Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-12/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi iştirakı ilə, Ağsu rayon İcra və Probasiya şöbəsinin borclular Borclu1, Borclu3 və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının rədd edilməsi barədə Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadından Tələbkar QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasif Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclular Borclu1, Borclu3 və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-101/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu1, Borclu3 və X3 45191.14 ABŞ dolları məbləğində “xxxx” QSC-nin hesabına ödənilməlidir. İş üzrə Borclu1, Borclu3 və X6 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasının təmin etmək məqsədilə borclular Borclu1, Borclu3 və X4 adına əmlakın olub olmaması və pensiya alıb almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatlara əsasən məlumatlar əsasən məlum olmuşdur ki, borclunun adına tələbin yönəldiləcək biləcək hər hansı bir əmlak və ya diğər gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclular Borclu1, Borclu3 və X8 ölkə sərhədlərini tez-tez dəyişir. Odur ki, borclular Borclu1, Borclu3 və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur. Ağsu rayon İcra və Probasiya Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Ağsu rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin birinci instansiya məhkəməsinin iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadı ilə Ağsu rayon İcra və Probasiya şöbəsinin - borclular Borclu1, Borclu3 və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı rədd edilmişdir. Tələbkar QSC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)-194/2020 saylı qərardadı ilə Borclu1, Borclu3 və X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat rədd edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)- 194/2020 saylı qərardadı əsassızdır, qərardad ləğv olunmalı və Ağsu rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, qərardadda göstərmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin mümkünlüyü əsaslandırılmamışdır. İcra sənədinin üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasmm zəruriliyini izah edilməmişdir. Qeyd edirik ki, Ağsu rayon Məhkəməsinin 2(016)-101/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu1, Borclu3 və X5 cəmi 45191.14 ABŞ dolları məbləğində borcun tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə verilməli, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti “Sərraf’MMC tərəfindən 70000 manat qiymətləndirilmiş, hərrac “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən həyata keçrilmiş, hərraclar baş tutmadığından əmlak 44625 manata banka təklif edilmiş və əmlak əldə edilmişdir. İcra sənədi üzrə borcdan 44625 manat çıxıldıqdan sonra qalıq 18966.26 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi, yekun məhkəmə aktının qəbul olunmasından xeyli müddət keçməsinə baxmayaraq icra sənədi hələ də icra olunmamışdır. Bu səbəbdən də icra məmuru haqlı olaraq əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə qərardaddmda əsassız olaraq təqdimatı rədd etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, icra məmuru tərəfindən borclular icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir, lakin borclu üzürsüz səbəbdən icra məmurunun çağrışma gəlməmişdir.Keçən müddət ərzində isə borclular tərəfindən könüllü qaydada icra sənədi üzrə hər hansı bir məbləğ ödəniş edilməmiş, ödəniş yalnız keçdirilmiş və baş tutmamış hərrac vasitəsi ilə edilmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)- 194/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş, Tələbkar QSC-nin nümayəndəsi X1 Ağsu Rayon Məhkəməsinin 8(016)-194/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, Tələbkar QSC-nin nümayəndəsi, borclular Borclu1, Borclu3 və X8 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu rayon icra və probasiya şöbəsi xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin, icra məmuru öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi müəyyən edilməmişdir. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur, hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunmadığına görə borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahişinin zəruriliyini izah etməmişdir. Odur ki, təqdimat əsassızdır. Buna görə də, təqdimat rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borcluların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Tələbkar QSC-nin nümayəndəsi X1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin borclular Borclu1, Borclu3 və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının rədd edilməsi barədə Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar QSC-nin nümayəndəsi X1 Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 8(016)-194/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-12/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-12/2021
01.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver