Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-1/2025 06.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun təqdimatına əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-1131/2014 saylı icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-1131/2014 saylı icra sənədinə əsasən xx.xx.1975-ci ildə anadan olmuş və Zaqatala rayonu, DEU20 qeydiyyatda olan və yaşayan borclu cavabdeh Borclu xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2014-ci il tarixə olan 11750 (on bir min yeddi yüz əlli) manat vaxtı keçmiş əsas borcu, 40476 (qırx min dörd yüz yetmiş altı) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu və xx.xx.2014-cü il tarixə qədər vaxtı keçmiş əsas borca illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 1500 (bir min beş yüz) manat məbləğində cərimə faizləri olmaqla, cəmi 53726 (əlli üç min yeddi yüz iyirmi altı) manat məbləğində kredit borcu, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 (on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, iddiaçı xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ümumi sahəsi 498.0 k.v m olan Zaqatala şəhəri, Azərbaycan prospekti 105 ünvanında yerləşən qeyri-yaşayış binası müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 və tələbkar xxxxn “Gəncə” filialının Problemli kreditlərin tətbiqi üzrə regional təmsilçisi - böyük mütəxəssisi X4 hər biri ayrı-ayrılıqda təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Borclu izahat verərək göstərmişdir ki, qeyd edilən icra sənədi üzrə hər ay tərəfindən 50-100 manat ödənişlər edilmiş, həmçinin atası borcun ödənilməsinə zamin durmuşdur. Hesab edir ki, göstərilənlərə əsasən təqdimatda qeyd edilən əmlakın üzərinə həbs qoyulmasına ehtiyac yoxdur. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmidir. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı ilə təqdimat təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-1131/2014 saylı icra sənədinin icrasının təmin edilməsi üçün Zaqatala şəhəri, Azərbaycan prospekti, 105 ünvanında 0.062460 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 498 kv.m. olan tam mülkiyyət hüququ əsasında Borclu məxsus olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Acalov X1 Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ... iş materiallarından göründüyü kimi, təqdimat verən Zaqatala rayon İcra və Probasiya şöbəsi Borclu əmlakının özgəninkiləşdirilməsinə qadağan qoyulması üçün məhkəməyə heç bir qanunvericiliyə uyğun formada əsas və ya mötəbər sübutlar təqdim etməmişdir. Zaqatala Rayon Məhkəməsinin heç bir qanuni əsas olmadan iş üzrə cavabdeh Borclu mülkiyyətinə münasibətdə qəbul etdiyi qərardad ədalətsiz və əsassızdır. Zaqatala Rayon Məhkəməsi ümumiyyətlə əsaslandırmamışdır ki, o, kredit borcunun əsas hissəsi olan 11750 (on bir min yeddi yüz əlli) manatını ödəməyinə baxmayaraq nəyə görə Borclu məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, 105 ünvanında 0.062460 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 498 kv.m olan tam mülkiyyət hüququ əsasında olan qeyri-yaşayış binasının üzərinə həbs qoymalıdır. Belə ki, üzərinə həbs qoyulmuş əmlak borca mütənasib olmamışdır. Çünki üzərinə həbs qoyulmuş əmlakın dəyəri təxminən 500000 (beş yüz min) manat həcmindədir. Belə çıxır ki, tələbkar istədiyi qaydada əsassız iddia verəcək və onun buna görə mülkiyyət hüququ pozulacaqdır. Ümumilikdə iddiaçının ona məxsus fərdi yaşayış evinə münasibətdə heç bir hüququ yoxdur. Bununla yanaşı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar da mövcud deyildir. Göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı tələbkar ASC “Xalq” Bankı tərəfindən etiraz ərizəsi göndərilmiş, həmin etirazda borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-1131/2014 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2009-cu il tarixli **********109 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixə olan 11750 (on bir min yeddi yüz əlli) manat vaxtı keçmiş əsas borcu, 40476 (qırx min dörd yüz yetmiş altı) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu və xx.xx.2014-cü il tarixə qədər vaxtı keçmiş əsas borca illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 1500 (bir min beş yüz) manat məbləğində cərimə faizləri olmaqla, cəmi 53726 (əlli üç min yeddi yüz iyirmi altı) manat məbləğində kredit borcu, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 (on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə ödənilməlidir. Bundan başqa iş materialında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Natiq Kərimovun xx.xx.2015-cü il tarixdə “icraata başlamaq haqqında” qərarından, bildirişdən və göndəriş məktubundan görünür ki, icra məmuru tələbin 10 (on) gün müddətində könüllü icrası üçün Borclu bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Eyni zamanda iş materialında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 105 ünvanında yerləşən 0.062460 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 498 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında Borclu adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İş materiallarından görünür ki, hazırkı vəziyyətdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi 10 il ərzində icra edilməmişdir. Həmin müddət ağlabatan müddət sayıla bilməz və bu ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirən hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(033)-52/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8(107)-1/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-1/2025
06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver