Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-103/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, tələbkar X3 və Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərardadından Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Göyçay şəhəri H.Əliyev prospekti ev 72-də yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması və bu barədə Borclu, tələbkar X2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilməsi qərara alınmışdır. Borclu nümayəndəsi (bacısı) Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 8(046)-64/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ləğv edilərək, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu nümayəndəsi Nümayəndə şikayət ərizəsini belə əsaslandırmışdır ki, borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması, “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilibedilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdınlmasına səbəb ola bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Borclu Rusiya Fedarasiyasi vətandaşıdır və İİ qrup əlildir. Aldığı pensiyanın 80 faizi alimentin ödənilməsinə yönəlmişdir. Borclu heç yerdə işləmir. Kənardan qazanc əldə etmir. İşləmədiyi halda kənardan qazanc etmədiyi halda Borclu aliment borcunun ödənilməsindən yayınmır. Qətnamə icraya yönəldiyi vaxtdan başlayaraq aylıq alimenti pulunu ödənilməsi məqsədilə nümayəndə olaraq, ərizə ilə icra şöbəsinə müraciət edərək, Borclu aldığı pensiyanın 80 faizinin tutulmasını xahiş etmişdir. Hazırda da pensiyadan aliment pulu tutulur. Həmçinin Borclu adına daşınmaz əmlak və bankda pul olmadığı müəyyən edilmişdir. Buna görə də şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 8(046)-64/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadının ləğv edilərək, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və onun şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X3 şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Göyçay Rayon İcra və probasiya şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, Göyçay Rayon Məhkəməsinin 8(046)-64/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ona görə təmin edilmişdir ki, Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarından görünür ki, icra işi üzrə Borclu 3440 manat məbləğində aliment borcunu tələbkar X2 ödəməmişdir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 84-1.1-ci mаddəsinə əsаsən məhkəmə qərаrlаrı əsаsındа verilmiş icrа sənədləri könüllü icrа üçün müəyyən оlunmuş vаxtdа bоrclu tərəfindən üzrsüz səbəbdən icrа edilmədikdə, bоrclunun ölkədən getmək hüququ icrа məmurunun əsаslаndırılmış təqdimаtı əsаsındа məhkəmənin qərаrı ilə müvəqqəti məhdudlаşdırılа bilər. Bоrclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlаşdırılmаsı bаrədə icrа məmuru tərəfindən dərhаl bоrclunun özünə, tələbkаrа və müvаfiq icrа hаkimiyyəti оrqаnınа məlumаt verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi bоrclunun ölkədən getmək hüququna məhdudiyyət qоyulmаsı bаrədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərаrdаdındаn verdiyi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-64/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-103/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-103/2020
12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver