Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-101/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-94/2020 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2(039)-2346/2015 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Nuriyeva Şəfiqə Həsən qızından 1500 manat borcu məbləğinin 30 manat dövlət rüsumunu əvəzi alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2346/2015-ci il №-li, xx xxxxxx 2015-ci il tarixli icra sənədinin icra qaydasında dəyişiklik etməklə əmək haqqının 100%-inin deyil, 50%-inin borcu hesabına tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki,Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2346/2015 №-li, xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən Borclu 15000 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 8(039)- 223/2017 saylı qərardadına əsasən Yevlax rayon icra şöbəsinin icraatında olan 2(039)- 2346/2015 nömrəli , xx xxxxxx 2015- ci il tarixli icra sənədi üzrə 15000 manat məbləğində Borclu 100% əmək haqqısına yönəldilməsi qərara alınmışdır. Hazırda o, çox ağır maddi durumda yaşayır. 1956-cı il təvəllüdlüdür. Səhhətində problemlər vardır. Əmək haqqının bütövlükdə tutulması onun ağır maddi duruma salmışdır. O, bundan öncə borcunun tezliklə ödənilib qurtarması üçün əmək haqqının tam olaraq tutulmasına etiraz etməmişdir. Güman etmişdir ki, dolanmaq üçün yaxınları və doğmaları ona köməklik edərlər. Ona edilmiş köməkliklər isə qısa bir zaman oldu. Hazırda sözün əsl mənasında aclıq çəkir. Xəstələnəndə dava-dərman almağa bir manatı belə olmur. Odur ki, çox arzu edir ki, iş üzrə icra sənədinin icra qaydasında dəyişiklik edilsin və əmək haqqımın 100 % -i deyil , 50 %- i borc hesabına tutulsun. Bununla bağlı Yevlax rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. Qanuni qüvvəsini almış qərardad olduğu ona bildirilmişdir və icra qaydasında heç bir dəyişiklik edilməyibdir. Odur ki, hazırda Məhkəməyə müraciət etməli olmuşdur. Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 8(039)-94/2020 nömrəli (hakim G.Cavadova) qərardadı ilə ərizənin təmin edilməsi, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2346/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli icra sənədi üzrə tutulmalı olan borcun məbləği Borclu əmək haqqısının 50% hissəsinə yönəldilməsi qarara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla razı deyil. Belə ki, borclu ona olan borcunu tam şəkildə ödəyib qutarana ki, onun əmək haqqıısının 100 faizinə tutma yönəldilməlidir. Çünki borclu özü buna razılıq vermişdir. Göstərdiklərini nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 8(039)-94/2020 nömrəli qərardadının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 8(039)-94/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Tələbkar məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəblə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 8(039)-223/2017 saylı qərardadına əsasən Yevlax rayon icra şöbəsinin icraatında olan 2(039)-2346/2015 saylı xx xxxxxx 2015-ci il tarixli icra sənədi üzrə 15000 manat məbləğində Borclu 100 faiz əmək haqqısına yönəldilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-2346/2015 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 15000 manat borc məbləği və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Rüstəmova Xalidə Rüstəm qızına veilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsində isə göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). Göründüyü kimi, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur. Lakin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərədə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Kollegiya qeyd etməyi vacib bilir ki, icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. İlk növbədə nəzərə alınmalıdır ki, qətnamənin icra qaydasının və üsulunun dəyişdirilməsi qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-94/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-101/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-101/2020
10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver