Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-8/2025 24.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar şikayətlə məhkəməyə müraciət edərək Beyləqan Rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi, icra sənədinin tam icra edilməsi, qalıq aliment borcunun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş Beyləqan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilmişdir. Borclu İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından şikayət vermiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. İmişli Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı ilə Borclu İmişli rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından şikayəti vermə müddəti bərpa olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)- 86/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Borclu İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından şikayət vermiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. İmişli Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadı ilə Borclu İmişli rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından şikayəti vermə müddəti bərpa olunmuşdur. Lakin məhkəmə həmin qərardadda yalnız ərizəyə qiymət verərək müddəti bərpa etmiş, borclunun qərardaddan verdiyi şikayətə hüquqi qiymət verməmiş, dəlillərinə münasibət bildirməmişdir. Yəni məhkəmə müddəti bərpa etsə də, şikayəti yoxlamadan qanuniliyini və şikayətin MPM-in tələblərinə uyğun verilib-verilmədiyini müəyyən etmədən apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcələnin 269.3-cü maddəsinə əsasən şikayət əsaslı deyilsə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 269.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 8(036)-86/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-8/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-8/2025
24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver