Məhkəmə qərarları › İş №8(107)-100/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-100/2020

10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-100/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, X1 cavabdeh Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızına qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında Maraqlı şəxs xx xxxx 2020-ci il qararından borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının verdiyi şikayətin təmin edilməməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadından borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(054)- 38/2020 nömrəli qərаrdаdı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-558/2016 nömrəli mülki işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı ilə birgə nikahından xx xxxx 2011-ci il tarixdə anadan olmuş X7 ilə ayda bir dəfə, hər ayın son həftəsinin cümə günləri saat 15:00-dan 16:00-dək ananın iştirakı ilə ünsiyyət hüququ verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi üzrə icra sənədi xx xxxx 2020-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədi Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarı ilə icraata qəbul edilmişdir və həmin icra sənədi hazırda Maraqlı şəxs icraatındadır. İş üzrə borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı Maraqlı şəxs icra məmuru X3 icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı şikayət ərizəsində qeyd etmişdir ki, X2 Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğini və müalicə xərclərini ödəməmiş, nəticədə 5300 manat borcu yaranmış və bu əsasla da Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X8 məhkum ediləndən sonra da aliment öhdəliklərini icra etməmişdir. O, məhkəməyə müraciət edərək X4 valideynlik hüquqlarından məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X5 isə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)- 558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərar qəbul edərək icra üçün göndərmiş, lakin qərar qəbul edilərkən icra məmuru onu dindirməmiş, onun iddiası barədə icra məmurunun məlumatı olmamışdır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edir. Qeyd olunanlara əsasən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edərək məhkəmə iclasının 15 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı səhhətinin vəziyyətinin onun məhkəmə iclasına gəlməsinə imkan verməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, eyni zamanda, borclunun və ya tələbkarın məhkəmə iclasına gəlməməsi icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarından şikayətə baxılmasına mane olmadığından birinci instansiya məhkəməsi hazırki şikayətə borclunun iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs icra məmuru X5 borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının hazırki şikayətini əsassız hesab etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi xx xxxx 2020-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə daxil olmuş və həmin gün də onun icraatına qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərarın surəti qanunvericiliyə müvafiq olaraq tərəflərə və qərarı qəbul etmiş məhkəməyə göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərkən və aidiyyəti üzrə göndərilərkən icra haqqında qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. Qeyd etdiklərinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan borclunun şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadı ilə X1 cavabdeh Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızına qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarından borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının verdiyi şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızışikayət verərək, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)- 38/2020 nömrəli qərardadının ləğvedilməsini, Maraqlı şəxs icra məmuru Tural Abdurahmanovun “icraata başlamaq haqqında” xx xxxx 2020-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(025)- 558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında qərardan borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının şikayətinə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadından borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs nümayəndəsi, tələbkar X8 və borclu cavabdeh Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2 (025) - 558 / 2016 nömrəli qətnaməsinə dair icra sənədi xx xxxx 2020-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə daxil olmuş və həmin gün də icraata qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, a sənədi qanunvericiliyin tələbinə uyğun olduğu halda, həmin icra sənədini qəbul edərək icraata başlamaq haqqında dərhal qərar qəbul etmək bilavasitə icra məmurunun vəzifəsidir. İcraata başlamaq haqqında qərar qəbul edilərkən borclunun və ya tələbkarın dəvət edilərək dindirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının hazırki şikayət ərizəsində qeyd etdiyi, tələbkar X4 valideynlik hüquqlarından məhrum edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsi, tələbkarın uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmasına, icra tədbirlərinin həyata keçirilməsinə və icra sənədinin icra edilməsinə maneə törətmir. Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının X6 qarşı valideynlik hüquqlarından məhrum edilməsinə dair iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul ediləcəyi və həmin qərar sonuncunun uşaqla ünsiyyət hüququnu istisna edəcəyi halda, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi mübahisələndirilə bilər. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icra işinin materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin qətnaməyə dair icra sənədi üzrə icraata başlama haqqında qərar qanunvericiliyin tələbinə uyğun olaraq qəbul edilmiş və qərar qəbul edildkdən sonra həyata keçirilməli olan hərəkətlər də icra məmuru tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)-558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq barədə Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarının ləğv olunmasına hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutları məcmu halında araşdıraraq və borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının hazırki şikayət ərizəsinin əsaslandığı hallara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(025)- 558/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq barədə Maraqlı şəxs icra məmuru X3 xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə borclunun hazırki şikayəti təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)- 38/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Cəbrayılova (İsmayılova) Zəbanə Ağanur qızının Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(054)-38/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar