Məhkəmə qərarları › İş №8(106)-9/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-9/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-9/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Borclu2 məxsus əmlakın üzərinə həbs qoyulması barədə İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına baxılmasına dair İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadından İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi : müəyyən etdi: İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Ağasiyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu2 mülkiyyətində olan “Toyota Land-Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1019/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi İmişli rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Borclu2 rəsmi qeydə alındığı ünvana “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclu2 mülkiyyətində olan olan “Toyota Land-Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, 30- BL-125 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması zərurəti yaranmışdır. İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadı ilə İmişli rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadından İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 şikayət verərək qərardadın ləğv edilməsini və Borclu2 mülkiyyətində Borclu2 məxsus olan “Toyota Land- Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş yükünün çoxluğu ilə əlaqədar olaraq icra məmurunun məhkəmə iclasında iştirak etməməsi və ya icra işini məhkəməyə təqdim etməməsi qeyd edilən təqdimatın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, icra işində olan sənədlər təqdimata əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdə və ya icra işində borcluya göndərilən hər hansı çağırış vərəqəsi olmadığından məhkəmənin hansı çağırış vərəqələrindən bəhs etməsi isə ümumiyyətlə məlum deyildir. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” bildirişin surətindən göründüyü kimi Borclu2 xx.xx.2024-cü il tarixində həmin bildirişi şəxsən imza etməklə almış və könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Həmçinin, borclu tələbi üzrlü səbəbdən icra etməməsini təsdiq edən faktları şöbəmizə təqdim etməmiş, icraat dövründə icraatın dayandırılmasına əsas olan hallar aşkar edilməmişdir. Borclunun mülkiyyətində tələbin ödənilməsinə kifayət edən əmlaklar aşkar edildiyindən onun icra qurumuna yenidən çağırılması, icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsi ehtiyacı yaranmamışdır. Həmçinin, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi borclu hazırda "xxxx" MMC-də işləyir və 345 manat əmək haqqı alır. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi olduğundan borclunun bank hesabları “Elektron icra” informasiya sisteminə inteqrasiya olunmuş və borclunun adına əmək haqqı hesabından başqa bank hesabının olmadığı müəyyən edilmişdir. Borclunun aldığı əmək haqqı məbləğindən isə icraatımıza daha əvvəl daxil olan icra sənədləri üzrə tutulma aparılmaqdadır. Həmçinin, borclunun gəliri icra sənədi üzrə borc məbləğinə mütənasib deyildir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi qeyd edilmişdir. Həmin Qanunun 44-cü maddəsində isə məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi göstərilmişdir. İcra məmurunun təqdimatının məzmunundan və təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi İmişli Rayon Məhkəməsinin 2(036)- 156/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixində İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmiş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya bu barədə məlumat verilmiş və borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərədən görünür ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin tətbiq edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər üç əsas mövcuddur və məhkəmə tərəfindən təqdimatın təmin edilməməsi tam əsassızdır. Təqdimatın təmin edilməməsi məhkəmə qərarının faktiki icrasız qalmasına və tələbkarın hüquqlarının pozulmasına səbəb olur. İmişli Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 8(036)-156/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra məmuru iş üzrə borclunun icra sənədi üzrə tələbi təmin etmədiyini təqdimatda qeyd etsə də, iş üzrə borclunun çağrış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə iclaslarında icra məmurunun iştirakının təmin edilməsi və icra işinin məhkəməyə təqdim edilməsi üçün icra orqanına məktublar göndərilsə də, icra məmuru məhkəmə iclasında iştirak etməmiş və icra işini məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən isə borclunun tələbi könüllü icra etməsindən yayınması faktı təsdiqini tapmır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olub-olmaması barədə sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Təqdimat əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Borclu2 mülkiyyətində “Toyota Land- Criuser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbirləri tətbiq oluna bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. İşin hallarından görünür ki, borclunun çağırış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərdən borclunun tələbi könüllü icra etməkdən yayınması faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitlərinin olubolmaması araşdırılmamışdır. Ona görədə birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadından İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 8(036)-156/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar