Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-1/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Tələbkar, borclular Borclu1 və Borclu2 İskəndər oğlunun iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Tələbkar Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarından şikayət verərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)109/2019 saylı qətnaməsinin icra edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadına əsasən Tələbkar “Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli Aktında onun hara köçürülməyi qeyd olunmayıb. Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il 2(024)-109/2019 saylı qərardadında izah edilmişdir ki, Borclu2 İskəndər oğluna məxsus fərdi yaşayış evinə, gəlin köçdüyü otağına köçürülsün şəklində izah edilsin. O bir otaq və bir aynabənddən (yəni iki otaq sayılır) ibarət evə gəlin köçmüşdür. Aktda heç bir şey qeyd olunmadığı üçün borclu mülkiyyətçiyəm deyib onu aparıb toyuq hinində yerləşdirərəm deyir. Ona görə də onun hara düşməyini qeyd olunmağını istəyir və orda onun bütün hüquqlarını tanınmasını xahiş edir. Qaynatası dəfələrlə deyib ki, onun burda heç bir hüququ yoxdur və heçnədən istifadə də bilməz. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclular Borclu1 və Borclu2 İskəndər oğlu şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadı ləğv edilməli, eyni zamanda Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, icra məmuru tərəfindən qərar qəbul edilərək icraata xitam verilmişdir. Lakin qərar qanuni və əsaslı deyildir. İş materiallarından və qanunun tələbindən də göründüyü kimi icra məmuru icra olunmuş icra sənədi kimi icraata xitam versə də, faktiki olaraq icra sənədi icra edilməmiş və Tələbkar qətnaməyə uyğun formada sözügedən fərdi yaşayış evinə köçürülməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadı ləğv edilməli, eyni zamanda Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, İcra tədbirləri davam etdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(024)-117/2020 saylı qərardadı ləğv edilsin. Eyni zamanda Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli «İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin. İcra tədbirləri davam etdirilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-1/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-1/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver