Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-112/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Tələbkar, tələbkarın vəkili X1, Borclu və borculunun vəkili X2 iştirakları ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatının təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərdadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərаrdаdı ilə və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5424/2016 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5424/2016 saylı məhkəmə qətnaməsinə əsasən xx xxxxx 2002-ci il təvəllüdlü Abuzər və xx xxxxxxxx 2020-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnaməni icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu könüllü icra müddətində tələbi təmin etmədiyi üçün,bu səbəbdən borcluya məxsus olan, VAZ 21074 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi, Borclu adına olan VAZ 21074 minik markalı 10- BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın dərhal icra olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)-185/2020 saylı qərardadı ilə onun adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5424/2016 saylı məhkəmə qətnaməsinə əsasən xx xxxxx 2002-ci il təvəllüdlü Abuzər və xx xxxxxxxx 2020-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutulub iddiaçı Tələbkar Məmmədcan qızına verilməsi qət edilmişdir. Qeyd edir ki, yuxarıda qeyd olunan qətnamədən sonra onunla iddiaçı arasında barışıq olmuşdur və qeyd edilən mülki işin işdə iddiaçının alimentdən imtina edilməsi haqqında ərizəsi vardır. Onun xx.xx.2020-ci il tarixə iddiaçıya heç bir borcu olmamışdır. O, bununla bağlı icra və probasiya şöbəsində verdiyi izahatında da qeyd elmişdir. Buna baxmayaraq o, 2019-cu ilin oktyabr ayına kimi hər ay iddiaçıya 300 (üç yüz) manat pul ödəmiş, bundan sonra oğlu hərbi xidmətə gedəndə 2000 (iki min) manat şəxsən ona vermişdir. Bundan əlavə, iş materiallarında bildirilir ki, ona bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməmişdir. Halbuki göndərilən bildiriş və xəbərdarlığın tarixindən görünür ki ona birinci dəfə xəbərdarlıq 2020-ci ilin sentyabr ayında şəxsən verilmişdir. İcra şöbəsi öz təqdimatını sırf iddiaçının şikayəti üzərində qurmuşdur. İddiaçı iddia ərizəsində bildirmişdir ki o, 2019-cu ilin oktyabr ayına qədər alimenti ödəmiş, sonra isə alimenti ödəməmişdir və o bu səbəbədən 2020-ci ilin avqust ayında aliment təyin edilməsi ilə bağlı iddia qaldırmışdır və bunun nəticəsi olaraq mülki işin baxılmaması haqqında qərardad çıxarılmışdır. Onu da qeyd edir ki, üzərinə həbs qoyulan avtomobil sentyabr ayında onunla rəsmi nikahda olan Səbinə İskəndərovanın vəsaiti hesabına alınmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)- 185/2020 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı ilə, Borclu Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)- 185/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu və onun vəkili X3 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Tələbkar və onun vəkili X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərdadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Mingəçevir şəhəri İcra və Probasiya şöbəsinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan şəxsin kartoçkasının nəqliyyat məlumatları qrafasından görünür ki, Borclu adına VAZ 21074 minik markalı 10-BZ896 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. VAZ 21074 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən Borclu adına qeydiyyata alınmışdır, onun mülkiyyətindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Borclu adına VAZ 21074 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan həmin avtomobil üzərinə həbs qoyulmalıdır Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-112/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-112/2020
25.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver