Məhkəmə qərarları › İş №8(106)-84/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-84/2025

19.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-84/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, X1 “alimentin indeksasiya edilməsinə dair” ərizəsinə baxılması ilə əlaqədar məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış mübahisəyə baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-494/2024 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün müəyyən edilmiş 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X5 verilməsi hissəsində pul məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-175/2025 nömrəli qərardadı ilə ərizə baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-114/2025 nömrəli qərardadı ilə 8(032)-114/2025 nömrəli işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-175/2025 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərizəçinin indeksasiya olunmasını tələb etdiyi aliment Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-15/2022 nömrəli qətnaməsi əsasında onun xeyrinə cavabdehdən tutulur, yəni qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq icraya nəzarət edən məhkəmə məhz sözügedən qətnamənin çıxarıldığı Şirvan Şəhər Məhkəməsidir. Şirvan Şəhər Məhkəməsi isə hesab etmişdir ki, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş qətnamədən də görünür ki, hazırki indeksasiya olunması tələb edilən alimentin məbləği Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə müəyyən edilmişdir. Hazırkı işin ərazi aidiyyəti barədə məhkəmələr arasında fikir ayrılığı yarandığından və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, hazırki işdə məhkəmələr arasındakı fikir ayrılığı ərazi aidiyyəti ilə bağlıdır. Kollegiya iş materiallarını nəzərdən keçirib Şirvan Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşır və mövqeyini aşağıdakılarla izah edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarına (Plenum Qərarı) yeni əlavə edilmiş 8.4-2-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2(057)-494/2024 nömrəli qətnamədən də görünür ki, həmin qətnamə Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, hazırki indeksasiya olunması tələb edilən alimentin məbləği Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə müəyyənləşdirilmişdir. Yəni hazırda həm işə baxmış, həm də icraya nəzarət edən məhkəmə qismində Salyan Rayon Məhkəməsi çıxış etdiyindən Şirvan Şəhər Məhkəməsinin mövqeyi haqlı olmuşdur. Ona görə X1 “alimentin indeksasiya edilməsinə dair” ərizəsi üzrə 8(032)-114/2025 nömrəli iş mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 “alimentin indeksasiya edilməsinə dair” ərizəsi üzrə 8(032)-114/2025 nömrəli iş mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar