Məhkəmə qərarları › İş №8(107)-11/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-11/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-11/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 8(039)-77/2023 saylı qərardadından Borclu1 Maarif oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1375/2021 saylı qətnaməsi ilə qızıl sırğa – üzük dəsti - brilyant qaşlarla, kitab formalı – qiyməti 1500 (bir min beş yüz) manat; qızıl kolye və qolbağ dəsti birilyant qaşlarla, yarpaq formalı qiyməti 2000 (iki min) manat, nişan üzüyü – çoxlu sayda brilyant qaşlarla 10 qram çəkidə, qiyməti 1000 (bir min) manat, paxlava formalı qızıl üzük brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti 350 manat, gül formalı qızıl üzük – brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti – 400 (dörd yüz) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 400 (dörd yüz) manat, “Ağca“ sözü yazılmış qızıl klon - qiyməti 500 (beş yüz) manat, qızıl sep - 7 qram çəkidə, qiyməti - 450 manat, qızıl qolbağ - 5 qram çəkidə, 350 (üç yüz əlli) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 390 (üç yüz doxsan) manat, qızıl sep - 4 qram çəkidə, qiyməti 260 (iki yüz altmış) manat, qızıl qolbağ – 5 qram çəkidə, qiyməti 300 (üç yüz) manat indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1375/2021 saylı ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Borclu1 Maarif oğlundan, X4 və Borclu3 ona məxsus qızıl zinət əşyaları və olmadıqda isə onun dəyəri olan ümumilikdə 7900 manat alınaraq ona qaytarılmalıdır. 11 oktyabr 2021-ci il tarixdə icraata başlanmış, lakin bu günədək qızıllar və yaxud dəyəri ona qaytarılmamışdır . Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 8(039)-77/2023 saylı qərardadı ilə X2 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilməsi; Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1375/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar X3 verilməli olan 7900 manat indeksasiya edilməklə 9416.80 manat həcmində icra olunması; Borclu1 Maarif oğlundan, X4 və Borclu3 70 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 8(039)-77/2023 saylı qərardaddan Borclu1 Maarif oğlu tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 8(039)-77/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 8(039)- 77/2023 saylı qərardadı ləğv edilməli, X2 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)- 1375/2021 saylı qətnaməsi ilə tutulmalı olan 7900 manat məbləğ indeksasiya edilərək, 9416.80 manat müəyyən edilməlidir. Qanunvericilikdə pulun indeksasiyası nəzərdə tutulmuşdur. Qətnamədə qeyd olunan qızıllar mövcud olmadığından həmin qızılları dəyəri borcludan alınaraq tələbkara ödənilməlidir. İş materiallarında olan ekspert rəyi ilə 7900 manat pulun indeksasiyası 9416.80 manat olması müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamə üzrə icraata başlama haqqında qərar 11 oktyabr 2021-ci il tarixdə başlandığından, yəni qızılların və ya dəyərinin tələbkara verilməsi olan tarix 11 oktyabr 2021-ci il olduğudan, pulun indeksasiyası da həmin tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Kollegiya qeyd edir ki, iddiaçı X5 cavabdehlər Borclu1 Maarif oğluna, X6 və Borclu3 Alışan qızına qarşı «vurulmuş maddi ziyanın ödənilməsi və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq dəsti mebelinin yararsız hala salınması ilə bağlı cavabdehlərdən 1600 (bir min altı yüz) manat pul vəsaitinin və qonaq dəsti mebelinin yararsız hala salınması ilə bağlı cavabdehlərdən 1200 (bir min iki yüz) manat pul vəsaitinin; cavabdehlər Borclu1 Maarif oğlu, X7 və Borclu3 Alışan qızından ona və övladlarına məxsus aşağıda adları və qiymətləri göstərilən əşyaların özünün və ya həmin əşyalar olmadıqda onların dəyərinin: qızıl sırğa – üzük dəsti - brilyant qaşlarla, kitab formalı – qiyməti 1500 (bir min beş yüz) manat; qızıl kolye və qolbağ dəsti - birilyant qaşlarla, yarpaq formalı qiyməti 2000 (iki min) manat, nişan üzüyü – çoxlu sayda brilyant qaşlarla təxminən 10 qram çəkidə, qiyməti 1000 (bir min) manat, paxlava formalı qızıl üzük - brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti 350 manat, gül formalı qızıl üzük – brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti – 400 (dörd yüz) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 400 (dörd yüz) manat, “Ağca“ sözü yazılmış qızıl klon - qiyməti 500 (beş yüz) manat, qızıl sep - təxminən 6-7 qram çəkidə, qiyməti - 450 manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 325 (üç yüz iyirmi beş) manat, qızıl qolbağ - 5 qram çəkidə, 350 (üç yüz əlli) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 390 (üç yüz doxsan) manat, qızıl sep - 4 qram çəkidə, qiyməti 260 (iki yüz altmış) manat, qızıl qolbağ – 5 qram çəkidə, qiyməti 300 (üç yüz) manat ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)-1375/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Borclu1 Maarif oğlundan, X4 və Borclu3 Alışan qızından qızıl sırğa – üzük dəsti - brilyant qaşlarla, kitab formalı – qiyməti 1500 (bir min beş yüz) manat; qızıl kolye və qolbağ dəsti - birilyant qaşlarla, yarpaq formalı qiyməti 2000 (iki min) manat, nişan üzüyü – çoxlu sayda brilyant qaşlarla 10 qram çəkidə, qiyməti 1000 (bir min) manat, paxlava formalı qızıl üzük - brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti 350 manat, gül formalı qızıl üzük – brilyant qaşlarla, 5 qram çəkidə, qiyməti – 400 (dörd yüz) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 400 (dörd yüz) manat, “Ağca“ sözü yazılmış qızıl klon - qiyməti 500 (beş yüz) manat, qızıl sep - 7 qram çəkidə, qiyməti - 450 manat, qızıl qolbağ - 5 qram çəkidə, 350 (üç yüz əlli) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 390 (üç yüz doxsan) manat, qızıl sep - 4 qram çəkidə, qiyməti 260 (iki yüz altmış) manat, qızıl qolbağ – 5 qram çəkidə, qiyməti 300 (üç yüz) manat həmin əmlak olmadıqda isə onların dəyəri alınaraq, iddiaçı X2 xeyrinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İlk növbətə kollegiya qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)-1375/2021 saylı qətnaməsi tələb olunan əmlak olmadıqda isə onların dəyəri alınaraq, iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)-1375/2021 saylı qətnaməsindən cavabdehlər Borclu1 Maarif oğlu, X7 və Borclu3 Alışan qızı tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1046/2022 saylı mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)-1375/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə uşaqlara aid olan 5 adda - qızıl sep- 7 qram çəkidə, qiyməti - 450 manat, qızıl qolbağ - 5 qram çəkidə, 350 (üç yüz əlli) manat, qızıl qolbağ - 5 qram çəkidə, qiyməti 390 (üç yüz doxsan) manat, qızıl sep - 4 qram çəkidə, qiyməti 260 (iki yüz altmış) manat, qızıl qolbağ – 5 qram çəkidə, qiyməti 300 (üç yüz) manat olan qızıl-zinət əşyalarına aid hissə istisna olmaqla, iddianın yerdə qalan təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1046/2022 saylı mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2(102)- 361/2023 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1046/2022 saylı mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)- 1375/2021 saylı qətnaməsi 8 fevral 2023-cü il tarixdə qanuni qüvvəsinə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən həmin qətnamənin icrasına dair icra şöbəsi tərəfindən araşdırma aparılıb aparılmamasına, həmin əmlakların mövcud olub-olmamasına dair arşdırma aparmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi qanunverici işə baxmış məhkəmənin qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə biilməsi hüququnu tanımışdır. Halbuki indiki qətnamə əmlakların alınması, əmlaklar olmadıqda isə onun dəyərinin alınması barədə olmuşdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tələbkar icra vərəqəsinin tam icra edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra qurumuna müraciət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 8(039)-77/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 8(039)-77/2023 saylı qərardadı ləğv edilməli, X2 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu1 Maarif oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 8(039)-77/2023 saylı qərardadı ləğv edilsin. X2 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar