Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-109/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli qərardadından iş üzrə Borclu Alekseyeviç tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-94/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh Borclu xx xxxx 2017-ci il tarixli, 27 saylı avans müqaviləsi üzrə yaranmış 6090.93 (altı min doxsan manat 93 qəpik) manat məbləğində pul, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 305 (üç yüz beş) manat məbləğində zərər, cəmi 6395.93 (altı min üç yüz doxsan beş manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Borclu Alekseyeviç ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-94/2019 saylı icra sənədinə əsasən Borclu 6395.93 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. O bildirmişdir ki, həmin borcu tam ödəmək üçün heç bir maddi imkanı yoxdur. Heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur. Təqaüd almır. Səhhətində ciddi problemlər var. Belə ki, insult keçirmiş və əmək qabiliyyəti yoxdur. Lakin o “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsindən boyun qaçırmır və həmin borcu hissə-hissə ödəməyə qadirdir. Odur ki, göstərilənlərə əsasən, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-94/2019 saylı qətnamənin icrasını dəyişdirərək borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli (hakim M.Qarayev) qərardadı ilə Qax rayonu Qax İngiloy kəndində yaşayan Borclu Alekseyeviç barəsində Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)- 94/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu Alekseyeviç şikayət verərək Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-94/2019 saylı icra sənədinə əsasən Borclu Alekseyeviçdən 6395.93 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Həmin borcu tam ödəmək üçün heç bir maddi imkanı yoxdur. Heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur. Təqaüd almır. Səhhətində ciddi problemlər var. Belə ki, insult keçirmiş və əmək qabiliyyəti yoxdur. Lakin o “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsindən boyun qaçırmır və həmin borcu hissə-hissə ödəyə bilər. Odur ki, göstərilənlərə əsasən, hissə-hissə ödəməklə bağlı Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Borclu Alekseyeviç Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-94/2019 qətnaməsinə əsasən tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ümumilikdə 6425.93 manat pul vəsaiti ödəməlidir. Hazırda borclu tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Borclu Alekseyeviç tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-118/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-109/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-109/2020
23.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver