Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-113/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadından Tələbkar Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu həyat yoldaşı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan "BMW 523” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1177.4 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunauyğun qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu həyat yoldaşı X2 məxsus olan "BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclu ilə həyat yoldaşı X5 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və hazırda nikahdadırlar. X2 məxsus olan "BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikahda olduqları müddətdə xx.xx.2020-ci il tarixdə əldə edilmişdir, tərəflərin birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən tələbkar "Tələbkar” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1177.4 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Buna baxmayaraq borclu icra sənədini bu zamanadək tam olaraq icra etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə ondan 1177.4 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. X5 onun həyat yoldaşıdır. “BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə alınmışdır. Həmin avtomobil həyat yoldaşının adına qeydə alınmış, lakin avtomobilin aralarında bölgüsünə dair sənədləri yoxdur. Hazırda avtomobil etibarnamə ilə başqa bir şəxsə satılmışdır. O, icra sənədi üzrə borcdan müxtəlif vaxtlarda ümumilikdə 300 manat ödəniş etmişdir. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(075)-4220/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu həyat yoldaşı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)- 229/2020 nömrəli qərardadından tələbkar "Tələbkar” Sığorta Şirkəti ASC şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də qəbul edilmiş qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar "Tələbkar” Sığorta Şirkəti ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Borclu və təqdimat verən Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 295536/2017-20-11 saylı icra işi üzrə şəxsin katoçkasından görünür ki, X1 adına "BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, Salehova Nərminə tərəfindən Borclu vəsatəti üzrə "Tələbkar” Sığorta Şirkəti ASC-nə ümumilikdə 300 manat məbləğində subroqasiya ödənişi edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). İşdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-4220/2017 №-li xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1177.40 manat sğorta ödənişi məəbləği və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1177,40 manat pul alınaraq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədini icra edən İcra məmuru tərəfindən borcluya “İcra Haqqında” Azərbaycan Respublikasını qanunun tələblərinə əsasən könüllü icra müddəti verilməsinə baxmayaraq Borclu nə könüllü müddət ərzində, nə də ondan sonrakı uzun müddətdə borclarını ödəməmişdir. Bundan sonra borclu şəxsə xəbərdarlıq göndərilməsinə, şöbəyə çağırılmasına heç bir məhəl qoymamış və nəticədə icra sənədləri icrasız qalmışdır. Borclu Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarını icra etmədiyi, icrasından yayındığı üçün icranın məcburi təmini məqsədi ilə şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının və ya qiymətli əşyalarının müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş, onun əmlakı axtarılmışdır. Nəticədə şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının olmadığı müəyyən edilmişdir. Bununla yanaşı borclunun arvadı X1 adına ümumi birgə mülkiyyətdə birgə nikah dövründə əldə edilmiş BMW markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bundan sonra Şəki Rayonu üzrə İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(075)-4220/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu həyat yoldaşı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan "BMW 523” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə təqdimat təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 adına qeydə alınmış “BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mövcud olsa da, mülki qanunvericiliyinə uyğun olaraq həmin avtomobil üzərində Borclu və X1 payları müəyyən edilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.8-ci maddəsi borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələbin Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilməsi birbaşa göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Borclu qeyd olunan avtomobil üzərində payı müəyyən olunmadığından təqdimat əsaslı hesab edilə bilinməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə görə, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.8-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilən maddələrin tələblərindən görünür ki, ər-arvadın ümumi əmlakının bölünməsinin həyata keçirilməsi üçün ümumi əmlakın bölünməsi tələbi olmalıdır. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin bu normasını ümumiyyətlə nəzərə almamışdır. Kollegiya hesab edir ki, müvafiq icra sənədi üzrə tələbkarın (kreditor) borcun ödənilməsi tələbinə əsasən əmlakda olan paya həbsin qoyulması məhz bölgünün həyata keçirilməsi üçün əsasdır. İşin faktiki halları da ondan ibarətdir ki, həbs qoyulması tələb olunan nəqliyyat vasitəsi ər-arvadın birgə nikah dövründə əldə edilmişdir, onların birgə mülkiyyətidir və Borclu da bu əmlakda payı vardır. Bundan əlavə “İcra Haqqında” Azərbaycan Respublkikası Qanununun: 1-1-ci maddəsinə görə, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. 43.1-ci maddəsinə görə, məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. 44.1-ci maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəsinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. X9 Məhkəməsi Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, işdən görünür ki, Borclu arvadı X2 məxsus olan “BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclu ilə arvadı X5 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, hazırda nikahdadırlar. X2 məxsus olan “BMW 523” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikahda olduqları müddətdə, yəni xx.xx.2018-ci il tarixdə əldə edilmişdir və tərəflərin birgə mülkiyyətindədir. Kollegiya icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun arvadına məxsus olan, birgə mülkiyyətdə olan əmlakın üzərinə həbs qoyulmasını və gələcəkdə onu satmaq yolu ilə tələbin əmlakın borcluya aid olan hissəsinə yönəlməsini əsaslı hesab edir. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət təmin edilməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadı ləğv edilməli, təqdimat təmin edilməli və Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan "BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadından Tələbkar Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli 8(075)-229/2020 nömrəli qərаrdаdı ləğv edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(075)-4220/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə Şəki İcra Şöbəsinin icra məmuru X4 təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu arvadı X2 məxsus, ümumi birgə mülkiyyətdə olan "BMW 523” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-113/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-113/2020
30.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver