Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-98/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, Tələbkar Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi üzrə aliment məbləğinin indeksasiya olunmasına dair ərizəsi üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Borclu ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 arasında bağlanmış 14 yanvar 2016-cı il tarixli, 18 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, qarşılıqlı iddia qismən təmin edilmiş, Borclu ilə X5 birgə nikahlarından olan 19 iyun 2016-cı il təvəllüdlü X6 anası X5 himayəsində saxlanılması, əvvəli 17 may 2021-ci il tarixdən hesablanmaqla 19 iyun 2016- cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Borclu hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 verilməsi qət edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar cavabdeh Borclu ilə xx.xx.2016-cı iidə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Nikahları Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin cavabdehden tutulması qət edilmişdir. Hal-hazırda cavabdehin ödədiyi aliment müasir dövrün tələbatın ödəmədiyini və ümumilikdə 2021-ci ildən bu günə qədər artımları nəzərə alaraq, bir uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği yetmir. Cavabdehə isə könüllü olaraq təyin edilmiş aliment miqdarından artıq ödəmək istəmir və aliment məbləğindən əlavə heç bir maddi köməklik etmir. Qeyd olunan halların həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı ilə (Hakim O.Bayramov) ərizə təmin olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı Məmmədova (Zeynalova) Aidə Camal qızına ödənilməli olan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi və alimentin tutulmasının qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qərara alınmışdır. Bundan narazı qalan borclu Zeynalov X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə aliment məbləğinin indeksasiya edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2-ci Qarabağ müharibəsi döyüşçüsü olmuş, vətən müharibəsi iştirakçısı olmaqla bir neçə medalı vardır. Bundan əlavə o, əvvəllər iş yer olmaqla alimenti vaxtı-vaxtında ödəmiş, hətta artıq belə ödədiyi aylar olmuşdur. Lakin indi vəziyyəti çox pisdir, heç bir iş yeri yoxdur, özünün aldığı 80 manat veteran pulu və atasının aldığı pensiya ilə dolanır. Hazırda evlidir. Ailəsini saxlamağa belə maddi gücü yoxdur. O, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti ödəməyə heç bir etirazı yoxdur, hardan var tapıb göndərir və indiyənə qədər heç bir gecikməsi olmamışdır. Ancaq Hacıqabul Rayon Məhkəməsinin 8(071)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən alimentin indeksasiyası nəticəsində alimentin məbləği həddən artıq çox olmuş və o qədər pulu hər ay verməyə maddi imkanı yoxdur. Qeyd olunan halların nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4- 2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Minumum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabr ayının 1-dən 250 manat müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 250 manat olmasını və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağa görə 160 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (160:250=0,64) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşaq üçün tutulan 160 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması barədə mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-98/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-98/2025
16.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver