Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-86/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadından Lerik Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsi barədə Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Lerik Rayon İcra və Probasiya şöbəsi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müəyyən olunmuşdur ki, icra sənədi üzrə Tələbkar işə bərpa edilməmiş məcburi iş buraxma günləri üçün əmək haqqı almamışdır. Məsələ ilə bağlı Laman kənd natamam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Borclu ilə əlaqə saxlanılaraq Lerik rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, lakin Borclu icra məmurunun qanun çağırışı üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Bu səbəbdən Laman kənd natamam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Borclu məcburi qaydada şöbəyə gətirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Lerik rayon məhkəməsinə təqdimat göndərilmişdir. Lerik rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(048)-49/202saylı Qərardadına əsasən Borclu məcburi qaydada Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilmişdir. Qərar icra edilməsi üçün Lerik rayon Polis şöbəsinə göndərilmişdir. Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilmiş Borclu izahatında bildirmişki, Tələbkar işə bərpa olunması üçün məhkəmə icra sənədində qeyd olunmuş 1 ştat vahidi üzrə vakant yer mövcud deyildir. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə borclu Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru Baxşıyev Umuİmanxan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Lerik Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(048)-383/2023 saylı icra sənədi üzrə X5 ümumilikdə 2000 (iki min) manməbləğində inzibati cərimə edilmişdir. Onlar tərəfindən xx.xx.2024-cü il tarixdə X1l İdarəsinin rəhbərliyinə məktub ünvanlanaraq, Lerik Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədinə əsasən X1l İdarəsinin, Laman kənd natamam orta məktəbi birgə borclu tərəf olduğu bildirilmişdir. Bu səbəbdən qeyd olunan icra sənədi üzrə tələbin qısa müddət ərzində təmin olunması tələb edilmiş, əks təqdirdə icra sənədi üzrə borclu şəxslərin Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, icra sənədi üzrə tələbkar xx.xx.2024-cü il tarixdə yenidən şöbəyə müraciət edərək, icra sənədinin təmin edilməməsindən şikayətlənmişdir. Həmin tarixdə icra sənədi üzrə borclu Laman kənd natamam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Borclu yenidən şöbəyə çağırılmışdır. Borclu barəsində yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(048)-290/2024 cü il tarixli Qərarına əsasən X7 icra sənədi üzrə tələbi təmin etmədiyinə görə təkrar inzibati məsuliyyətə cəlb edilərək ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimedilmişdir. Lakin, icra sənədi üzrə tələb hazırki vaxtadək borclular tərəfindən təmin edilməmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə Laman kənd natamam orta məktəbi ilə yanaşı, Təhsil NazirliyiX1l İdarəsidə borclu tərəf kimi qeyd olunmuşdur. Bu səbəbdən icra sənədində X1l İdarəsidə borclu tərəf kimi qeyd olunduğundan, Laman kənd natamam orta məktəbi direktoru vəzifəsini müvəqqəti icra edən Borclu barəsində icra sənədi üzrə tələbi təmin etmədiyinə görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması mümkün olmamışdır. Onlar tərəfindən xx.xx.2025-ci il tarixdə qeyd olunan icra sənədinin Təhsil Nazirliyinin X1l İdarəsinə aid hissədə icra edilməsi üçün aidiyyatı üzrə müvafiq icra şöbəsinə göndərilib-göndərilməməsi barədə Lerik rayon Məhkəməsinə sorğu edilmişdir. Lerik rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(048)-405/2023 saylı həmin sorğuya cavab məktubunda icra sənədinin Təhsil Nazirliyinin X1l İdarəsinə aid hissədə icra edilməsi üçün aidiyyatı icra şöbəsinə (Lənkəran rayon İcra şöbəsinə) göndərilməsinin aşkar edilmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən onlar tərəfindən Laman kənd natamam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Borclu barəsində bütün zəruri tədbirlərin davam etdirilməsinə baxmayaraq, icra vərəqəsi üzrə digər borclu Təhsil Nazirliyinin X1l İdarəsi barəsində heç bir tədbirlərin görülməməsi icra vərəqəsi üzrə borclular barəsində tədbirlərin birtərəfli aparılmasına səbəb olmuşdur. İcra sənədi üzrə Tələbkar dəfələrlə maddi vəziyyətinin aşağı olması, səhhətində müəyyən problemlərlə bağlı əlavəxərclərinin olmasını, tək dolanacağı yerin onun əvvəlki iş yeri olduğunu bildirirərək hazırki vaxtadək işə bərpa olunmaması ilə bağlı Lerik rayon İcra və probasiya şöbəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, icra sənədi üzrə 2 nəfər boclunun olduğu halda, yalnız Lerik rayon Laman kənd natamam orta məktəbinə dair hissədə icra vərəqəsinin Lerik rayon İcra və probasiya şöbəsinə göndərildiyi üçün Lerik rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)- 405/2023 saylı icra sənədi üzrə Tələbkar Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi öhdəliyinin hər iki borcluya aid olub-olmaması barədə izah verilməsi üçün Lerik rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin, Lerik rayon Məhkəməsinin8(048)-15/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən (Lerik rayon Məhkəməsininxx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə icra sənədinə izah verilməsi barədə Lerik rayon İcra və probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun ərizəsini təmin edilməmişdir. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsini rəhbər tutub icra sənədinin izah olunması barədə məhkəməyə müraciəetməmişdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə icra sənədinin digər borclu Təhsil Nazirliyin X1l İdarəsinə aid hissədə göndərilib-göndərilməməsi barədə sorğu edilmişdir. xx.xx.2025-ci il tarixdə Lerik rayon Məhkəməsindən daxil olmuş məktubla məlum olmuşdur ki, Lerik rayon Məhkəməsininxx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə onlar tərəfindən hissəvi məcburi icra tədbirləri görülməsinə baxmayaraq, digər hissədə icra sənədməhkəmə tərəfindən icraya yönəldilməmişdir. Belə olan halda dövlət adından qəbul edilmiş qərarın icrası məhkəmə tərəfindən (yəni digər borcluya aid hissədə icra edilməsi üçün göndərilməməklə) icrasız qalmışdır. Ona görə də Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədinin izah olunması barədə icra məmurunun ərizəsinin təmin edilməməsi barədə Lerik rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadını ləğv edilməlidir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 8(048)-15/2025 saylı, 14 may 2025-ci il tarixli qərardadından Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün 8(048)-15/2025 nömrəli material ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda,icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın,habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə; 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirr; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə aydın və dəqiq olmadıqda və həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Qanunvericilik bütövlükdə qətnamənin izah edilməsi imkanını nəzərdə tutduğu üçün qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsi məhkəmə tərəfindən izah oluna bilər. Əksər hallarda qətnamənin nəticə hissəsi qeyri-müəyyən olur ki, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşılmazlıq yaradır. İş materialları ilə müəyyən edilir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi ilə qətnamə icraya yönəldilmişdir. Borclu qismində Lerik Rayon Laman kənd natamam orta məktəbi və Təhsil Nazirliyinin X1 İdarəsi qeyd edilmişdir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin (048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Tələbkar Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməsi, Tələbkar Lerik rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, borclular Lerik Rayon Laman kənd natamam orta məktəbinə və Təhsil Nazirliyinin X1 İdarəsinə 10 gün müddət ərzində qətnamənin icrasını könüllü təmin edilməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə icra sənədi üzrə tələbin məcburi icra edilməsi qərara alınmışdır. Göründüyü kimi Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı icra sənədində göstərilən öhdəliklər aydın və konkret olduğundan, izaha ehtiyac yoxdur. Borclu qismində Lerik Rayon Laman kənd natamam orta məktəbi və Təhsil Nazirliyinin X1 İdarəsi qeyd edilmişdir. Bu, o deməkdir ki, hər iki borclu həmin qətnamədə göstərilmiş öhdəliklərin (işə bərpa və əmək haqqının ödənilməsi) həm hüquqi, həm də maddi icrası üçün məsuliyyət daşıyır. İcra məmurunun vəzifəsi sənədi hər iki borcluya qarşı tam icra etdirməkdir, bunun üçün məhkəmədən izah almağa ehtiyac yoxdur. Nəticədə məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi hüquqi cəhətdən aydındır. Borcluların adları birbaşa icra vərəqəsində göstərilib. Bu, onların ümumi borcluluğunu və məsuliyyətini təsdiq edir. Hər iki borclu icra sənədindəki öhdəliklərə müştərək cavabdeh sayılır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsində icra ilə bağlı tələb aydın, dəqiq və anlaşılan ifadələrdən istifadə edilməklə göstərildiyindən, icra sənədinə əlavə izahın verilməsinə zərurət və qanuni imkan yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 263, 264, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lerik Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikаyət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-15/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-86/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-86/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver