Məhkəmə qərarları › İş №8(107)-10/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-10/2024

13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-10/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi borclunun məcburi gətirilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə (Açar sözlər: məcburi gətirilmə, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 6 iyul 2022-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi borclunun məcburi gətirilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə Ucar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi borclunun məcburi gətirilməsi haqında 19 iyun 2023-cü il tarixli qərarından icra sənədi üzrə X2 şikayət verərək, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi borclunun (X3) məcburi gətirilməsi haqında 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Ucar rayon icra və probasiya şöbəsinin 19 iyun 2023-cü il tarixli qərarı ilə onun məcburi qaydada şöbəyə gətirilməyi barədə qərar qəbul edilmişdir. Həmin qərarla əlaqədar bildirir ki, o, şöbənin bütün rəsmi dəvətlərinə cavab vermiş və gəlmişdir. Özü işləyir və saat 09:00-dan 18:00-dək onun iş saatıdır. İcra məmurunun ona qarşı hərəkəti qərəzlidir. Bir neçə dəfə bununla bağlı aralarında münaqişə olmuşdur. Həmin icra məmurunda olan icra sənədi üzrə 11 fevral 2011-ci il təvəllüdlü Sadiq, 16 fevral 2012-ci il təvəllüdlü Nuran adlı uşaqları məhz görüşmək istəmədikləri səbəbdən qərarın icrası təmin olunmamışdır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, o, icra məmurunun çağırışı ilə gəlməkdən imtina etmişdir. Halbuki, o, göstərilən icra şöbəsində bir neçə dəfə olmuş, izahat vermişdir. İcra məmuru öz hərəkətləri ilə onun hüquq və azadlıqlarını kobud surətdə pozur. Ucar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, işdə olan Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Z.Məmmədovun 19 iyun 2023-cü il tarixli qərarından görünür ki, borclu icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq şöbəyə gəlməkdən boyun qaçırdığına görə onun məcburi qaydada Ucar rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, borclu icra məmurunun çağırışlarına getdiyini iddia etsə də, işin halları bunun əksini göstərir. O cümlədən, borclu özü də etiraf edir ki, məhkəmə qətnaməsi icrasız qalmışdır. Borclu qətnamənin icrasız qalmasını uşaqların anaları ilə görüşmək istəmədiyi ilə əsaslandırmışdır ki, bu da qətnamənin icra edilməməsi və ananın öz övladları ilə ünsiyyət hüququnun reallaşdırılmaması üçün əsas ola bilməz. Uşaqların uzun müddət analarından ayrı qalmaları və ailədaxili müxtəlif amillər uşaqların analarından soyumalarına səbəb ola bilər ki, məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət də məhz həmin soyuqluğun aradan qaldırılmasına yönəlmişdir. Kollegiya bu qənaətə gəlir ki, borclunun məhkəmə qətnaməsinin icrasına maneə yaratması və icra məmurunun məcburi icra barədə çağırışlarına getməkdən imtina etməsi işin halları ilə sübut olunur. Məcburi gətirilmə barədə qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Ucar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 8(063)-30/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar