Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-91/2022 23.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, iddiaçılar X3 və X2 cavabdeh X9 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən alınması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclunun ərizəsinə dair iş üzrə Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadından borclu X11 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X7 və onun ailə üzvlərin JN-630 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətlərində olan 0,45 hektar torpaq sahəsinin 0,20 hektar torpaq sahəsi hissəsinin 10 kv.m hissəsinin cavabdeh X8 qanunsuz sahibliyindən alınıb iddiaçı X5 verilməsi, iddiaçı X6 və onun ailə üzvlərinin JN- 631 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətlərində olan 0,42 ha torpaq sahəsinin 0,18 hektar torpaq sahəsi hissəsinin 0,016 hektar hissəsinin X8 qanunsuz sahibliyindən alınıb iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Hazırkı ərizəsində borclu X1 Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(018)-106/2021 saylı “qətnaməsinin icrasına möhlət verilməsinə dair” qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu N.Muradov ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışa əsasən torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası Şirvan İnzibati Məhkəməsi tərəfindən təmin edilərək, 2-1(120)-1141/2022 saylı qərar çıxarılmışdır. Həmin qərar icra edilməsi üçün icra şöbəsinə verilənədək, Astara Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(018)-106/2021 saylı qətnaməsinin icrasına möhlət verilməlidir. Borclular və Astara rayon İcra və probasiya şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmədiyindən, onların mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 11 noyabr 2022-ci il tarixli qərardadı ilə borclu X8 Astara Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(018)- 106/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan borclu N.Muradov şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsası inzibati məhkəmənin qərarı ilə bağlıdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş və mülkiyyətində olan 0.6847 hektar torpaq sahəsinin naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi barədə cavabdeh AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı hüquqi qüvvəsini almadığından icraya verilməmişdir. Həmin qərar icraya veriləndən sonra yenidən həmin torpaq sahəsi geri alınmalı və ona təhkim olunmalıdır. Şikayətə baxılmış, Astara Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərardadına əsasən şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 19 dekabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və Astara rayon İcra və probasiya şöbəsinin icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Ərizəçi (borclu) N.Muradov qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Ərizəçi şikayətində məhkəmə iclası barədə ona vaxtında məlumat verilmədiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasının inzibati məhkəmənin qərarı olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən (səh 13) müəyyən edilir ki, məhkəmə iclası barədə bildiriş borclu N.Muradova 11 noyabr 2022-ci il tarixdə çatdırılmışdır. Bildiriş ona proses günü çatdırılsa belə, Məhkəmə Kollegiyası hesab edir ki, borclunun prosesdə iştirakının işə baxılmasına hansı dərəcədə təsir göstərəcəyini borclu qeyd etməmiş və əlavə sübutu olduğu halda həmin sübutunu şikayətinə əlavə etməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarının hazırki ərizəyə baxılmasının nəticəsinə hər hansı təsiri yoxdur. Bundan başqa, məhkəmə qətnaməsinin icrasına möhlət verilərkən tələbkarların da mənafeyi nəzərə alınmalı və onların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə də uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 397.2, 365-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 8(018)-230/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(106)-91/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-91/2022
23.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver