Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-11/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, Tələbkar Böyükkişi qızı və X2 iştirakı ilə, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(051)-210/2020 saylı qərardadından Tələbkar Böyükkişi qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Borclu X1 şəhər məhkəməsinə ərizə ilə müraciət edərək Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2041 saylı qətnamənin hissə-hissə ödəməklə icra edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 26.11,2020-ci il tarixli qərardadına əsasən ərizəçinin tələbi təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2041/2019 saylı qətnaməsi X3 tərəfindən hissə-hissə, yəni ayda cəmi 500 manat ödənilməklə icra edilməsi qərara alınmışdır. Tələbkar Böyükkişi qızı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir şəhər məhkəməsinin 26.11,2020-ci il tarixli, 8(051 )-210/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(051)-210/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar Böyükkişi qızı şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(051)-210/2020 saylı qərаrdаdı ləğv edilməli, X2 Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2041 saylı qətnaməsinin hissə-hissə ödəməklə icra edilməsinə dair ərizəsinə icrа sənədinin verilməsi üçün əsаs olmuş sənədlərlə birlikdə bаxılmаsı üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən iş üzrə, qətnamə və sair icra işinin materiallarını icra şöbəsindən tələb etməmiş və ərizəyə icra işinə səbəb olan qətnaməni əlavə etməmişdir. Yəni icra ediləsi qətnamə iş materiallarında müəyyən edilməmiş və hansı qətnamənin icra ediləcəyi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən nöqsanları prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir. “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə xatırlatmışdır ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (bax, Hornsbi Yunanıstana qarşı, xx xxxx 1997-ci il tarixli qərar, Qərar və Qərardadlar Hesabatı, 1997-İİ, s. 510, § 40). Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin qərardaddan şikayətə baxarkən həmin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(051)-210/2020 saylı qərаrdаdı ləğv edilməli, X2 Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2041 saylı qətnaməsinin hissə-hissə ödəməklə icra edilməsinə dair ərizəsinə bаxılmаsı üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264 və 398-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Tələbkar Böyükkişi qızı tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(051)-210/2020 saylı qərardadı ləğv edilsin. X2 Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2041 saylı qətnaməsinin hissə-hissə ödəməklə icra edilməsinə dair ərizəsinə bаxılmаsı üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-11/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-11/2021
22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver