Məhkəmə qərarları › İş №8(107)-116/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-116/2020

09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-116/2020 09.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və tələbkar X6 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 20000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi və 6000 manatın hər ay hissə-hissə, yəni 3000 manat məbləğində icra edilməsinə dair X2 ərizəsinin təmin edilməməsi barədə olan Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadından borclu X8 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 məhkəməyə müraciət edərək Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 20000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi və 6000 manatın hər ay hissə-hissə, yəni 3000 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1548/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə 20000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi Tələbkar1, 10000 manatı tələbkar X7 və 6000 manatı Tələbkar2 xeyrinə ödəməlidir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi iddiaçı X9 münasibətdə ləğv edilmişdir. Belə ki, iddiaçılara borclu olduğu 20000 ABŞ dolları və 60xx xxxxxxxx 7000 manat ödəmişdir. Hazırda həmin borcu maddi imkanı olmadığından ödəyə bilmir. Qeyd edilən qətnaməni hər ay hissə-hissə, yəni hər ay 3000 manat ödəməklə icra edə bilər. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Tələbkar1 izahat verərək göstərmişdir ki, X2 qətnamə üzrə borcun hissə-hissə icra edilməsinə razı deyil. Ona görə ki, X1 fəaliyyəti ilə məşğul olur, maddi imkanı yaxşıdır. Buna görə də, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə X3na və digər Tələbkar2 birinci instansiya məhkəməsinin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin ərizəçi və digər tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi X3na və digər Tələbkar2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, X4 Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qətnamənin hissə-hissə, yəni hər ay 3000 manat ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X8 şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1548/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə 20000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi Tələbkar1, 10000 manatı tələbkar X7 və 6000 manatı Tələbkar2 xeyrinə ödəməlidir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi iddiaçı X9 münasibətdə ləğv edilmişdir. Belə ki, iddiaçılara borclu olduğu 20000 ABŞ dolları və 60xx xxxxxxxx 7000 manat ödəmişdir. Hesab edir ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar biznes fəaliyyəti ziflədiyindən borclu olduğu məbləği tələbkara ancaq hissə-hissə ödəyə bilər. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)- 71/2020 nömrəli qərardadının ləğv edilərək qətnamənin hissə-hissə yəni hər ay 3000 manat məbləğində pul ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadı ilə, X4 Göyçay Rayon Məhkəməsinin 8(046)-71/2020 saylı xx xxxxxxxx 2020-cu il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar X10 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)- 71/2020 nömrəli qərdadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göyçay rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu X8 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X3 qətnamədə qeyd edilən 20000 ABŞ dolları və 6000 manatı tələbkarlar Tələbkar1 və Tələbkar2 hər ay hissə-hissə, yəni 3000 manat məbləğində ödəməsi barədə göstərdikləri, həmin qətnamə üzrə icra vərəqəsini qeyri-müəyyən müddətə icra ediləcəyi ilə nəticələnə bilər ki, bu hal tələbkarların qanunla qorunan mənafelərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,X4 Şəki Apelyasiya Məhkəməsinin 2(107)-199/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, X2 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. X2 Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(046)-71/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar