Məhkəmə qərarları › İş №8(107)-10/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-10/2021

23.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-10/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi və X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-100/2020saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-100/2020 saylı qətnaməsinə əsasən, cavabdeh X3 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pulun tutularaq iddiaçı «Tələbkar” MMC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-100/2020 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar MMC cavabdeh X5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X3 31221 (otuz bir min iki yüz iyirmi birmanat) manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-100/2020 saylı (hakim A.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X3 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-5486/2015 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini saxlamışdır. Hazırda maddi imkanı həmin qətnamə üzrə yığılmış borcu birdəfəlik ödəməyə imkan vermir. Məlum pandemiya epidemiyası, karantin rejiminin tətbiqi ilə bağlı, 2020-ci ilin fevral ayından etibarən dünyada və Azərbaycanda COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir. Xüsusi karantin rejiminin tədbiq olunması ilə əlaqəli olaraq Ölkədə yaranan çətin rejim insanların yaşam səviyyəsinə də təsir etmişdir. Bu səbəbdən də qeyd olununan qətnamə üzrə öhdəliklərinin həyata keçirilməsində problem yaranmışdır. Belə olan halda, “Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə əlaqədar ölkədə bir sıra məhdudiyyətləri, Azərbaycan Respublilasmda xx xxxxxxxx 2020-ci 1 tarixdən başlanan müharibə şəraitini və Fövqəladə hallar vəziyyəti nəzərə alınmalıdır və hazırda işsiz olduğumdan ödənişlərin edilməsində müəyyən çətinliklər yaranmışdır, ödənişlərin ödənilməsindən boyun qaçırmıram sadecə olaraq faktiki maddi imkanlarım borcun birdəfəlik ödənilməsinə imkan vermir lakin, maddi imkanı olduqca ödənişləri mütəmmadi olaraq edəcək. Pandemiya epidemiyası və karantin rejiminin və ölkə üzrə maliyyə böhranını nəzərə alaraq borc üzrə ödənişlərin hissə-hissə ödənilməsinə və icra edilməsi barədə qərardad qəbul edilməsi daha məqsədə müvafiqdir. Bundan başqa gələcəkdə də bütün borcunu ödəmək niyyətindədir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 8(025)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-100/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi rədd edilmişdir. Qərardaddan narazı qalan X2 şikayət verərək Qəbələ Rayon Məhkəməsinin 8(025)- 141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci iltarixli, 8(025)-141/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 şikayəti müdafiə edərək bildirmişdir ki, hazırda heç bir yerdə işləmədiyindən borcunu birdəfəyə ödəyə bilmir. Tələbkar isə borcun hamısının birdəfəyə ödənilməsini tələb edir. Hazırki vəziyyətdə hər ay 100 manat ödəniş edə bilər. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Tələbkar tərəfin vəkili X8 order (və ya etibarnamə) təqdim etmədiyindən kollegiya onu səlahiyyətli qəbul etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini borclu tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin 8(025)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-141/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar