Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-80/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İmişli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərardadından borclunun nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-3196/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X8 oğlu, X5, X5 və Borclu müştərək qaydada 22838.02 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhəmdar Cəmiyyətin xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən borclular X8 oğlu, X5, X5 və Borclu müştərək qaydada 22838.02 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş, xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğuların nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən edilməmişdir. Əldə olunmuş məlumatlara görə iş üzrə Borclu borcunu ödəməkdən xarici ölkəyə getmək istəyir. Ona görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İmişli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-3196/2015 nömrəli, xx.xx.2015- ci il tarixli icra sənədi üzrə borclu- xx.xx.1991-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan Borclu nümayəndəsi X2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətdə borclu göstərmişdir ki, o həmin iş üzrə əsas borclu deyil, kredit götürənə zamindir. İşsizdir, iş tapa bilmir, xəstəliyi var, müayinə və müalicə olunmaq üçün Rusiya Federasiyasına getməli olur. Əsas borclu X8 oğlu krediti götürən zaman borcu ödəyəcəyinə söz vermişdir və ödəyəcəkdir. Qərardad qüvvədə qalarsa, müayinə və müalicəsini davam etdirə bilməməsi səbəbindən onun həyatı təhlükə altında olacaqdır. Onun qiymətli əmlakı yoxdur. Yəni onun burada qalmağının borcun ödənməsinə heç bir müsbət təsiri olmayacaqdır. ”İcra haqqında” Azərbaycan RespublikasıQanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədi borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmə getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin icra məmuru həmin təqdimatı kifayət qədər əsaslandırılmamışdır. Yəni onun üzürsüz səbəbdən icra sənədini icra etmədiyi, krediti götürən əsas borclunun başqa şəxs olması araşdırılmamış və nəzərə alınmamışdır. Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 30 oktyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işin hallarına dair məruzəni dinləyib, şikayətin və şikayətə qarşı etirazın dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X8 oğlu, X5, X5 və Borclu müştərək qaydada 22838.02 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında İmişli Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2015-ci il tarixli qərar qəbul etmişdir. İmişli Rayon İcra və Probasiya Şöbəsi Borclu xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. Müəyyən edilir ki, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Borclu icra sənədi üzrə borcun icrasını təmin etməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına əmlak, yaxud hər-hansı gəlir aşkar edilməmişdir. Təqdimatla bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Qanunun tələbinə görə, hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsi Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüquqlarını tənzimləyir. Həmin Qanunun 9.3.6-cı maddəsinin tələbinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə Kollegiyası hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslıdır. Belə ki, borclunun ödənilməmiş borcu qalmaqdadır, onun məhkəmə qərarının icrasından yayınması əsaslandırılmışdır. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliyə zidd deyil. Qərardadı əsassız hesab edən borclu şikayətində göstərmişdir ki, o, həmin iş üzrə əsas borclu deyil, kredit götürənə zamindir. İşsizdir, iş tapa bilmir, xəstəliyi var, müayinə və müalicə olunmaq üçün Rusiya Federasiyasına getməli olur. Əsas borclu borcu ödəyəcəyinə söz vermişdir və ödəyəcəkdir. Qərardad qüvvədə qalarsa, müayinə və müalicəsini davam etdirə bilməməsi səbəbindən onun həyatı təhlükə altında olacaqdır. Kollegiya şikayətin dəlillərini əsassız sayır. Kollegiya qeyd edir ki, şikayətçinin zamin olması, əsas borclunun borcu ödəyəcəyinə söz verməsi kimi hallar onun məsuliyyətdən azad olunmasına və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmamasına əsas vermir. Bundan başqa, şikayətçinin müalicəsinin yalnız Rusiyada mümkün olması da əsaslandırılmamışdır. Kollegiya qərardadın ləğvinə dair şikayətin təmin edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(036)-50/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-80/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-80/2024
31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver