Məhkəmə qərarları › İş №8(107)-10/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-10/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-10/2023 13.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)-179/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X7 uşaqlarla görüş yeri, uşaqların anadan alınaraq tələbkar X8 verilib-verilməməsi, ünsiyyətin ananın müşayiəti altında olubolmaması barədə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)- 1908/2022 saylı, 04 avqust 2020-cixx.xx.2022-ci il tarixli icra sənədi 22 noyabr 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi ilə tanış olan zaman məlum olmuşdur ki, icra sənədində tələbkar X7 uşaqlarla görüş yeri, uşaqların anadan alınaraq tələbkar X8 verilib-verilməməsi (ünsiyyət ananın müşayiəti altında olub-olmaması) ilə bağlı heç bir məlumat əks olunmamamışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)-179/2022 saylı qərardadı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 Yevlax Rayon Məhkəməsinin 2(039)- 1908/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)-179/2022 saylı qərardadından Borclu şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1908/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X4 və Xatirə adlı övladları ilə hər həftənin şənbə günləri 10:00-dan 20:00-a kimi, bayram günlərinin bir günü saat 10:00-dan 20:00-a kimi sərbəst görüşməlidir. Qeyd edir ki, bu günə kimi hər həftə Elçin Əhmədovun övladları ilə onun iştirakı ilə görüşünü təmin etmişdir. Ancaq Bərdə İcra Şöbəsi yuxarıda qeyd etdiyi qərar qəbul edildikdən sonra uşaqların 10 saat ərzində Elçinə təhvil erilməsini tələb edir və uşaqları Elçinə təhvil vermədiyi halda onu inzibati məsuliyyətə cəlb etmək istəyir. O, hər zaman övladlarının Elçinlə görüşünü təşkil etməyə hazırdır, ancaq Elçin uşaqları apardığı halda qaytarmayacaqdır. Bərdə rayon İcra Şöbəsi Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı izah istəsə də heç bir əsas gətirilmədən Yevlax Rayon Məhkəməsinin 8(039)-179/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını və Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə övladlarının icra sənədində qeyd edilən tarixdə Elçin Əhmədova təhvil veribverməməyi barədə açıq şəkildə izah verilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin 8(039)-179/2022 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)- 179/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin icraatında olmuş 8(039)-1908/2022 saylı mülki iş və ona əlavə edilən iş materiallarında görünür ki, Yevlax Rayon Məhkəməsinin 8(039)- 1908/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edlməsi, iddiaçı X7 övladları xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 20:00-a kimi, bayram günlərinin bir günü saat 10:00-dan 20:00-a kimi sərbəst şəkildə ünsiyyət hüququnun təmin ediməsi qət edilmiş, sözügedən qətnamənin icrasının təmin edilməsi üçün 2(039)-1908/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 8(039)-1908/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 22 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 14.1-ci mаddəsinə əsаsən, icrа sənədində göstərilmiş tələblər аydın оlmаdıqdа, icrа məmuru həmin icrа sənədinin verilməsi üçün əsаs оlmuş qərаrın, hаbelə qаnunа əsаsən icrа sənədi sаyılаn sənədin izаh оlunmаsı bаrədə müvаfiq məhkəməyə və yа digər оrqаnа ərizə ilə mürаciət etmək hüququnа mаlikdir. Məhkəmə kоllegiyаsı iş materiallarını araşdıraraq hesаb edir ki, qətnamənin izаh оlunmаsınа zərurət yоxdur. Belə ki, qətnamədən göründüyü kimi, оnun məzmunu və nəticəsindəki fikirlər tаm аydındır və оrаdа аnlаşılmаyаn ifаdələr yоxdur. Borclu şikayətində övladlarının icra sənədində qeyd edilən tarixdə Elçin Əhmədova təhvil veribverməməyinə izah verilməsini xahiş etsə də qətnamədəki anlaşılmayan fikrin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Kollegiya qeyd edir ki, həmin qətnamə aydın şəkildə tərtib edilmiş, qətnamədə uşaqla ünsiyyətin sərbəst şəkildə keçirilməsi qeyd edilmiş, ünsiyyətin hər hansı şəxsin iştirakı və ya müşayiəti ilə həyata keçirilməsi isə qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətçinin qaldırdığı məsələdə aydın olmayan, izaha ehtiyacı olan hər hansı məqam yoxdur. Məhkəmə araşdırması zamanı mübahisələndirilməmiş, müzakirə edilməmiş, bununla bağlı müvafiq qərarın qəbul edilmədiyi məsələnin izah şəklində qərarlaşdırılması məhkəmə qətnaməsinin onun məzmununun dəyişdirilməsi ilə izahına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Borclu şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)-179/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(039)-179/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar