Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-117/2020 15.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 487/2019 saylı icra vərəqəsinə əsasən Borclu xx xxx 2014-cü il təvəllüdlü Əbəlfəz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, işüzrə Borclu İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-487/2019 saylı icra vərəqəsinə əsasən Borclu xx xxx 2014-cü il təvəllüdlü Əbəlfəz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə Borclu dəfələrlə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş və izahatının alınmasıüçün Mingəçevir şəhər İcra və probasiya şöbəsinə çağırılmış, lakin iş üzrə Borclu İcra və Probasiya şöbəsinin çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Göstərilənlərə əsasən təqdimatın təmin olunması xahiş edilir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadı ildə təqdimat təmin edilərək, xx xxxx 1991-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Hüseynov X2 şəhəri İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-487/2019 saylı icra sənədinə əsasən hər ay birgə nikahdan doğulmuş xx xxx 2014-cü il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tələbkar hər ay 130 manat aliment ödənilməsi qət edilmişdir. Pandemiya ilə əlaqədar işində fasilə yarandığına görə onun tələbkara xx xxxxxx 2020-ci il tarixə cəmi 60 manat aliment borcu vardır. Heç vaxt icra məmurunun çağrışından yayınmamışdır. Özü işlə əlaqədar Bakı şəhərində olsa da atası xx xxxxxx 2019-cu ildə etibarnamə əsasənda icra məmurunun çağırışına vaxtında getmiş və onun bütün göstərişlərini yerinə yetirmişdir. İcra məmuru bu işdə qərəzli davranır. Buna görə də Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafıq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, iş materialları ilə təsdiq olunur ki, onun qeyd olunan qətnamədən və bununla əlaqədar icra hərəkətlərinin başlanmasından məlumatı olmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, hazırki iş üzrə borclu cavabdehin atası yox, məhz onun özü olmaqla məlum qətnamənin icrası üçün şəxsən məsuliyyət daşıyır. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclunın şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-117/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-117/2020
15.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver