahəsi X8 və X7 istifadəsindədir. Bu barədə sübut kimi X7 Ağcabədi Rayon İcra Hakimiyyəti başçısına 10 mart 2020-ci il tarixli ərizəsində də öz əksini tapmışdır. Həmin ərizədə X19 qətnamədə qeyd edilən torpaq sahəsinin ona icarəyə verilməsi müddətinin başa çatdığını və həmin torpaq sahəsinin yenidən onun icarəsinə verilməsini xahiş etmişdir. Ona görə icra sənədinin yenidən icraya yönəldilməsi tələbi əsassızdır. Şikayətə baxılmış, Xocavənd Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərardadı ilə işə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri X29 və Maraqlı şəxs3 şikayətlərinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişlər. Nümayəndələr izahatlarında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi üzrə başlanmış icra icraatına icra sənədi tam icra edildiyinə görə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə xitam verildiyini bildirmişlər. X27 nümayəndəsi X20, ərizəçilərin nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə qarşı etirazlarını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Ərizəçilərin nümayəndələri izahatlarında bildirmişlər ki, sözügedən torpaq sahəsi faktiki onların istifadəsində olsa da icra sənədində nəzərdə tutulmuş torpaq sahəsi rəsmi olaraq onların icarəsinə verilməmiş, icarə müqaviləsi rəsmiləşdirilməmişdir. Bundan istifadə edilərək torpaq sahəsi kənar şəxslərin istifadəsinə verilir və kənar şəxslərlə aralarında mübahisə yaranır. Kənar şəxslərin torpaq sahəsinə müdaxiləsindən sonra bəlli olmuşdur ki, qətnamənin icrası qaydasında torpaq sahəsi ərizəçilərin adlarına tam rəsmiləşdirilməmişdir. İcra sənədinə görə 70 ha torpaq sahəsi verilməli olduğu halda, aktla onların istifadəsinə 53 ha torpaq sahəsi sənədləşdirilmişdir. Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Birinci instansiya məhkəməsində Maraqlı şəxs2 icra məmuru X23 məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, X7 və X3 Maraqlı şəxs2nə qarşı qərardadın ləğv edilməsi və icra icraatının təzələnməsi barədə ərizəsinin təmin olunmasına etiraz etmir. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli icra vərəqəsi onun tərəfindən qismən icra edilmiş və məhkəməyə xitam məsələsinin müzakirə olunması barədə təqdimat verilmişdir. İcra sənədi Telman Məmmədovun və Vəliyəddin Vəliyevin 70 ha torpaq sahəsindən çıxarılması hissəsində tam icra edilmiş, lakin Ağcəbədi rayon İcra Hakimiyyəti tərəfindən Telman Məmmədova və Vəliyyədin Vəliyevə 70 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində qismən icra edilərək, 53 ha torpaq sahəsinin verilməsi barədə həmin sahə tərəfindən ölçülərək tərəflərə verilmişdir. Eyni zamanda Ağcəbədi rayon İcra Hakimyyətinin sərancamı ona təqdim olunmamış və bu barədə məlumatı olmamışdır. Bu səbəbdən də məhkəməyə icra sənədinin qismən xitam olunmasıyla ilə bağlı təqdimat verilmişdir. Lakin məhkəmə icra sənədinə tam icra edildiyinə görə xitam vermişdir. Qeyd olunan qərardadın surətini tərəflərə göndərmək onun səlahiyyətinə aid olmadığından, bu barədə tərəflərə məlumat verilməmişdir. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadının ləğv edilməsi və icra icraatının təzələnməsinə etiraz etmir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini əsassız sayır. İşin faktiki hallarından aşağıdakılar müəyyən edilmişdir: 140 hektar torpaq sahəsinin X18 icarəyə verilməsinə dair Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1 MK-1479/2002 nömrəli qətnaməsi ilə qismən etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılmış, X19 və X8 həmin 70 hektar torpaq sahəsindən çıxarılmış, həmin torpaq sahəsinin X7 və X3 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Ağcabədi Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, icra vərəqəsi 31 oktyabr 2002-ci il tarixdə verilmiş və icraya yönəldilmişdir. Ağcabədi rayon MN və MİQ-nun məhkəmə icraçısı tərəfindən qətnamənin icrasını təmin etmək üçün cavabdehlərə 5 gün könüllü vaxt verilmişdir. Ağcabədi rayon MN və MİQ-nun məhkəmə icraçısı G.S.Alıyev tərəfindən tərtib edilmiş və surəti iş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları 12 saylı «Kuratan qobu» torpaq sahəsində yerləşən çoban evlərinin ətrafında olan torpaq sahəsindən 53 ha torpaq sahəsi tələbkarlara təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 97 saylı sərəncamının surətindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 29 saylı və xx.xx.2002-ci il tarixli, 239 saylı sərəncamlarında qismən dəyişiklik edilmiş, Ağcabədi şəhər sakini X10 Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 29 saylı sərəncamı ilə 12 saylı qış otlaq sahəsindən verilmiş 33,0 hektar qış otlaq sahəsi 5 il müddətinə və Laçın rayon sakinləri X4 və X12 icarəyə verilmiş, Ağcabədi şəhər sakini X2 Ağcabədi rayonu ərazisində yerləşən 12 saylı «Küratan qobu» adlı qış otlaq sahəsindən Ağcabədi rayon İHB-nın xx.xx.2002-ci il tarixli, 239 saylı sərəncamı ilə verilmiş 92,0 hektar qış otlaq sahəsinin 20,0 hektarı 5 il müddətinə Laçın rayon sakinləri X4 və X12 icarəyə verilmiş, bu sərəncamla 12 saylı otlaq sahəsindən cəmi 53,0 hektar qış otlaq sahəsi X4 və X11 5 il müddətinə icarəyə verilmiş və bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir. Sərəncamın icrasına nəzarət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinə tapşırılmışdır. Eyni zamanda, Ağcabədi rayon MN və MİQ-nun məhkəmə icraçısı G.S.Alıyev tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən, borclu X8 və X21 Ə.İsmayılovun icarəsində saxlanılan 70 hektar torpaq sahəsindən çıxarılmışlar. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1MK-1479/2002 saylı icra vərəqəsi xx.xx.2002-ci il tarixdə Ağcabədi rayon MN və MİQ-nun məhkəmə icraçısı G.S.Alıyevin icraatına daxil olmuş, xx.xx.2002-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli icra sənədinin icraatına başlanılmış, qətnamənin icrasının təmin etmək üçün cavabdehlərə 5 gün könüllü vaxt verilmiş, borclu X8 və X19 Ə.İsmayılovun icarəsində saxlanılan 70 hektar torpaq sahəsindən çıxarılmış, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları 12 saylı «Kuratan Qobu» torpaq sahəsində yerləşən çoban evlərinin ətrafında olan torpaq sahəsindən 53 ha torpaq sahəsi faktiki olaraq ölçülüb tələbkarlara təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə icraçısı G.S.Alıyev təqdimatla Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi üzrə başlanmış icra icraatına xitam verilməsi məsələsini müzakirə edilməsini xahiş etmiş, Ağcabədi Rayon Məhkəməsi başlanmış icra icraatına xitam verilməsi haqqında xx.xx.2003-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi üzrə başlanmış icra icraatının icra sənədi tam icra edildiyinə görə xitam verilmişdir. Tələbkarlar qətnamənin tam icra edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına şikayətlər etmişlər. İnsan Hüquqları üzrə Müvəkkilinin (Onbudsmanın) Aparatının Ağcabədi rayonu məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə ünvanladığı xx.xx.2002-ci il tarixli, 2/182 saylı məktubun surətindən görünür ki, X8 şikayət ərizəsi ilə müraciət edərək ona 70 hektar torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinin icra edilmədiyini bildirir. «Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Onbudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.1 maddəsinə əsasən, 10 gün müddətində həmin qətnamənin icra edilməsinə dair mülahizələrin Ombudsman Aparatına təqdim edilməsi xahiş edilmişdir. X19 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına ünvanladığı ərizəsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli icra sənədi icra şöbəsinin təqdimatına əsasən, icra sənədi üzrə icraata xitam verilmişdir. Ağcabədi Rayon Məhkəməsi təqdimata baxarkən tələbkarın iştirakını təmin etməmiş, qərardadın qəbul edilməsindən məlumatları olmamışdır. 07 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinə qərarının təsdiq olunmuş surətinin ona rəsmi verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin qərarın surəti ona verilməmişdir. Qanunun tələbinin icra olunmasına köməklik edilməsini xahiş etmişdir. X19 və X8 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, Laçın rayonundan məcburi köçkün kimi 1992-ci ildən Ağcabədi rayon 12 saylı X39 sahəsində daimi məskunlaşmış, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə onlara həmin torpaqdan 70 ha torpaq sahəsi ayrılmış, 2019-cu ilin əvvəllərində onların otlaq torpaq sahəsinin yarısını Ağamirov İbrahim şumladaraq, onları aldatmışdır ki, torpağın keyfiyyətini yoxlayırlar. Ona görə də, onların torpaqlarını əllərindən alan və zəbt edən, onları ölümlə təhdid edən, əmlaklarına külli miqdarda ziyan verən X24 barədə qanuni tədbirlər görüb, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Beləliklə, müəyyən edilir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1MK-1479/2002 saylı icra vərəqəsinə əsasən 70 ha torpaq sahəsi tələbkarlara təhvil verilməli olmasına baxmayaraq, onlara faktiki olaraq 53 ha torpaq sahəsi verilmiş, bununla da icra sənədi tam icra edilməmişdir. Eyni zamanda, izahatlardan müəyyən edilir ki, sözügedən torpaq sahəsi faktiki olaraq tələbkarların istifadəsindədir. Bunu İcra hakimiyyətinin nümayəndələri də izahatlarında təsdiq etmişlər. Bu həm də onunla təsdiq olunur ki, tələbkarlar Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmiş, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2003-cü il tarixli, 97 saylı sərəncamı ilə bağlanmış icarə müqaviləsinin müddəti bitdiyindən yenidən bağlanması barədə sərəncam verilməsini xahiş etmişlər. Bununla yanaşı, müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli icra sənədi üzrə icra icra icraatına xitam verilmişdir. Ağcabədi Rayon Məhkəməsi icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimata baxarkən tələbkarların iştirakı təmin etməmiş, qərardadın qəbul edilməsindən onların məlumatları olmamışdır. İcra sənədinin tam icra olunmamasına dair məlumat tələbkarlara məlum olduqdan sonra, onlar Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadının surətinin rəsmi olaraq ona təqdim edilməsini xahiş etmişlər. Müəyyən edilir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1MK-1479/2002 saylı icra vərəqəsinə əsasən 70 ha torpaq sahəsi tələbkarlara təhvil verilməli olmasına, lakin faktiki olaraq 53 ha torpaq sahəsi verildiyinə, bununla da icra sənədinin tam icra edilmədiyinə, sözügedən torpaq sahəsinin faktiki olaraq tələbkarların istifadəsində olmasına baxmayaraq, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən sözügedən ərazidə olan torpaq sahəsinin başqa şəxslərin icarəsinə verilməsi barədə sərəncam imzalanmışdır. Nəticədə kənar şəxslərlə, torpağın faktiki istifadəçiləri olan X19, X8 arasında məhkəmə çəkişmələri olmuşdur. Birinci instansiya məhkəməsində müddətin ötürülməsi ilə bağlı məsələ də müzakirə edilmiş, məhkəmə bu hala aydınlıq gətirmişdir. Belə ki, başlanmış icra icraatına xitam verilməsi haqqında Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadının surəti tərəflərə göndərilməmiş və məhkəmə tərəfindən material öyrənilərkən bunu təsdiq edən sənədin iş materiallarında olması müəyyən edilməmişdir. Ərizəçilərin vəkili tərəfindən Maraqlı şəxs2nə, Ağcabədi Rayon Məhkəməsinə müraciət etmələrinə baxmayaraq, qərardadın surətini əldə edə bilməmişlər. Bununla bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına yazılı müraciət edikdən sonra Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadının surəti X4 xx.xx.2021-ci il tarixdə müvafiq məhkəmə qəbzinə imza etdirməklə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadından şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ərizəçilər ötürməmişlər. Kollegiya hesab edir ki, ərizəçilərin tələbi haqlıdır və aşağıdakılara əsasən Ağcabədi Rayon Məhkəməsinin icra üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadı əsassız hesab edilməlidir. Ərizəçilər icra üzrə icraata xitam verilməsi barədə qərardadı mübahisələndirmişlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydasını müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, icra üzrə icraata xitam verilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. Məhkəmə qərarında icra sənədinin tam icra olunduğu göstərildə də sözügedən icra sənədinin tam icra edildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi X3 və X7 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi hissəsi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən tam icra edilməmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2003-cü ildə 53,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın surəti tərəflərə verilməmiş və sərəncamın surətinin ərizəçilərə verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-20.6-cı maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Maraqlı şəxs2 icra məmuru da Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli icra sənədinin qismən icra edildiyini, hazırda Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadının ləğv edilməsi və icra icraatının təzələnməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Ərizəçilər icra üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsini xahiş etməklə, mahiyyətcə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsinin tam olaraq icra edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarında məhkəmə qətnamələrinin icrası ilə əlaqədar hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya Məhkəməsinin qərarları və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi, məhkəmələr, məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Bu baxımdan da Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1 MK-1479/2002 nömrəli qətnaməsinin icrası tam təmin edilmədiyindən, icraata xitam verilməsi barədə qərardad ləğv edilməklə icra üzrə icraat davam etdirilməlidir. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayəti təmin etmək və qərardadı ləğv etmək üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 8(069)-3/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov
Məhkəmə qərarları › İş №8(106)-8/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-8/2023
04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver