Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-89/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadından Borclu verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)- 3241/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 Cəmilə Akif qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Tələbkar Akif qızının xeyrinə Borclu hər ay 108 (bir yüz səkkiz) manat sabit məbləğində alimentin tutulması qət edilmişdir Tələbkar Akif qızı ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-3241/2015 saylı qətnaməsinə əsasən qət edilmiş 108 (bir yüz səkkiz) manat alimentin məbləğinin hər uşaq üçün hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar Akif qızına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2(036)-3241/2015 nömrəli qətnaməsinə əsasən onun cavabdeh Borclu ilə arasında bağlanmış xx.xx.2014-cü ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 himayəsində saxlanılması və birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılmasından ötrü hər ay 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır.Aliment ödənişi o zaman 108 manat müəyyən olunmuşdur.Hesab edir ki, yeni qanunvericilik əsasında, sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına müvafiq olaraq borcludan aliment miqdarı indeksasiya olunaraq tutulmalıdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadı ilə (hakim O.Mahmud) ərizə qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-3241/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, tutulan 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayətlə müraciət edərək İmişli Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(036)-49/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir. Ərizəçidən ayrılandan sonra başqa şəxslə ailə qurmuş, 2 uşağı var və o həmin uşaqlarıda saxlamalıdır. Həmçinin onun himayəsində xəstə valideyinləri var. Onlarada baxır. Hazırda məhkəmə heç bir araşdırma aparmadan yüksək məbləğdə aliment kəsmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış məhkəmə qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə görə uşağı saxlamaq hər iki valideyinin borcudur. Ona görədə qarşı tərəfdə uşağın saxlanılması üçün maddi vəsait sərf etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində deyilir- Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, İmişli Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğuna görə düzgün nəticəyə gəlməmişdir. İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 8(036)-49/2025 saylı qərardadı (hakim O.Mahmud) ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət rədd edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndəriməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-3241/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 Cəmilə Akif qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Tələbkar Akif qızının xeyrinə Borclu hər ay 108 (bir yüz səkkiz) manat sabit məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə çıxarılan zaman ölkə üzrə minimum əmək haqqı məbləği 105 manat müəyyən edilmişdir. Hal-hazırda alimentin indeksasiyası zəruridir. Ona görə də ərizə qismən təmin olunmalı, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-3241/2015 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində (108/105) indeksasiya olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, valideynlər özlərinin maddi vəziyyətindən asılı olmayaraq azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş həcmdə iştirak etməyə borcludurlar. Valideynin maddi çətinlikləri, işsizliyi, gəlirinin az olması və ya xəstə validenlərinə baxması onun bu öhdəlikdən azad olunması üçün əsas hesab edilmir. Alimentin indeksasiya edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə əsasən və uşağın maraqlarına uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində qeyd edildiyi kimi, valideynlər öz uşaqlarının qayğısına qalmalı və onları təmin etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərkibi alimentin indeksasiya edilməsi ilə bağlı qeyd edir ki, alimentin məbləği inflyasiya nəticəsində real dəyərini itirdikdə və ya övladın təminat ehtiyacları artdıqda, bu məbləğ məhkəmə tərəfindən indeksasiya edilə bilər. İndeksasiya mexanizmi alimentin real dəyərinin qorunmasına, yəni uşağın əvvəlki səviyyədə təmin edilməsinə xidmət edir. İndeksasiya ümumiyyətlə mövcud alimentin artırılması deyil, sadəcə pulun real dəyərinin qorunması deməkdir. Yəni ödənilən alimentin uyğun alıcılıq qabiliyyətində qalması üçün həyata keçirilir. Bundan əlavə indeksasiya valideynin gəlirindən və ya istəyindən asılı olmayan, maddi hüququn sabitliyini və uşağın rifahının qorunmasını təmin edən hüquqi mexanizmdir. Əgər aliment indeksasiya olunmasaydı, artan qiymətlər və həyat səviyyəsi qarşısında uşağın maddi təminatı nisbi olaraq azalardı ki, bu da uşağın maraqlarının pozulması demək olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-49/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.