Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-106/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu məhkəməyə müraciət edərək Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Məhkəmə borclunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəmə iclasında Tələbkar izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu borca görə 3200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3230 manat pulun tutularaq ona verilməsi qət edilmişdir. Borclu sözügedən qətnamədən yuxarı instansiya məhkəmələrinə apellyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Ziya Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, bir surəti borcluya göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbulundan 01 ildən çox vaxt keçməyinə baxmayaraq borclu bu günə kimi heç-bir ödəniş etməmiş və heç-bir təklifi olmamışdır. Əksinə yenidən vaxt uzatmaq məqsədilə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu ancaq yalan yerə vaxt uzadır. Ona görə də məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, o, icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin qanunun 8.3-cü maddəsinə əsasaən icraata başlamaq haqqında qərarın surətini tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərmişdir. Qəbul etdiyi xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də həmin qərarın ləğv edilməsinə dair Borclu şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadı ilə Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan Borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan Borclu şikayət vermis və şikayətini əsaslandıraraq göstərmişdir ki, qərar qəbul edilərkən Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ilkin araşdırılma aparılmamış, onun əmlak vəziyyəti müəyyən edilməmiş, digər zəruri icra tədbirləri görülməmişdir. Məhkəmə şikayətinin dəlilini yoxlamadan rədd etməkdə haqlı olmamışdır. Ona görə də Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)- 29/2020 nömrəli qərardadının ləğv edib, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadı ilə, Zərdab Rayon Məhkəməsinin 8(035)-29/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Zərdab rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, Borclu və Tələbkar lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tələbkar məhkəmə kollegiyasına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu borca görə 3200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3230 manat pulun tutularaq Tələbkar verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, şikayətin təmin edilməsi və icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, haqqında şikayət verilən xx.xx.2020ci il tarixli icraata başlamaq haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinin, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinin müddəaları baxımından da qanunidir. İcra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx.xx.2020-ci tarixli qərarın ləğv edilməsi tələbkarın ədalətli araşdırma hüququnun pozulmasına və ədalət mühakiməsinin səmərəsiz olmasına gətirib çıxara bilər. Şikayətin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi Əfəndiyeva Azərbaycana qarşı xx.xx.2007-ci il tarixli qərarında (55-ci bənd) qeyd etmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılmalıdır. Avropa Məhkəməsi həmin qərarında (60 və 61-ci bəndlər) qeyd etmişdir ki, “iddia tələbi” onun yerinə yetirilməsinin real olduğunu təsdiq edən sübutlar olduqda 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mənada “mülkiyyət” təşkil edir. Məhkəmə qətnaməsinin mövcudluğu iddia tələbinin real olduğunu sübut edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Zərdab Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(035)-29/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-106/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-106/2020
11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver