Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-107/2025 12.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi "xxxx" KB ASC-nin Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından şikayətə dair iş üzrə (Açar sözlər: Borcluların məhkəmə iclası barədə məlumatlandırılmamaları, prosessual pozuntu) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinə xitam verilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından ərizəçi "xxxx" KB ASC tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(046)-91/2025 nömrəli qərardadından borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayətlərə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: Ərizəçi "xxxx" KB ASC Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli xx.xx.2013-cü il tarixli icraat sənədinə xitam verilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsin xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 13 aprel 2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97096 manat əsas kredit borcu, 6177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə, cəmi 103920 manat 86 qəpik, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə 90695 manat 28 qəpik əsas kredit borcu, 5033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə, cəmi məbləği 96022 manat 94 qəpik, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı Borclu1 tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiymətinin 350000 (üç yüz əlli min) manat müəyyən olunmaqla cavabdeh Borclu2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh Borclu1 "xxxx" KB ASCyə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi hərraca çıxarılmış, hərrac baş tutmamış elan edildiyindən banka təklif edilmişdir. Əmlakın balans qiymətinə müvafiq olaraq Borclu1 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi və 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə banka olan borcu silinmişdir. Həmçinin Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin hərrac yolu ilə bankın mülkiyyətinə keçməsinə baxmayaraq, əmlak boşaldılaraq banka təhvil verilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013- cü il tarixli qətnaməsi tam şəkildə icra edilməmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsi xx.xx.2013-cü il tarixli icra sənədini 12 ildən artıq müddət icraatında saxladıqdan sonra heç bir icra tədbiri görmədən 03 aprel 2025-ci il tarixli qanunsuz qərar qəbul edərək xitam vermişdir. İcra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan normalarını bilməli olduğu halda əsassız olaraq icra işinə “borclu tərəfindən məhkəmə qətnaməsi icra olunub” deyərək xitam vermiş, səbəb kimi borclunun guya “icra sənədində qeyd olunan tələb borclular Borclu1 və Borclu2 tərəfindən tam şəkildə təmin olunmuşdur” kimi göstərilmişdir. Halbuki, borclular banka 2013-cü ildən bu yana heç bir ödəniş etməmiş, əmkın hərracdan satılmadığından təklif əsasında bankın balansına keçməsi hesabına kredit realizə olunsa da, əmlak boşaldılaraq banka təhvil verilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi tam şəkildə icra edilməmişdir. 2013-cü ildə verilmiş icra sənədi üzrə tutma yönəldilmiş əmlak hərracdan bankın balansına alındığı halda icra məmurunun xitam qərarında qeyd olunan “borclu borcunu ödəyib” kimi ifadələr isə məntiqsiz məsələdir. Beləliklə də icra məmuru bir sıra qanun pozuntularına yol vermişdir. Göstərilənlərə əsasən icra məmurunun qanunsuz qərarı ləğv olunmalıdır. Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(046)-358/2013 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır. Borclular Borclu2 və Borclu1 Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 nömrəli qərardadından borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 8.1, 20.1, 20.1.1, 20.1.2, 20.1.3, 20.1.4, 20.1.4-1, 20.1.4-2, 20.1.5, 62-1.1, 62-1.1, 62-1.2, 72.2, 72.372.5, 72.7-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndinə, “Hörnosbi Yunanıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarına, “Mirzəyev Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Borclu2 şikayətini onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(046)-91/2025 saylı qərardadı qanunsuzdur və işin faktiki halları hərtərəfli araşdırılmadan qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Borclu2 Rusiya Federasiyasında yaşamış qardaşının vəfatı ilə əlaqədar qardaşının ailəsi Azərbaycana gəlmiş, həmin vaxtlarda bu borclar, qeyri-yaşayış sahəsinin ipotekada olması ilə bağlı ailədaxili söhbətlər getmişdir. Həmin söhbətlər əsnasında qardaşı oğlu həmin borcun atası tərəfindən sağlığında hissə-hissə olmaqla ödənildiyini bildirmişdir. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün banka müraciət edərək, borcla bağlı təmizlik arayışının verilməsini xahiş etmişlər. "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış verilmiş və həmin arayışda Borclu1 13 aprel 2011-ci il tarixli 05MFB/11-A və 23 fevral 2012-ci il tarixli 05MFB/12- B saylı əlavə kredit müqavilələri üzrə borcunun olmadığı göstərilmişdir.Eyni zamanda, kreditlər barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edilmiş və Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur ki, kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdur və həmin müqavilələr üzrə borc yoxdur. Qeyd olunanlardan göründüyü kimi borc qardaşı tərəfindən bağlanılmış və bu barədə bank tərəfindən borcun olmamasına dair arayış verilmişdir. Bu arayış əsasında da icra məmuru tərəfindən tələbin borclular tərəfindən tam təmin olunması əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsinin əsas səbəbi "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş borcun olmamasına dair xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış olmuşdur. Çünki borcluların banka olan borcu Borclu2 Rusiya Federasiyasında yaşamış mərhum qardaşı tərəfindən ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən xüsusatları nəzərə almayaraq, icra sənədinin borclular tərəfindən obyektin boşaldılaraq banka təhvil verilməməsini əsas gətirməklə icra sənədinin icra olunmadığını hesab edərək Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi qərarına gəlmişdir. Göründüyü kimi məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan qanunsuz qərar qəbul edilmişdir. Həm iş üzrə, həmçinin icra işi üzrə işdə iştirak edən şəxs olan borclular, bankın şikayəti üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, yalnız banka və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə onların iştirakı ilə məhkəmə iclasında şikayətə baxmış və nəticədə yalnız bankın təqdim etdiyi sənədlərə istinad etməklə sözügedən qanunsuz qərar qəbul etmişdir. Yalnız borcluların yazılı müraciətindən sonra həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində tərəf kimi əlavə edildikdən sonra şikayətdən və qərardaddan məlumatlı olmuşlar. Bununla da işə, işdə iştirak edən şəxslər olan borclular məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən onların iştirakı olmadan məhkəmə tərəfindən baxılmaqla prosessual qanunvericilik kobud surətdə pozulmuşdur. Halbuki, məhkəmə tərəfindən borcluların iştirakı vaxtında təmin edilsəydi işin faktiki hallarından məlumatlı olmaqla iş düzgün, hərtərəfli və obyektiv araşdırılmaqla qərar qəbul edilərdi. Çünki bank tərəfindən verilmiş şikayətin məzmunundan da görünür ki, bank, özü tərəfindən verilmiş borcun olmamasına dair arayış barədə ümumiyyətlə söz açmamışdır. Əgər borc borclular tərəfindən (digər halda Borclu2 Rusiya Federasiyasında yaşamış mərhum qardaşı tərəfindən) ödənilməmişdirsə, hansı əsasla borcun olmaması barədə arayış təqdim etmişdir? Göstərilən hallar şikayətin işin faktiki hallarına uyğun hərtərəfli araşdırılmadan, yalnız bank tərəfindən təqdim edilmiş sənədlərə, hətta bank tərəfindən icra sənədi üzrə icraata xitam verilməsinin əsas səbəbi gizlədilməklə məhkəməyə verilmiş düzgün olmayan məlumatlara istinad edilməklə məhkəmə tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(046)-91/2025 saylı qərardadının ləğv edilməsini və şikayətin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu1 şikayətini onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(046)-91/2025 saylı qərardadı qanunsuz və işin faktiki halları hərtərəfli araşdırılmadan qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, arvadı Borclu2 Rusiya Federasiyasında yaşamış qardaşının vəfatı ilə əlaqədar qardaşının ailəsi Azərbaycana gəlmiş, həmin vaxtlarda bu borclar, qeyri-yaşayış sahəsinin ipotekada olması ilə bağlı ailədaxili söhbətlər getmişdir. Həmin söhbətlər əsnasında arvadının qardaşı oğlu həmin borcun atası tərəfindən sağlığında hissə-hissə olmaqla ödənildiyini bildirmişdir. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün banka müraciət edərək, borcla bağlı təmizlik arayışının verilməsini xahiş etmişlər. "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış verilmiş və həmin arayışda onun 13 aprel 2011-ci il tarixli 05MFB/11- A və 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqavilələri üzrə borcunun olmadığı göstərilmişdir. Eyni zamanda, kreditlər barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edilmiş və Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur ki, kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdur və həmin müqavilələr üzrə borc yoxdur. Qeyd olunanlardan göründüyü kimi borc arvadının qardaşı tərəfindən bağlanılmış və bu barədə bank tərəfindən borcun olmamasına dair arayış verilmişdir. Bu arayış əsasında da icra məmuru tərəfindən tələbin borclular tərəfindən tam təmin olunması əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsinin əsas səbəbi "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş borcun olmamasına dair xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış olmuşdur. Çünki borcluların banka olan borcu borclu arvadı Borclu2 Rusiya Federasiyasında yaşamış mərhum qardaşı tərəfindən ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən xüsusatları nəzərə almayaraq, icra sənədinin borclular tərəfindən obyektin boşaldılaraq banka təhvil verilməməsini əsas gətirməklə icra sənədinin icra olunmadığını hesab edərək Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi qərarına gəlmişdir. Göründüyü kimi məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan qanunsuz qərar qəbul edilmişdir. Həm iş üzrə, həmçinin icra işi üzrə işdə iştirak edən şəxs olan borclular, bankın şikayəti üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, yalnız banka və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə onların iştirakı ilə məhkəmə iclasında şikayətə baxmış və nəticədə yalnız bankın təqdim etdiyi sənədlərə istinad etməklə sözügedən qanunsuz qərar qəbul etmişdir. Yalnız borcluların yazılı müraciətindən sonra həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində tərəf kimi əlavə edildikdən sonra şikayətdən və qərardaddan məlumatlı olmuşlar. Bununla da işə, işdə iştirak edən şəxslər olan borclular məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən onların iştirakı olmadan məhkəmə tərəfindən baxılmaqla prosessual qanunvericilik kobud surətdə pozulmuşdur. Halbuki, məhkəmə tərəfindən borcluların iştirakı vaxtında təmin edilsəydi işin faktiki hallarından məlumatlı olmaqla iş düzgün, hərtərəfli və obyektiv araşdırılmaqla qərar qəbul edilərdi. Çünki bank tərəfindən verilmiş şikayətin məzmunundan da görünür ki, bank, özü tərəfindən verilmiş borcun olmamasına dair arayış barədə ümumiyyətlə söz açmamışdır. Əgər borc borclular tərəfindən (digər halda Borclu2 Rusiya Federasiyasında yaşamış mərhum qardaşı tərəfindən) ödənilməmişdirsə, hansı əsasla borcun olmaması barədə arayış təqdim etmişdir? Göstərilən hallar şikayətin işin faktiki hallarına uyğun hərtərəfli araşdırılmadan, yalnız bank tərəfindən təqdim edilmiş sənədlərə, hətta bank tərəfindən icra sənədi üzrə icraata xitam verilməsinin əsas səbəbi gizlədilməklə məhkəməyə verilmiş düzgün olmayan məlumatlara istinad edilməklə məhkəmə tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(046)-91/2025 saylı qərardadının ləğv edilməsini və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)- 91/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icra sənədinin icrasının təmini istiqamətində icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görülməmişdir. Belə ki, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdeh Borclu2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. İşin həqiqi halları ilə müəyyən olunur ki, icra məmuru icra sənədinin icrası istiqamətində aparılmalı olan prosessual hərəkətləri lazımi qaydada yerinə yetirməmiş, cavabdeh Borclu2 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsini tələbkar "xxxx" KB ASC-yə təhvil verməmişdir. Qeyd olunanlar öz növbəsində icra sənədinin icrasına əsassız olaraq icraata xitam verilməsi icra məmuru tərəfindən Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının göstəricisidir. Bu kimi hərəkətlər məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Bundan başqa icra sənədinə xitam verilməsi ilə bağlı icra məmuru tərəfindən icra qanunvericiliyinin tələblərinə tam olaraq riayət edilməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mirzəyev Azərbaycana qarşı” 03 dekabr 2009cu il tarixli iş üzrə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tərəflərə verilən prosessual təminatları - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları-təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırılmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin birinci bəndi üzrə dövlətin məsuliyyətinə səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)- 91/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Q Ə R A R A A L D İ: Borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 8(046)-91/2025 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-107/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-107/2025
12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver