Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-81/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, X1 icra məmurunun qanunsuz hərəkətləri barədə şikayət ərizəsinə dair iş üzrə üzrə Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)23/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarlarını qəsdən icra etmədiklərinə görə Maraqlı şəxs rəisi Nümayəndə1 və Dilqəm Mütəllimlinin hərəkətlərinin qanunsuz hesab edilməsi və yol verdikləri kobud qanun pozuntularına görə onların barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8(048)-23/2023 saylı qərardadına əsasən Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 8(048)-23/2023 saylı qərardadına əsasən X4 ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)23/2023 saylı qərardadından X2 tərəfindən şikayət verilmişdir. Lerik Rayon Məhkəməsinin 8(048)23/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, X2 tərəfindən verilmiş şikayət elektron imza ilə imzalanmamış və elektron kabinet vasitəsilə verilməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi Lerik Rayon Məhkəməsi (hakim Atabəy Kiçibəyov) şikayətin MPMin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, şikayətin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363.1.5, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)23/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və işin icraata qəbul edilməsindən imtina edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Lerik Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №8(106)-81/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-81/2023
10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver