Məhkəmə qərarları › İş №8(106)-82/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-82/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-82/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 8(057)86/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X1 mülkiyyətində olan «Hyundai ELANTRA» markalı, 90-ZF502 dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsitəsinin üzərinə qoyulmuş həbs götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizəsini onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-1(057)-16/2022 saylı qərardadı ilə ona məxsus olan “Hyundai ELANTRA” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda ona məxsus avtomobil ona qaytarılmışdır. Göstərilənlərə əsasən «Hyundai ELANTRA» markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Salyan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 8(057)86/2023 saylı qərardadı ilə, X1 ərizəsinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-1(057)-16/2022 saylı qərardadı ilə X1 mülkiyyətində olan «Hyundai ELANTRA» markalı, **- ZF-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 8(057)86/2023 saylı qərardadı ilə, Borclu Salyan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 8(057)- 86/2023 saylı qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsi ,iş şikayətlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, “Hyundai ELANTRA” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X1 cavabdeh Borclu qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyuidai Elentra” markalı avtomobil cavabdeh Borclu alınaraq, iddiaçı X2 verilsin. X1 mülkiyyətində olan «Hyundai ELANTRA» markalı, 90-ZF502 dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsitəsinin üzərinə qoyulmuş həbs götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-1(057)- 16/2022 saylı qərardadı ilə ona məxsus olan “Hyundai ELANTRA” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda ona məxsus avtomobil ona qaytarılmışdır. Göstərilənlərə əsasən «Hyundai ELANTRA» markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Göründüyü kimi, icra vərəqəsi üzrə tələb yerinə yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-1(057)-16/2022 saylı qərardadı ilə borclu X2 məxsus «Hyundai ELANTRA» markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə ümumi dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan Salyan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 8(057)86/2023 saylı qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 8(057)86/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar