Məhkəmə qərarları › İş №8(107)-11/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-11/2025

13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-11/2025 13.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin 2(046)-271/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması ilə bağlı təqdimata dair (Açar sözlər: əmlakın üzərinə həbs qoyulmasının rəddi, qüvvə) X9 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatın təmin еdilməməsi barədə Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadından Tələbkar QSC-nin rəhbəri X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)- 271/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı belə əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 271/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2250.42 manat pulun tutularaq tələbkar Aqrar İnovasiya və Təchizat Şirkəti QSC-nin xeyrinə verilməlidir. Borclu könüllü icra müddətində məhkəmə qətnaməsi üzrə tələbi icra etməmişdir. Borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə aidiyyatı orqanlara sorğular verilmiş Borclu mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsinin olduğu məlum olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyularaq borcun həmin 0.10 ha torpaq sahəsinə yönəldilməsi məqsədə uyğundur. Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Tələbkar QSC-nin rəhbəri X4 məhkəməyə elektron qaydada şikayət göndərərək, Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadının ləğv olunmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X7 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-271/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 2250.42 manat pulun alınaraq tələbkar Aqrar İnovasiya və Təchizat Şirkəti QSC-nin xeyrinə verilmişdir. Keçən müddət ərzində borclu 2250.42 manat pulu tələbkara ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində borclunun mülkiyyətində 0.10 hektar həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Göyçay rayonu Potu kəndində 0.10 ha həyətyanı torpaq sahəsi Borclu mülkiyyətindədir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti oqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdqi edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” dan görünür ki, bu siyahının qeyd edilən hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Tələbkar şikayətində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin Borclu əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğu barədə qərara gəlməsi, heç bir əsaslı dəlil və faktlara əsaslanmadan verilmiş bir qərar kimi qiymətləndirilməlidir. Məhkəmə, Borclu məhkəmə iclasına çağırmadığı və onun izahatını almadığı halda, yalnız formal olaraq belə bir qənaətə gəlmişdir. Borclu ilə bağlı kənd təsərrüfatı fəaliyyətinin əsas məşğuliyyət olduğu barədə məhkəməyə konkret və etibarlı sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmənin həmin torpağa baxış keçirmədiyi və orada əkin sahəsinin olub olmaması, yaxud torpağın başqa məqsədlə istifadə edilib-edilməməsi kimi məsələləri araşdırmadığı halda, necə qərara gəlməsi, bir çox hüquqi suallar doğurur. Məsələn, o torpaqda əkin yoxdursa, ya da orada əkin yerinə tikinti işləri həyata keçirilibsə, Borclu əsas məşğuliyyəti haqqında olan bu nəticə necə əsaslandırıla bilir? Bütün bu səbəblərə görə, məhkəmə, Borclu əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğunu iddia edərkən, bu qənaətini daha geniş və detallı araşdırmalara, müvafiq araşdırmaların aparılmasına və tərəflərin hərtərəfli dinlənilməsinə əsaslanmalı idi. Minayənin torpağına yerli baxış keçirilməli idi. Bundan başqa İcra məmurunun təqdimatı birbaşa olaraq əmlaka həbs qoyulması ilə bağlı idi. Nazirlər Kabinetinin 05 iyul 2022-ci il tarixli 89 npmrəli qərarı həmin əmlaka həbs qoyulmasına icarə verir,yəni həmin qərarda həbslə bağlı heç bnir qadağa yoxdur,yönəltmə ilə bağlı qadağa vardır. Ona görə də məhkəmə əmlaka həbs qoymalı lakin həmin əmlaka yönəltmə olduğu halda yönəltmə ilə bağlı hissədə təqdimatı təmin etməməli idi. Əmlaka həbs qoyulması o demək deyil ki Minayə təsərrüfatla məşğul ola bilməz, həbs o deməkdir ki həmin əmlak müvvəqqəti olaraq satıla bilməz. Məhkəmə Minayənin əmlakına həbs qoymamaqla bir az da Minayənin borcunun ödənilməməsinə zəmin yaradır. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, tələbkarın Mülki Məcəllənin 224.1-ci maddəsinə əsaslanmaqla borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququ vardır. Hazırki iş üzrə tələbkar həmin hüququndan istifadə etməklə müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Tələbkar QSC-nin rəhbəri X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 8(046)-4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar