Məhkəmə qərarları › İş №8(106)-83/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-83/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-83/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət məhkəmə tərkibində, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsinə izah verilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında bаxаrаq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsi ilə (Hakim: Atabəy Kiçibəyov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, cavabdeh Borclu iddiaçıya məxsus qoz ağacının hərəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağına görə 309,41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədi üzrə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə Borclu vəsaiti hesabına çəkiləsi istinad divarının hansı istiqamətdən çəkilməsinə başlaması barədə izah verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadı ilə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsinə aşağıdakı kimi izah verilməsi: Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsi ilə cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdeh Borclu vəsaiti hesabına onun “yaşadığı evinin sağ tərəfindən istinad divarının çəkilməsi” kimi izah edilməsi qərara alınmışdır. Borclu Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadından şikayət verərək bildirmişdir ki, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədi üzrə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə Borclu vəsaiti hesabına çəkiləsi istinad divarının hansı istiqamətdən çəkilməsinə başlaması barədə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədi üzrə Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməlidir. Borclu tələbkara məxsus qoz ağacının bəhrəsinə görə 150 (bir yüz əlli) manat pul, qoz ağacının taxta və oduncağına görə 309 (üç yüz doqquz) manat 41 qəpik pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədi üzrə tələbin icra edilməsi üçün xx.xx.2023-ci il tarixə icra prosesi təyin edilmişdir. xx.xx.2023-ci il tarixli icra prosesində Lerik rayonu, Akinahiran kəndində ərazidə mübahisəli torpaq sahəsinin şəkilləri və videoları çəkilmiş, həmçinin onlara məlum olmuşdur ki, sürüşməyə məruz qalmış torpaq sahəsinin qarşsında istinad divarı çəkilməlidir. Belə ki, icra sənədi üzrə Tələbkar evinin aşağı hissəsi (evin həyəti) hazırda təhlükəli vəziyyətdədir, torpaq sahəsinin yenidən sürüşməyə məruz qalması danılmazdır. Həmçinin Tələbkar evinin həyətində olan və sürüşmə yerinə yaxın məsafədə əkilmiş (illərdir əkilmiş) ağacların oduncağının kötük hissəsi torpaqdan ayrılmışdır, yəni qısa vaxt ərizində yaşıl ağacların quruması danılmazdır. Bundan başqa, icra sənədi üzrə borclu YəhyayevAğaddin İsmayıl oğlunun evi dağın yamacında, Tələbkar fərdi yaşayış evi isə ondan təqribi 15-17 metr yüksəklikdədir. Lakin Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədində Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməsi qeyd edilsə də, həmin istinad divarının hündürlüyü və uzunluğu icra sənədində qeyd edilməmişdir. Belə ki, mübahisəli əraziyə baxış keçirilmiş, icra sənədi üzrə borclunun izahatı və tələbkarın ərizəsi alınmış, icra sənədi üzrə Borclu torpağı qazması nəticəsində sürüşməyə məruz qalmış həmin ərazidə təqribi 5-7 metr hündürlüyündə və 20-25 metr uzunluğunda istinad divarı çəkilsə, sürüşmənin qarşısı alına bilər. Bu səbəbdən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsini rəhbər tutaraq xx.xx.2023-ci il tarixdə Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli icra sənədinin (istinad divarının hündürlüyü və uzunluğu barədə) məhkəmədən izah istənilmişdir. Belə ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(048)-12/2023 nömrəli qərardadı ilə qət edilmiş, Borclu torpağı qazması nəticəsində sürüşməyə məruz qalmış istinad divarı borclunun vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hları zaman onlara məlum olmuşdur ki, Borclu ilə Tələbkar mübahisəli ərazi sürüşməyə məruz qalmış torpaq sahəsinin təqribi uzunluğu 20-25 metr məsafədə uzunluqdadır. Lakin Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(048)-12/2023 nömrəli qərardadına əsasən isə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi qeyd olunmuşdur. İşə baxan hakim tərəfindən işin faktiki halları araşdırılmamış, qətnamənin izah edilməsi qaydaları pozulmaqla, yəni qətnamənin nəticə hissəsinə əlavə edilməklə qətnamədə göstərilməmiş mahiyyəti üzrə araşdırılmalı olan halları araşdırma aparmadan, ekspertiza təyin etmədən istinad divarının 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarı tikilməsi izah kimi verilsə də, həmin divarın istiqamət və ölçüləri dəqiq göstərilməmiş, həmin istinad divarının tikiləcəyi təqdirdə yarana biləcək sürüşmənin qarşısının alınma qabiliyyətinin olub-olmaması yoxlanılmamışdır. Həmin hal isə xüsusi bilik tələb edən mütəxəsis tərəfindən müəyyən edilə bildiyindən icra işi üzrə ekspertiza təyin edildikdən sonra həmin divarın tikilməsi təmin edilməli olduğu halda məhkəmə həmin halları araşdırmamışdır. Bundan başqa, icra sənədində istinad divarının hansı istiqamətdə də tikilməsi qeyd edilməsə də, icra məmuru tərəfindən icra sənədinə izah verilməsi barədə ərizəsinə baxılarkən məhkəmə tərəfindən istinad divarının onun yaşadığı evin sağ tərəfindən başlayaraq 15 metr uzunluğunda tikilməli olduğu izah edilmişdir. Məhkəmə burada da heç bir sübuta əsaslanmadan mübahisəli ərazinin müayinəsini aparmadan qərar qəbul etmiş, lakin həmin hissədən 15 metr uzunluğunda 2 metr hündürlüyündə divar çəkiləcəyi halda sürüşmə zonasının qarşısının alınmasına heç bir aidiyyətinin olmaması hallarını da araşdırmamışdır. Məhkəmə həmin divarın 15 metr uzunluğunda 2 metr hündürlüyündə tikilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən qeyd etmiş, bu da tamamilə qanunsuz və əsassızdır. Belə olan halda iş üzrə ekspertiza təyin edilməli, mütəxəsislər cəlb edilməklə istinad divarının hansı istiqamət və ölçüdə tikiləcəyi halda sürüşmənin baş verəcəyi təqdirdə tələbkarın evinə və təsərrüfatına vurula biləcək ziyanın qarşısının alına biləcəyi tam dəqiqləşdirildikdən sonra müvafiq qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilən halların heç birinə istinad etmədən, mütəxəssis rəyinin (ekspert rəyinin) olmamasına baxmayaraq qətnamənin nəticə hissəsini qanunsuz və əsassız olaraq dəyişdirməklə qətnaməyə izah vermişdir. İşə baxan məhkəmə göstərilən normanı pozaraq qərardad qəbul edərkən mütəxəssis və ya ekspertin rəyinin olmamasına baxmayaraq qətnamədə göstərilməyən hissəsini qətnaməyə bir növ əlavə etmişdir. Həmin əlavənin nədən irəli gəlməsi barədə qərardadda əsaslandırmamışdır. Göründüyü kimi, işə baxan hakim heç bir əsaslandırmaya və sübuta istinad edilmədən verilmiş ərizə üzrə qətnaməni yenidən qeyri-müəyyənliklə izah etmişdir. İş üzrə ekspertiza təyin edilməli, mütəxəsislər cəlb edilməklə istinad divarının hansı istiqamət və ölçüdə tikiləcəyi halda sürüşmənin baş verəcəyi təqdirdə tələbkarın evinə və təsərrüfatına vurula biləcək ziyanın qarşısının alına biləcəyi tam dəqiqləşdirildikdən sonra qərar qəbul edilməlidir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan sübutlara istinad etmədən qanunsuz və əsassız qərardad qəbul etmişdir. Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadının ləğv edilməsi, ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət baxılması üçün 8(048)7/2025 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası barədə materialın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirr; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Kollegiya qeyd edir ki, Lerik Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar Hüseyin oğlunun evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, cavabdeh Borclu iddiaçıya məxsus qoz ağacının hərəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağına görə 309,41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı Tələbkar Hüseyin oğluna verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi isə MPM-in 230.1-ci maddəsinin tələbini pozaraq, yəni Lerik Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsinin məzmununu dəyişərək istinad divarının cavabdeh Borclu vəsaiti hesabına onun “yaşadığı evinin sağ tərəfindən çəkilməsi” kimi izah vermişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsində icraat şəxsin məhkəməyə müraciət etməsi ilə başlanır və işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Yəni şəxsin iddia tələbinin xahiş etdi hissəsində göstərilən tələbə məhkəmə baxmalı, həmin tələb həddində tələbin təmin və ya təmin edilməməsinə dair qətnamə qəbul etməlidir. İddia tələbindən kənara çıxma prosessual hüquq normasının pozulması kimi dəyərləndirildiyindən müstəsna hallar istisna olmaqla tələbdən kənara çıxmağa yol verilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icrası hər bir şəxs üçün, o cümlədən borclu olan şəxs tərəfindən məcburi olmaqla qeyd-şərtsiz icra edilməlidir. Əgər qətnamənin icrası zamanı icra edilməsinə hər hansı maneə yaranarsa, qətnamənin məzmununu dəyişdirmədən həmin qətnaməni qəbul edən məhkəmə müraciət əsasında izah edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, qətnamə onun məzmununu dəyişdirmədən izah olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən bu tələbi pozmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 263, 264, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-7/2025 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar