Məhkəmə qərarları › İş №8(107)-105/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-105/2020

10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-105/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 və X1nun iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərаrdаdındаn X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 nömrəli qərardadı ilə cavabdeh Borclu şikayəti ərizəsi təmin edilmiş, iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 869/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 nömrəli qərardadı dəyişdirilmiş, hazırkı mülki işə mahiyəti üzrə baxılıb həll edilənədək, cavabdeh Borclu fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulmuşdur. X2 xx xxxxxxxx 2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 iş nömrəli qərardadının icrası ilə bağlı verilmiş icra vərəqəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin, üzərinə həbs qoyulmuş xalçaların təkrar qiymətləndirilməsinin təmin edilməməsi ilə bağlı hərəkətsizliyinin və üzərinə həbs qoyulmuş xalçaların borcluya təhvil verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi; o cümlədən, həmin qanunsuzluqların aradan qaldırılması vəzifəsinin Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli (hakim T.Həsənov) qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)- 869/2019 nömrəli qərardadının icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin hərəkətlərindən tələbkar X4 şikayəti təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərardadını ləğv edib, ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu qarşı "51.900 (əlli bir min doqquz yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq ona verilməsi (ödənilməsi) tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə prosesində iddianın təmin etmə tədbiri barədə ərizə verilmiş və məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 iş nömrəli qərardadı ilə cavabdeh Borclu məxsus 51900 manat dəyərində xalçaların üzərinə həbs qoyulmuş və iş icra edilməsi məqsədi ilə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsin icra məmurunun hərəkət və hərəkətsizliklərini qanunsuz hesab edir. Belə ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, üzərinə həbs qoyulmuş xalçaların qiymətlərinin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən qeyd edilmiş mütəxəssis rəyində əks olunan qiymətlərdən faktiki olaraq dəfələrlə aşağı qiymətdə olması ilə bağlı sübutlarına baxmayaraq, təkrar qiymətləndirmə üçün mütəxəssis cəlb edilməsi ilə bağlı müraciətini təmin etməmişdir. Qiymətləndirdiyi 51900 manat dəyərində xalçaları borclu (iş üzrə cavabdeh) Borclu təhvil vermişdir. Təhvil təslim prosesində iştirakı təmin edilməmişdir. Hal-hazıradək də həmin xalçaların harada və hansı şəraitdə saxlanılması ona məlum deyildir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 50.7-ci maddəsində qeyd olunur ki, üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənirvə borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakm özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir. Hesab edir ki, icra məmuru həmin daşınar əşyaları borcluya yox, müvafiq dövlət orqanının nümayəndəsinə təhvil verməli idi. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Bununla yanaşı, həmin Qanunun 40.1-ci maddəsində qeyd olunur ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis, zərurət olduqda isə bir neçə mütəxəssis dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Qeyd olunanlara əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında işrtirak edən X1 şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq borclu tərəf və Zaqatala rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini tələbkarın izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan və məhkəmə kollegiyası tərəfindən iclasında tədqiq edilmiş sənədlər: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 869/2019 nömrəli qərardadından görünür ki, cavabdeh Borclu şikayəti ərizəsi təmin edilərək iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 nömrəli qərardadı dəyişdirilmiş, hazırkı mülki işə mahiyəti üzrə baxılıb həll edilənədək, cavabdeh Borclu fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulmuş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 869/2019 nömrəli qərardadının icrası ilə əlaqədar Zaqatala rayonu 2 saylı Bazar ərazisində Borclu fəaliyyət göstərdiyi mağazada olan xalçaların üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş xalçalar saxlanc məqsədi ilə borcluya təqdim edilmiş və həmin əmlak satılacağı, məhv ediləcəyi, dəyişdiriləcəyi və zədələnəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıyacağı eləcə də hüquq və vəzifələri izah edilmişdir. Hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 869/2019 nömrəli qərardadının icrası ilə əlaqədar Zaqatala rayonu 2 saylı Bazar ərazisində Borclu fəaliyyət göstərdiyi mağazada olan xalçaların üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş xalçalar saxlanc məqsədi ilə borcluya təqdim edilmiş və həmin əmlak satılacağı, məhv ediləcəyi, dəyişdiriləcəyi və zədələnəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıyacağı eləcə də hüquq və vəzifələri izah edilmişdir. Hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 869/2019 nömrəli qərardadının icrası ilə əlaqədar Zaqatala rayonu 2 saylı Bazar ərazisində Borclu fəaliyyət göstərdiyi mağazada olan 19 adda xalçaların üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş xalçalar saxlanc məqsədi ilə borcluya təqdim edilmiş və həmin əmlak satılacağı, məhv ediləcəyi, dəyişdiriləcəyi və zədələnəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıyacağı eləcə də hüquq və vəzifələri izah edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş QR 2554 nömrəli Borclu fəaliyyət göstərdiyi Zaqatala rayon 2 saylı bazarında yerləşən xalçaların birgə bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyindən görünür ki, 19 adda (çeşiddə) (“Dəniz qızı” xalçası 2.5x3.5-7 ədəd, “Dəniz qızı” xalçası 2.5x4.0-10 ədəd, “Kaşmir” xalçası 2.5x5.0-4 ədəd, “Paşa malı” xalçası 2.5x3.5-4 ədəd, “Kaşmir” xalçası 2.5x5.0-13 ədəd, “İpək Qalaxy” xalçası 2.5x3.5-1ədəd, “Avanqard” xalçası 2.5x4.0-2 ədəd, “Yaqona” xalçası 3.0x5.0-4 ədəd, “Kaşmir” xalçası 3.0x6.0-12 ədəd, “Paşa malı” xalçası 3.0x5.0-6 ədəd, “Dəniz qızı” xalçası 3.0x4.0-19 ədəd, “Sarayhalı” xalçası 2.5x3.5-16 ədəd, “İpək Qalaxy” xalçası 2.5x4.0-4 ədəd, “İpək Vizion” xalçası 2.5x4.0-4 ədəd, “Saray Halı ” xalçası 2.5x3.5- 2 ədəd, “Kaşmir” xalçası 2.5x4.0-4 ədəd, “Saray Halı ” xalçası 2.5x3.0-9 ədəd, “İpək Vizion” xalçası 2.0x3.0-7 ədəd, “Karvansaray” xalçası 2.0x3.0-10 ədəd) 140 ədəd müxtəlif ölçülərdə xalçaların ümumi dəyəri 42940,0 manat müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-869/2019 nömrəli qərardadının icrası ilə əlaqədar Bazar ərazisində yerləşən mağazaya baxış keçirilmiş, icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş xalçalar həmin mağazada aşkar olunmuş, Borclu həmin xalçaları satacağı, zədələyəcəyi, və məhv edəcəyi təqdirdə məsuliyyət daşıyacağı izah edilmişdir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.7-ci madddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir. Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə, əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2002-ci il tarixli qərarının İ hissəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli, 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri” təsdiq edilməsini qərara almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 06 sentyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş üzərinə həbs qoyulmuş əmlakın saxlanması qaydası və şərtlərin 1-ci bəndinə əsasən üzərinə həbs qoyulmuş əmlak saxlanması üçün borclunun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra saxlayıcı) təhvil verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı icra məmurunun razılığı ilə həmin əmlakdan istifadə edə bilər. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya onun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən məhdudiyyətlər qoyula bilər. Saxlayıcının bu əmlakı üçüncü şəxslərə verə bilmək imkanı icra məmuru tərəfindən məhdudlaşdırılır. Belə məhdudiyyətlərə əməl olunmaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, üzərinə həbs qoyulmuş əmlakın saxlanması qaydası və şərtləri qanunvericilklə tənzimlənmiş olsa da üzərinə həbs qoyulmuş əmlakın borcluya və ya digər şəxslərə verilməsi məsələsi icra məmurunun öz seçimi ilə həll edilir İşin faktiki hallarından göründüyü kimi icra məmuru tətəfindən Borclu fəaliyyət göstərdiyi mağazada siyahıya alınmış və üzərinə həbs qoyulmuş əmlak icra məmuru tərəfindən saxlanması üçün hüquq və vəzifələri eləcə də əmlaka zərər dəyəcəyi, satılacağı, dəyişdiriləcəyi, məhv ediləcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıyacağına dair xəbərdar edilməklə Borclu verilmişdir. Məhkəmə kollegiyasının iclasında X1 tərəfindən üzərinə həbs qoyulmuş əmlakın borclu tərəfindən özgəninkiləşdirilməsi, itirilməsi, məhv edilməsi ehtimalının olmasına dair əsaslı sübutlar təqdim edilməmiş, tələbkar bunu yalnız öz ehtimal xarakterli izahatı ilə əsaslandırmağa çalışmışdır. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir “Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 5-ci maddəsinin ikinci abzasına əsasən məhkəmə ekspertizaı fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasınınqanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər. Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(033)-55/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar